Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / YAP xəbərləri / Ağcabədidə soyqrım qurbanlarının xatirəsi anılmışdır

Ağcabədidə soyqrım qurbanlarının xatirəsi anılmışdır

30.03.2024 [17:34]

Mart ayının 30-da YAP Ağcabədi rayon təşkilatının, GTM Qarabağ ofisinin və Səfərbərlik və Hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin birgə təşkilatçılığı ilə 31 mart Azərbaycanlıların soyqırımı günü münasibətilə tədbir keçirilmişdir.

Tədbir iştirakçılarının bir qrupu əvvəlcə şəhidlər xiyabanına gedərək şəhidlərin məzarı önünə çiçək dəstələri düzərək, onların xatirəsini yad etmişlər.

Tədbiri YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov açmış, Azərbaycanın Dövlət Himni səsləndirilmişdir.

Ümummilli Lider Heydər Əliyevin, Azərbaycanın Dövlət müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin, həmçinin, soyqrım qurbanlarının xatirəsi 1 dəqiqəlik sükutla yad edilmişdir.

YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov geniş məruzə edərək qeyd etmişdir ki, tarixi mənbələri araşdırıdqca, arxiv sənədlərini təhlil etdikcə, aşkar olaraq meydana çıxır ki, Azərbaycan xalqının tarixində dərin izlər qoymuş və yaddaşlardan silinməyən faciəli günlər az olmamışdır. 31 mart Azərbaycan xalqı, dünya Azərbaycanlıları üçün kədər və hüzn ilə qeyd olunan həmin günlərdən biridir.

       XX əsrin əvvəllərində ermənilər hər fürsətdən yararlanaraq uşaq, qoca, qadın demədən minlərlə insanı qılıncdan, süngüdən keçirdilər, diri-diri yandırdılar. Mədəniyyət və memarlıq abidələrini, məktəbləri xəstəxanaları məscid və digər abidələri dağıtdılar. Bakının böyük bir hissəsini xarabalığa çevirdilər. Azərbaycanlıların soyqrımının təkcə Bakıda deyil, Şamaxı və Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi amansızlıqla həyata keçirildiyini qeyd edən natiq məsələyə siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin xüsusi rolu barədə də ətraflı məlumat vermişdir.

  Tədbirdə GTM Qarabağ ofisinin rəhbəri Radə Qafarova, “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva, Ağcabədi Pedoqoji kollecinin tələbəsi Sofiya İsmayılova çıxış edərək erməni cəlladları tərəfindən zaman-zaman xalqımıza qarşı törədilən vəhşiliklərdən söhbət açmış, soyqrım faciələrinin araşdırılması və bu faciələrə siyasi qiymət verilməsində Ümummilli Lider Heydər Əliyevin 1998-ci ildə martın 26-da imzaladığı fərmanın əhəmiyyətindən danışmışlar.

   Tədbir YAP-ın Himninin səsləndirilməsi ilə başa çatmışdır.

Paylaş:
Baxılıb: 568 dəfə

Xəbər lenti

Hamısına bax

Mədəniyyət

Gündəm

MEDİA

Siyasət

İqtisadiyyat

Ədəbiyyat

Sosial

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31