Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü qeyd edilib
30.07.2024 [20:55]
Bakıda Çin Xalq Azadlıq Ordusunun yaradılmasının 97-ci ildönümü qeyd olunub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə Azərbaycanın və Çinin dövlət himnləri səsləndirilib.
Tədbirdə çıxış edən Çinin Azərbaycandakı səfirliyinin hərbi attaşesi, polkovnik Vanq Lei Çin ordusunun yaranmasından və onun möhkəmləndirilməsi istiqamətində dövlətin gördüyü işlərdən danışıb.
"Belə tədbirlər Çin və Azərbaycan arasında qarşılıqlı dostluq və təcrübə mübadiləsi üçün yaxşı fürsətdir. Müasir dövrdə bütün ölkələr bir-birindən asılı və bir-biri ilə sıx bağlıdır.
Bu mürəkkəb vəziyyətlə qarşılaşdıqda Çin Xalq Respublikasının Sədri Si Cinpin ordunun döyüş qabiliyyətini artırmaq üçün müasir texnikanın tətbiqinin zəruriliyini qeyd edib.
Çin Azadlıq Ordusu milli mövcudluq, müstəqillik, xalqların azadlığı, regional sabitlik və dünyada sülhün bərqərar olması üçün qəhrəmancasına mübarizə apararaq milli suverenliyin mühafizəsi, təhlükəsizliyin təminatı və dünyada sabitliyin qorunmasında mühüm rol oynayıb. Çin xalqı daima sülhsevərliyi ilə tanınıb. Çin dövləti dinc inkişaf yoluna sadiqdir və həmişə aktiv müdafiəyə əsaslanan milli müdafiə siyasəti yürüdüb. Çin Silahlı Qüvvələri öhdəsinə düşən vəzifələri layiqincə yerinə yetirir, dünyada sülhün möhkəmlənməsi üçün əməli tədbirlər görür.
97 il Çin ordusu ölkənin rifahı, təhlükəsizliyi və suverenliyi üçün ciddi dəstək göstərib. Çin daim aktiv müdafiə siyasətini tətbiq edir. Bəşəriyyətin rifahına çalışır və ortaq gələcək qurur. Çin Xalq Azadlıq Ordusu daim inam və qətiyyətə malikdir", - deyə hərbi attaşe əlavə edib.
Azərbaycan və Çin arasında dostluq münasibətlərinin qədim tarixə malik olduğunu qeyd edən Vanq Lei bildirib ki, 2 min il əvvəl başlayan bu münasibətlər tarixi İpək Yoluna əsaslanır. O, Azərbaycan ilə Çin arasında münasibətlərin müsbət istiqamətdə inkişafında dövlət başçılarının xüsusi rolunu diqqətə çatdırıb.
Diplomat bildirib ki, Çin və Azərbaycan Silahlı Qüvvələri arasında əməkdaşlıq xalqlarımıza fayda verəcək: "Ölkələrimiz arasında beynəlxalq və regional əməkdaşlıq daha da inkişaf edir. Biz əminik ki, cənab Sədr Si Cinpin və Prezident İlham Əliyevin güclü rəhbərlikləri altında iki ölkə Silahlı Qüvvələrinin birgə səyləri ilə hər iki tərəf dialoq, strateji məsləhətləşmələr və praktik əməkdaşlıqda daha səmərəli nəticələr əldə edəcək. Çin və Azərbaycan Silahlı Qüvvələri arasında dostluq və əməkdaşlığı daha da dərinləşdirmək hər iki dövlətin maraqlarına tam uyğundur və şübhəsiz ki, xalqlarımıza fayda verəcək", - deyə hərbi attaşe vurğulayıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12

