Qrant uğrunda yalanlar...
09.05.2024 [09:50]
Əli Kərimlinin Aİ “tezisləri”
Şablon yalanları ilə illərdir özünü siyasi palitraya pərçimləməyə çalışan redikül müxalifətin son dövrlərdəki acınacaqlı aqibəti ortadadır. Hər zaman milli mənafeyə düşmən kəsilən, ermənilərə qucaq açan, ermənipərəst mərkəzlərin sifarişlərini yerinə yetirən, ianələr aldıqları erməni lobbisinin xidmətçisinə çevrilən redikül ünsürlər artıq dalana dirəniblər. Çünki xalq onların əsl simasını dəfələrlə gördü - xüsusilə, ötən 4 il ərzində bu “qüvvələrin” ermənilərin maraqlarından çıxış etməsi, Azərbaycana qarşı olan güclərin himayəsinə sığınaraq xalqa, dövlətə qarşı cəbhə alması onların bütün gizlinlərini gün işığına çıxardı. Ermənipərəst maraqların danışan dilinə, sifarişlərini yerinə yetirən xidmətçilərinə çevrilən düşərgə partiyaları atdıqları addımlarla hansı məqsədlərə, məramlara xidmət göstərdiklərini bu gün də açıq şəkildə ortaya qoymaqdadırlar. Daima milli maraqlarımıza qarşı səngər yaradaraq əks cəbhədə dayanan AXCP sədri isə bu məsələdə xüsusilə “seçilir”. Azərbaycan ictimai rəyində mövcud olmayan partiyası ilə birgə tarixin qaranlıq zirzəmisinə atıldığını etiraf etmək istəməyən Kərimli yenə də xəyanətkar addımlarını davam etdirir. Məsələn, onun Avropa İttifaqının Azərbaycandakı Nümayəndəliyinin rəhbəri Peter Mixalko ilə görüşməsi haqda sosial şəbəkələrdə yaydığı məlumat bir sıra cəhətləri ilə “maraq kəsb edir”.
Birincisi, Əli Kərimli məlum olmayan status və ya haqla Azərbaycan - Avropa əlaqələrini, Azərbaycanın Avropa İttifaqına inteqrasiya perspektivlərini müzakirə etdiyini iddia edir. Bu, daim özünü gülüş obyektinə çevirən siyasətbazın növbəti “priyomudur” - özünü “ciddi siyasi fiqur” kimi həm cəmiyyətə, həm də qərbə sırımağa çalışan Kərimli bu yolla özünü baha satmaq istəyir.
İkincisi isə Ə.Kərimli özünün trollarına və muzdlu şəbəkəçilərinə ölkəmizə qarşı aparılan şər-böhtan kampaniyasının “istiqamətlərini” vermiş olur. Başqa sözlə, Ə.Kərimli Qərb dairələrindən hansı yalanları tirajlama direktivi aldığını göstərir - yenə də ənənəvi “siyasi məhbus”, “sərbəst toplaşmaq azadlığı” məsələsinə bu dəfə “seçki islahatı problemləri” də qoşulub. Görünən budur ki, pul verən ermənipərəstlər Ə.Kərimliyə bu istiqamətdə şər-böhtan yaymağı tapşırıblar.
Ən əsası isə Azərbaycan dövləti öz istiqamətini, siyasi hədəflərini müəyyənləşdirib. Görünən budur ki, Əli Kərimlinin “istiqaməti” və “hədəfləri” yenə də xəyanətə və ianəyə yönəlib.
Qeyd edilməlidir ki, maliyyə qarşılığında maraqlı xarici dairələrin əlində alətə çevrilən Kərimli öz siyasi bitkinliyini həzm edə bilmir və bu yolla da yeni ianələr - qrant almağa çalışır. Partiyası dağılan, ətrafında yalnız barmaqla sayıla biləcək insanların qaldığı halda hələ də özünü “radikal düşərgə rəhbəri” adlandırmağa çalışan, bu yolla yalnız maddiyyatı təmin etmək niyyətində olan Kərimli anlayır ki, bu, onun son çabalamalarıdır. Çünki Kərimlinin xaricdən aldığı bütün qaranlıq maliyyə mənbələri ifşa edilir. Hətta başqa xarici ölkələr hesabına da artıq maliyyələşmə çətinləşib - oradakı casus şəbəkəsi də ifşa olunub. Bu isə o deməkdir ki, Kərimli öz yalanları ilə birgə “əriməyə” məhkumdur...
MƏNSUR
Xəbər lenti
Hamısına baxDünya
19 May 13:41
Xəbər lenti
19 May 13:33
Xəbər lenti
19 May 13:32
Xəbər lenti
19 May 13:28
Sosial
19 May 13:27
Sosial
19 May 13:26
Xəbər lenti
19 May 13:24
Dünya
19 May 13:18
Dünya
19 May 12:54
Gündəm
19 May 12:22
YAP xəbərləri
19 May 12:09
YAP xəbərləri
19 May 12:07
Sosial
19 May 12:06
Sosial
19 May 12:05
Sosial
19 May 12:03
Elm
19 May 12:03
Gündəm
19 May 11:49
Gündəm
19 May 11:30
İqtisadiyyat
19 May 11:16
Siyasət
19 May 10:52
Analitik
19 May 10:35
Sosial
19 May 10:13
Ədəbiyyat
19 May 09:54
Analitik
19 May 09:31
Ədəbiyyat
19 May 09:17
Ədəbiyyat
19 May 08:50
Gündəm
19 May 08:49
Sosial
19 May 08:38
Sosial
19 May 07:03
Gündəm
19 May 00:09
Dünya
18 May 23:46
Dünya
18 May 23:30
Elm
18 May 23:22
Xəbər lenti
18 May 22:51
Sosial
18 May 22:30
Dünya
18 May 22:17
Siyasət
18 May 22:10
Xəbər lenti
18 May 21:49
Xəbər lenti
18 May 21:22
Dünya
18 May 21:07
Dünya
18 May 20:53
İdman
18 May 20:28
Dünya
18 May 20:10
Siyasət
18 May 19:40
İqtisadiyyat
18 May 19:30
İqtisadiyyat
18 May 19:13
YAP xəbərləri
18 May 18:26
Gündəm
18 May 18:07
YAP xəbərləri
18 May 18:00
Gündəm
18 May 17:58
YAP xəbərləri
18 May 17:55
İdman
18 May 17:26
Gündəm
18 May 17:13
Sosial
18 May 16:11
Siyasət
18 May 16:09
İqtisadiyyat
18 May 16:07
Elm
18 May 15:58
Sosial
18 May 15:41
Gündəm
18 May 15:40
YAP xəbərləri
18 May 14:53
Sosial
18 May 14:19
Siyasət
18 May 14:16
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:09
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:08
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:07
Siyasət
18 May 14:06

