YAP Nərimanov rayon təşkilatında 8 noyabr “Zəfər Günü”nə həsr olunmuş tədbir keçirilib
07.11.2023 [10:57]
Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatında 8 noyabr “Zəfər Günü” münasibətilə Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun əziz xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin birgə dəstəyi ilə ərsəyə gələn “Vətən yolunda addımlayanlar” sənədli filminin təqdimat mərasimi keçirilib.
Tədbirdə YAP Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev, Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri – Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov, Milli Qəhrəmanları Tanıtma İctimai Birliyinin Nərimanov rayon nümayəndəliyinin sədri Ədhəm Məmmədov, “Milana” Hospitalın təsisçisi və rəhbəri Xuraman Muradova, Vətən müharibəsi qaziləri, Ərazi Partiya Təşkilatlarının sədrləri və fəal gənclər iştirak ediblər.
Tədbirdən öncə qonaqlar Ulu Öndər Heydər Əliyevin büstü önünə tər gül dəstələri qoyaraq dahi şəxsiyyətin əziz xatirəsini ehtiramla yad ediblər.
Tədbirdə ilk olaraq Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib, daha sonra Ulu öndər Heydər Əliyevin və Vətənimizin bütövlüyü uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş sözü ilə açan Yeni Azərbaycan Partiyası Nərimanov rayon təşkilatının sədri Samir Vəliyev 8 Noyabr Zəfər Gününü Azərbaycan xalqı olaraq böyük iftixar hissi ilə qarşıladığımızı bildirib. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində parlaq qələbə qazandı. 44 günün hər bir günü şanlı tariximizdir deyən təşkilat sədri 2023-cü ilin sentyabrında cəmi 23 saat ərzində Qarabağda qalan Ermənistan silahlı qüvvələrinin birləşmələrinin təslim olmağa məcbur edilməsi, oktyabrın 15-də isə Xankəndidə Azərbaycan bayrağının ucaldılması öz tarixi əhəmiyyətinə görə 44 günlük müharibədə qazanılan Zəfərə bərabər, növbəti parlaq Qələbə olduğunu qeyd etdi. “Qarabağda suverenliyini bərpa edən Azərbaycan bununla mahiyyət etibarı ilə 10 Noyabr Zəfərini tamamlamış oldu. İndi tam əminliklə demək olar ki, bu gün bütün həyatını Azərbaycan xalqına həsr etmiş və ölkəmizin ərazi bütövlüyünün bərpası ən böyük arzusu olan ümummilli lider Heydər Əliyevin ruhu şaddır.” deyə S. Vəliyev vurğuladı.
Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı, İkinci Qarabağ müharibəsinin şəhidi, Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətovun əziz xatirəsinə həsr olunmuş Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin və Azərbaycan Respublikası Şəhid Ailələrinə Qayğı Cəmiyyətinin birgə dəstəyi ilə ərsəyə gələn “Vətən yolunda addımlayanlar” sənədli filmi qonaqlara təqdim olunub.
Tədbirdə digər çıxış edənlər Azərbaycan Şəhər Bələdiyyələri Milli Assossasiyasının və Nərimanov Bələdiyyəsinin sədri, Qərbi Azərbaycan İcmasının Nərimanov rayon nümayəndəsi Təmraz Tağıyev, Müdafiə Nazirliyinin Şəxsi Heyət Baş İdarəsinin Şəhid Ailələri, Qadınlar və Hərbi Qulluqçuların Ailələri ilə iş üzrə şöbəsinin müdiri Zümrüd Səmədova, Nərimanov rayon Ağsaqqallar Şurasının sədri – Vətən müharibəsi qəhrəmanı Azad Hümbətovun atası Arif Hümbətov çıxış edərək 8 Noyabr tarixinin Zəfər Günü kimi təntənəli səkildə qeyd edilməsindən qürür duyduqlarını, eyni zamanda hərbçilərimizin cəsarətindən, qəhrəmanlığından və Ali Baş Komandan, Prezident İlham Əliyevin Zəfər səlnaməsindən geniş bəhs ediblər.
Sonra Yeni Azərbaycan Partiyasının ictimai-siyasi həyatında fəallığı ilə seçilən şəxslər təltif olunub və partiyanın sıralarına yeni qoşulan üzvlərə üzvlük vəsiqələri təqdim olunub.
Xəbər lenti
Hamısına baxDünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16
Dünya
11 May 13:40
Dünya
11 May 13:19
Dünya
11 May 12:47
YAP xəbərləri
11 May 12:13
Xəbər lenti
11 May 11:56
Hadisə
11 May 11:10
Hadisə
11 May 10:29
Dünya
11 May 09:58
Dünya
11 May 09:22
Dünya
11 May 08:45
Dünya
11 May 08:17
Dünya
11 May 07:50
İdman
11 May 07:24
Xəbər lenti
10 May 23:34
Dünya
10 May 22:12
Siyasət
10 May 22:06
Dünya
10 May 21:43
YAP xəbərləri
10 May 19:54
Sosial
10 May 19:23
YAP xəbərləri
10 May 18:52
Sosial
10 May 18:45
Siyasət
10 May 17:59
YAP xəbərləri
10 May 17:46
YAP xəbərləri
10 May 17:15
Siyasət
10 May 16:19
Xəbər lenti
10 May 15:48
Siyasət
10 May 15:24
Gündəm
10 May 13:59
Siyasət
10 May 13:23
Siyasət
10 May 13:22
Gündəm
10 May 12:57
Gündəm
10 May 12:51
Siyasət
10 May 12:32
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Gündəm
09 May 19:40
Dünya
09 May 19:18
YAP xəbərləri
09 May 18:46
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54

