Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Maria Fernanda Espinoza: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

Maria Fernanda Espinoza: COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq

19.06.2024 [10:50]

Azərbaycanın ev sahibliyi edəcəyi COP29-a hazırlıq məqsədilə təşkil olunan Yüksək Səviyyəli 29-cu Toplantında bir araya gəlməyimizdə məqsəd iqlim dəyişikliyi ilə mübarizədə əsas məsələlərlə bağlı müzakirələr aparmaqdır. COP-un bu günü və gələcəyi hamımız üçün mühümdür. 

AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT Baş Assambleyasının 73-cü Sessiyasının prezidenti, Ekvadorun sabiq xarici işlər və müdafiə naziri Maria Fernanda Espinoza iyunun 19-da Bakıda keçirilən “COP29-a Aparan Yol: Dayanıqlı və Davamlı Gələcək” mövzusunda Yüksək Səviyyəli 29-cu Toplantının rəsmi açılış mərasimində səsləndirib. 

M.Espinoza vurğulayıb ki, COP29-un uğuru təkcə Azərbaycanın uğuru olmayacaq. İnanırıq ki, tədbir prosesə inamı və legitimliyi gücləndirəcək. 

COP29-un bəşəriyyət ilə təbiət arasında sülhün bərqərar edilməsi üçün keçirilən tədbir olduğunu bildirən qonaq deyib: “Biz uğurun bir hissəsi və COP29-un səfirləri olmaq istəyirik”.

Paylaş:
Baxılıb: 151 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Dünya

Xəbər lenti

Ədəbiyyat

Siyasət

Makronun yalanı...

20 İyul 10:50

Xarici siyasət

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31