"20 Yanvar şəhidləri tarixin şanlı səhifələrini yazdılar"
20.01.2024 [16:30]
34 il öncə bu gün Azərbaycan tarixinə qanla yazılacaq daha bir səhifə açıldı. 1990-cı il 20 Yanvar tarixində Azərbaycanın bir çox yerlərində əliyalın azərbaycanlılara qarşı vəhşi, misli görünməmiş qətliamlardan biri törədildi. Bir gecədə yüzlərlə insan Şəhid oldu, yaralandı.
20 Yanvar faciəsi tariximizə qanla yazılmış olsa da tankların qarşısına əliyalın, silahsız çıxan Şəhidlərimiz bu hadisəni həm də bir qələbə simvoluna çevirmiş oldu. Həmin dövr Azərbaycanda olduqca gərgin vəziyyət hökm sürürdü. 80-ci illərdən başlayaraq ermənilər Qarabağda təxribatçı addımlar atır, azərbaycanlılara hücum edirdilər. 1988-ci ildə "Miatsum" hərəkatını başladan ermənilərin fonunda Sovetlər Azərbaycan əhalisindən silahları toplayırdı. Artıq hər kəs proseslərin nəyə doğru getdiyini az-çox təsəvvür edə bilirdi. Bu hadisələr insanları çox narahat edir, etirazlar bütün ölkə boyu müşahidə edilirdi. Nəticədə isə həmin qanlı gecədə Sovet İttifaqı ordusu Bakıda qırğınlar törətdi.
Baş vermiş olaylar həm də Azərbaycan xalqının milli düşüncəsinə, azadlıq düşüncəsinin oyanmasına öz töhfəsini verdi. Bəli, Azərbaycan xalqı öz azadlığını, müstəqilliyini öz qanı ilə, canı ilə qazanıb.
Yanvar ayının 21-də ulu öndər Heydər Əliyev bütün qadağalara baxmayaraq Azərbaycanın Moskvadakı Daimi Nümayəndəliyinə gələrək bu qırğının sifarişçilərinə dünyanın gözü qarşısında öz qəti etirazını bildirib bəyanat verdi. 20 Yanvar hadisələri həm də Azərbaycanın 1991-ci ildə öz müstəqilliyini bərpa etməsi ilə yekunlaşdı. Lakin faciələrimiz bununla yekunlaşmırdı. Həmin dövrlərdə Azərbaycana rəhbərlik edən şəxslərin siyasi səriştəsizliyi, dövlətçiliyimizə qarşı etmiş olduğu xəyanətlərə görə hətta Azərbaycan bir dövlət olaraq silinmək təhlükəsi ilə üz-üzə qalmış oldu. O zamana qədər ki, ulu öndər Heydər Əliyev xalqın tələbi ilə hakimiyyətə gəldi.
Yalnız Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin ölkə rəhbərliyinə qayıdışından sonra 20 Yanvar hadisələrinin hüquqi müstəvidə əsl mahiyyəti açıqlandı. 1994-cü il yanvarın 12-də keçirdiyi müşavirədə ulu öndər Heydər Əliyev bu barədə deyirdi: “Xalqa təcavüz olunmuş, günahkarlar isə hələ müəyyənləşdirilməmişdir. Görünür ki, ötən yaxın illərdəki Sovetlər Birliyi, respublika rəhbərliyi, məsul şəxslər öz mənafeləri naminə bu böyük faciənin əsl mahiyyətini xalqa bəyan etməmişlər”.
Bu siyasəti davam etdirən Prezident İlham Əliyev 20 Yanvar əlilləri və şəhid ailələrinə daim diqqət və qayğı göstərir. Əlillərin reabilitasiyası üçün sağlamlıq mərkəzləri yaradılıb, 20 Yanvar əlilləri və şəhid ailələri dövlət büdcəsi hesabına mənzillə təmin edilib.
Göründüyü kimi Azərbaycan xalqı müstəqillik üçün çox böyük qurbanlar verib. 1990-cı ilin 20 Yanvarında qırğına məruz qalmış həmin böyük xalq bu hadisələrin üzərindən 30 il keçdikdən sonra Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə öz tarixi torpaqları olan Qarabağı işğaldan azad etdi.
Muxtar Nağıyev
YAP Səbail rayon təşkilatının sədri
Xəbər lenti
Hamısına baxDünya
12 May 23:45
Müsahibə
12 May 23:22
Dünya
12 May 22:43
Dünya
12 May 22:30
İqtisadiyyat
12 May 22:19
Siyasət
12 May 21:50
Dünya
12 May 21:25
İdman
12 May 21:10
Dünya
12 May 20:42
Hadisə
12 May 20:31
Dünya
12 May 20:17
Dünya
12 May 19:54
Gündəm
12 May 19:23
Dünya
12 May 19:20
Dünya
12 May 19:06
Dünya
12 May 18:48
YAP xəbərləri
12 May 18:14
YAP xəbərləri
12 May 18:06
Sosial
12 May 17:46
Dünya
12 May 17:28
Sosial
12 May 17:21
Hadisə
12 May 17:21
Dünya
12 May 17:21
YAP xəbərləri
12 May 17:11
Sosial
12 May 16:14
İqtisadiyyat
12 May 16:10
İqtisadiyyat
12 May 16:09
Gündəm
12 May 15:44
İdman
12 May 15:22
Siyasət
12 May 15:00
Sosial
12 May 14:37
Sosial
12 May 14:37
Dünya
12 May 13:51
İdman
12 May 13:25
Siyasət
12 May 12:21
Dünya
12 May 12:19
Mədəniyyət
12 May 12:14
Siyasət
12 May 11:59
Sosial
12 May 11:58
İdman
12 May 11:57
Gündəm
12 May 11:51
İqtisadiyyat
12 May 11:51
Dünya
12 May 11:42
Hadisə
12 May 11:32
Sosial
12 May 11:31
Hadisə
12 May 11:30
YAP xəbərləri
12 May 11:22
Siyasət
12 May 11:07
Siyasət
12 May 10:43
Dünya
12 May 10:35
Dünya
12 May 10:18
Dünya
12 May 09:40
Hadisə
12 May 09:12
Hadisə
12 May 08:49
Sosial
12 May 08:31
Dünya
11 May 23:22
Xəbər lenti
11 May 22:53
Siyasət
11 May 21:14
Dünya
11 May 20:24
Dünya
11 May 19:46
Dünya
11 May 18:40
İdman
11 May 18:19
Dünya
11 May 17:50
Dünya
11 May 17:27
Dünya
11 May 16:56
Sosial
11 May 16:28
Dünya
11 May 15:50
Dünya
11 May 15:22
Dünya
11 May 14:39
YAP xəbərləri
11 May 14:16

