Aprel döyüşləri şəhidinin xatirəsi yad edilib
06.04.2024 [12:59]
Dünən, 5 aprel 2024-cü il tarixdə Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbində aprel döyüşlərinin şəhidi, “Hərbi xidmətdə fərqlənməyə görə” III dərəcəli medalı ilə təltif edilən Nurlan Bayram oğlu Əsgərlinin 8-ci ildönümü münasibətilə ədəbi-bədii kompozisiya nümayiş etdirildi.
Tədbir başlamazdan öncə Ulu Öndər Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda canından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilmiş və Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilmişdir.
Məktəb şagirdlərinin aparıcılığı ilə şəhid Nurlan Əsgərlinin həyat hekayəsi, döyüşdəki sücaəti haqqında geniş məlumat verilmişdir.
Sonra Masallı Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin baş məsləhətçisi Nuranə Muradova çıxış edərək 2016-cı il aprelin 1-dən 2-nə keçən gecədən başlayaraq Azərbaycan və Erməni Silahlı Qüvvələrinin Qondarma Dağlıq Qarabağ Respublikasınnın hərbi birləşmələri arasında baş vermiş hərbi münaqişədən, Aprel döyüşlərinin Dağlıq Qarabağda 1994-cü ildə atəşkəs haqqında saziş imzalandıqdan bəri ən şiddətli döyüşlər olmasından, Tarixə Aprel döyüşləri olaraq yazılan hərbi əməliyyatlar zamanı Nurlan Əsgərlinin Tərtər rayonunun Talış kəndi istiqamətində döyüşlərdə özü ilə eyni rütbədə olan qardaşı, gizir İntiqam Əsgərli ilə birlikdə döyüşməsi, gecə döyüşləri zamanı Tərtər rayonunun Talış kəndi istiqamətində olan əlverişli mövqelər, strateji nöqtələr, o cümlədən Talış yüksəkliyi Azərbaycan Ordusu tərəfindən işğaldan azad olunması barədə geniş bəhs etmişdir.
Daha sonra Sosial Xidmətlər Agentliyi Lənkəran-Astara Regional Filialının direktoru Ramin Hüccətov, Rayon Təhsil Sektorunun aparıcı məsləhətçisi Hörmət Balakişiyev, şair Tahir Heydərli çıxış edərək 2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalarkən ordumuzun bölmələrinin əks-həmlə ilə təxribatların qarşısını alması, döyüşlərin Azərbaycan Ordusunun qələbəsi ilə nəticələnməsi, Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklərin, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olunması, bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edilməsini bildirdilər.
Şəhid Nurlan Əsgərlinin anası Ziba Əsgərli çıxış edərək belə bir gündə rayon rəsmilərinin, sakinlərinin onların yanında olmasının böyük mənəvi dayaq olduğunu, məktəb rəhbərliyinin belə bir tədbir təşkil etməsinin şagirdlər üçün vətənpərvərlik dərsi olduğunu bildirdi. Daha sonra Nurlan və İntiqam Əsgərlilərin döyüş həyatını, onlarla olan xatirələrini tədbir iştirakçıları ilə bölüşdü.
Seyran Hacıyev adına Viləş kənd tam orta məktəbinin şagirdlərinin ifasında mahnı, şeir və aprel döyüşlərindən bəhs edən bədii kompozisiya təqdim edildi.
Sonda dəvətlilər və məktəb kollektivi Viləş kənd qəbirstanlığında şəhid Nurlan Əsgərli və digər şəhid məzarlarını ziyarət etdi.
Əlihüseyn ŞÜKÜROV, Masallıda çıxan "Yeni həyat" ictimai-siyasi qəzetin və eni adlı saytın Baş redaktoru.
Xəbər lenti
Hamısına baxDünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Dünya
28 May 16:19
Sosial
28 May 15:25
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Gündəm
28 May 13:29
Gündəm
28 May 12:59
Gündəm
28 May 12:39
Dünya
28 May 12:19
Dünya
28 May 11:25
Dünya
28 May 10:33
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32

