On doqquz saylı Nərimanov birinci seçki dairəsində treninqlərə başlanılıb
12.08.2024 [12:55]
Sentyabrın 1-nə təyin edilmiş növbədənkənar Parlament seçkiləri ilə əlaqədar avqustun 12-də 19 saylı Nərimanov birinci seçki dairəsinin dairə seçki komissiyasında məntəqə seçki komissiyalarının sədr, katib və üzvləri üçün treninqlərə başlanılıb. 4 gün davam edəcək təlimlərin məqsədi seçki komissiyaları üzvlərinin məlumatlılığını, peşəkarlığını artırmaqdır.
AZƏRTAC xəbər verir ki, treninqlərdə 37 məntəqədən 222 nəfərin iştirakı nəzərdə tutulub.
Məşğələləri Mərkəzi Seçki Komissiyasının (MSK) təlim kursunda iştirak edən Bəhruz Cabbarlı və Şamil Məmmədov aparırlar.
MSK tərəfindən hazırlanmış slaydların və əyani vəsaitlərin köməyi ilə iştirakçılara səsvermə günü məntəqə seçki komissiyaları üzvlərinin rol və vəzifələri, seçki prosesində müstəsna hallar, səslərin hesablanmasına hazırlıq, seçki bülletenlərinin təsnifatı, səslərin hesablanması və yekun protokolun doldurulması, səsvermə prosesinə dair praktiki tapşırıqlar və sair ilə bağlı məlumatlar verilir. Təlim iştirakçılarına bununla bağlı yaddaş kitabçası təqdim edilir.
Dairə seçki komissiyasının sədri seçkilərə hazırlıq işlərinin uğurla davam etdiyini, məntəqələrdə seçkilərin şəffaf və demokratik keçirilməsi, komissiya üzvlərinin normal fəaliyyəti üçün lazımi şəraitin yaradıldığını deyib. O qeyd edib ki, məntəqələr seçki kabinələri, təşviqat, məlumat, seçici siyahısı lövhələri, generatorlar, elektrik fənərlərı, daşınmaz və daşınan seçki qutuları, qeydiyyat dəftərləri, Seçki Məcəlləsi, parlament seçkiləri ilə bağlı təlimatlarla təmin olunub. Seçki məntəqələrinin 11-də veb-kamera quraşdırılıb. Sağlamlıq imkanları məhdud seçicilər də diqqətdən kənarda saxlanılmayıb. Belə ki, həmin qəbildən olan vətəndaşlar üçün məntəqələrdə panduslar quraşdırılıb.
“Hazırda dairədəki seçki məntəqələrinin sayı 37-yə, seçicilərin sayı isə 48 min 665-ə bərabərdir. Dairə üzrə 1 nəfərin 100-dən yuxarı yaşı var. Dairədə seçicilərin 637 nəfəri ilk dəfə səs verəcək. Onlar 18 yaşı tamam olan seçicilərdir”, - deyə A.Nəbiyev qeyd edib.
Qeyd edək ki, treninqlər, həmçinin 18 saylı Nərimanov-Nizami-Binəqədi, 20 saylı Nərimanov ikinci seçki dairələrinin dairə seçki komissiyalarında da keçirilir.
Xəbər lenti
Hamısına baxİqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10

