Müşahidəçilərə bunları etmək qadağandır - SİYAHI
11.08.2024 [14:39]
Mərkəzi Seçki Komissiyasının ötən gün baş tutan iclasında sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 46 ölkə və 29 qurumdan ümumilikdə 267 beynəlxalq müşahidəçinin qeydə alındığı bildirilib.
Həmçinin qeyd edilib ki, seçkilərlə əlaqədar 46 807 yerli müşahidəçi qeydiyyatdan keçib. Bu müşahidəçilərdən 5715 nəfəri MSK-da, 41 092 nəfəri isə dairə seçki komissiyalarında qeydiyyatdan keçib.
Maraqlıdır, müşahidəçilərə seçki prosesi zamanı hansı hərəkətlər qadağan edilib?
“Seçki 2024” Müstəqil Media Mərkəzinin məlumatına görə, Seçki Məcəlləsində müşahidəçilərə hansı hərəkətlərin qadağan olunması ilə bağlı bir neçə müddəa nəzərdə tutulub.
Belə ki, Məcəllədə müşahidəçiyə aşağıdakı hərəkətlər qadağan edilib:
Seçiciyə necə səs verəcəyi və ya necə səs verdiyi haqqında sual vermək;
Seçicinin xahişi ilə onun əvəzinə seçki bülleteni alınması haqqında imza etmək;
Seçicinin xahişi ilə seçki bülletenini doldurmaq;
Seçki komissiyalarının həlledici səs hüquqlu üzvləri ilə birlikdə seçki bülletenlərinin hesablanmasında birbaşa iştirak etmək;
Seçki komissiyalarının işinə maneə törədən hərəkətlər etmək;
Seçicilər arasında təşviqat aparmaq;
Bu və ya digər namizədin, siyasi partiyanın, referenduma çıxarılan sualın dəstəklənməsinə yönəldilən və ya dəstəklənməsi kimi qiymətləndirilə bilən hərəkətlər və ya çağırışlar etmək;
Müvafiq seçki komissiyasının qərarlarının qəbul olunmasına müdaxilə etmək;
Seçicilərin suallarına cavab vermək (öz statusu ilə bağlı suallar istisna olmaqla).
Seçki Məcəlləsinin 42.3-cü maddəsində göstərilən tələblərə riayət etməyən müşahidəçinin qeydiyyatı onu qeydə almış seçki komissiyasının müraciəti əsasında müvafiq məhkəmə tərəfindən ləğv edilə bilər.
Müşahidəçilər müşahidənin yekunlarına dair rəylərini Mərkəzi, dairə və ya məntəqə seçki komissiyasının sədrinə təqdim etdikdə həmin rəy səsvermənin nəticələri və ya seçkilərin yekunları haqqında protokola əlavə edilməlidir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10

