Tarixi həqiqətlər diqqət mərkəzində
18.10.2023 [11:19]
Məlum olduğu kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 11-də MDB-yə üzv dövlətlərin təhlükəsizlik və xüsusi xidmət orqanları rəhbərləri Şurasının 53-cü iclasının iştirakçılarını qəbul edib.
Dövlətimizin başçısı görüşdə çıxış edərək tarixə qısa ekskursiya edib, Dağlıq Qarabağ adlı qurumun heç vaxt mövcud olmadığını , ermənilərin necə Azərbaycan torpaqlarına yerləşdiyini tarixi arqumentlər və faktlarla diqqətə çatdırıb, 1992-93- cü illərdə ölkəmizin ərazisinin təxminən 20 faizinin işgal edilməsindən, erməni vandalizmindən, hərbi cinayətlərindən, 2020-ci ildə başlanmış 44 günlük Vətən Müharibəsindən , əldə edilən Zəfərdən, sentyabrın 19-da Azərbaycan ordusunun həyata keçirdiyi antiterror tədbirlərindən və bunun nəticəsində Ermənistanın Qarabağdakı ordusu tamamilə tərk-silah edildiyindən, mövcud reallıqlardan bəhs edib.
Prezident cənab İlham Əliyev əmin olduğunu bildirib ki, Bakıda keçirilən tədbir fəaliyyətimizin möhkəmlənməsi işinə xidmət edəcək və gələcək əməkdaşlığa daha bir töhfə olacaq.
Ölkə başçısı çıxışında qeyd edib k, ölkələrimizin yerləşdiyi regionlarda, əlbəttə xarici təhdidlər də mövcuddur və bu istiqamətdə operativ iş riskləri minimuma endirməyə imkan verir. Bizim ölkələrin yerləşdiyi məkanda ictimai-siyasi sabitliyin möhkəmləndiyini görmək sevindiricidir və dövlətlərimiz bir çox çağırışların öhdəsindən uğurla gəlir. Cənab Prezident Azərbaycanın artıq daxili təhdidləri olmadığını, üç həftə əvvəl həyata keçirilən tədbirlər nəticəsində ölkəmizin suverenliyinin tam bərqərar olunduğu və bunun , regionumuzda təhlükəsizliyin möhkəmlənməsi və sülhə nail olunması üçün imkanlar yaratdığını vurğuladı.
Çıxışında Dağlıq Qarabağ adlı qurumun heç vaxt mövcud olmadığını bəyan edərək əsrlər boyu, minilliklərlə bu ərazidə azərbaycanlıların məskunlaşdığı qədim torpaqlar olduğunu bildirən Prezident İlham Əliyev qeyd edib ki, Kürəkçay sülh müqaviləsindən sonra Azərbaycan xanlıqları ilə Rusiya arasında digər Azərbaycan xanlıqlarının, o cümlədən İrəvan xanlığının da Rusiyanın tərkibinə daxil olduğu daha iki - 1813-cü ildə Gülüstan sülh müqaviləsi və 1828-ci ildə imzalanmış Türkmənçay müqaviləsi sonrakı faciələrə səbəb olmuşdur. Həmçinin bu sənədlərdə, təbii ki, söhbət Azərbaycan torpaqlarından gedirdi. Cənubi Qafqazın sovetləşdirilməsindən sonra Dağlıq Qarabağ Muxtar Vilayəti yaradıldı. Bu, tam yüz il əvvəl baş verib. Artıq Sovet İttifaqında mərkəzdənqaçma meyilləri başlayan vaxtda, erməni separatçılığının və təcavüzkar ekstremizmin baş qaldırdığı 1980-ci illərin sonunda qeyri-rəsmi ekstremist təşkilatları yaradıldı, mərkəzi sovet rəhbərliyi tərəfindən buna lazımi qiymət verilmədi, bir çox hallarda isə onları dəstəklədilər.
Dövlətimizin başçısı bütün bunların davamı olaraq Azərbaycan ərazisinin təxminən 20 faizi – həm Qarabağ bölgəsi, həm keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti, həm də həmin muxtar quruma heç bir aidiyyatı olmayan 7 rayonun işğal edildiyini , etnik təmizləmə həyata keçirildiyini, bir milyondan çox azərbaycanlı öz torpaqlarından qovulduğunu və 2020-ci ilin payızına qədər bu vəziyyətin belə olaraq qaldığı tarixi faktları diqqətə çatdırdı.
Prezident İlham Əliyev Birləşmiş Millətlər Təşkilatının öz nüfuzundan istifadə edə bilmədiyini , BMT Təhlükəsizlik Şurasının erməni qüvvələrinin Azərbaycan ərazilərindən dərhal çıxarılmasını tələb edən dörd qətnamə qəbul etməsinə baxmayaraq, onlar əməldə yerinə yetirilmədiyini. Azərbaycan bütün vasitələrlə münaqişəni sülh yolu ilə həll etməyə çalışdığını vurğuladı.
Daha sonra dövlətimizin başçısı 2020-ci ilin sentyabrında 44 gün davam edən Vətən Müharibəsində Ermənistan ordusunun tamamilə darmadağın edildiyini və 30 ilə yaxın bir müddət ərzində işğal altında olan torpaqlarımizin düşmən tapdağından azad olunduğunu, 2023-cü il sentyabrın 19-da antiterror tədbirləri keçirərək öz suverenliyini tam şəkildə bərpa etdiyini diqqətə çatdırdı.
Prezident İlham Əliyev çıxışı zamanı reinteqrasiya məsələsinə də toxunaraq bildirdi ki, Azərbaycan artıq Qarabağın erməni əhalisinin reinteqrasiya planını açıq şəkildə dərc edib, bu plan internetdə də mövcuddur. Reinteqrasiya prosesi intensiv şəkildə davam edir.
Çıxışının sonunda ölkə rəhbəri Azərbaycan Ermənistanla münasibətlərin normallaşmasına, sülh sazişi üzərində işi davam etdirməyə hazır olduğunu bildirdi. Cənab Prezident Erməni tərəfinin Rusiya Federasiyasının vasitəçiliyindən imtina edəcəyi təqdirdə, Azərbaycan ilə Ermənistanın xarici işlər nazirləri arasında birbaşa danışıqların alternativi ola biləcəyini vurğuladı.
Sahib Şükürov
YAP Göyçay rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxİdman
05 İyul 18:31
Hadisə
05 İyul 17:20
Dünya
05 İyul 16:40
Dünya
05 İyul 15:31
Dünya
05 İyul 14:17
Dünya
05 İyul 13:35
Dünya
05 İyul 12:19
Dünya
05 İyul 11:22
Sosial
05 İyul 10:16
Dünya
05 İyul 09:20
Elm
05 İyul 08:42
Maraqlı
04 İyul 22:40
Dünya
04 İyul 21:23
Dünya
04 İyul 20:35
Dünya
04 İyul 19:17
İdman
04 İyul 18:21
Dünya
04 İyul 17:33
Dünya
04 İyul 16:40
Dünya
04 İyul 15:19
Dünya
04 İyul 14:56
Dünya
04 İyul 14:22
Dünya
04 İyul 13:35
İdman
04 İyul 13:12
Dünya
04 İyul 12:43
Gündəm
04 İyul 12:20
Gündəm
04 İyul 11:59
Gündəm
04 İyul 11:25
Gündəm
04 İyul 10:57
Siyasət
04 İyul 10:53
İqtisadiyyat
04 İyul 10:31
Gündəm
04 İyul 10:30
Sosial
04 İyul 10:15
İqtisadiyyat
04 İyul 09:59
Analitik
04 İyul 09:32
Analitik
04 İyul 09:17
Ədəbiyyat
04 İyul 08:50
Sosial
04 İyul 08:34
Gündəm
04 İyul 08:13
Dünya
03 İyul 23:11
Dünya
03 İyul 22:49
Dünya
03 İyul 22:31
İqtisadiyyat
03 İyul 22:17
Elm
03 İyul 21:54
İqtisadiyyat
03 İyul 21:28
İdman
03 İyul 21:12
Dünya
03 İyul 20:42
Dünya
03 İyul 20:30
Dünya
03 İyul 20:16
Dünya
03 İyul 19:50
Siyasət
03 İyul 19:30
Dünya
03 İyul 19:23
Dünya
03 İyul 19:10
YAP xəbərləri
03 İyul 18:22
YAP xəbərləri
03 İyul 17:35
Müsahibə
03 İyul 17:19
Sosial
03 İyul 17:09
Xəbər lenti
03 İyul 16:30
Dünya
03 İyul 16:23
Elanlar
03 İyul 16:00
Dünya
03 İyul 15:32
Elm
03 İyul 15:01
YAP xəbərləri
03 İyul 14:17
Sosial
03 İyul 14:17
İqtisadiyyat
03 İyul 13:45
Siyasət
03 İyul 13:29
Siyasət
03 İyul 13:10
Sosial
03 İyul 12:53
İqtisadiyyat
03 İyul 12:52
Siyasət
03 İyul 12:50
İqtisadiyyat
03 İyul 12:45

