Media eksperti: "Ləhcəsi olan kimsə efirə buraxılmaz"
13.08.2024 [15:10]
Mediada çalışan jurnalistdən tələb olunan işlər sırasında iki məsələ həmişə öndədir. Yazı qabiliyyəti və gözəl nitq yerində olmalıdır. Yaza bilmirsənsə, çap mediasına, danışa bilmirsənsə, televiziya və radioya yolunu bağlamış olursan. Bu gün biz artıq multimedia dövründə yaşayırıq, jurnalistin hərtərəfli bacarıqlı olması tələbi də yaranıb. Hətta yazılı reportaj hazırlamısansa, onun videosu da olmalıdır, sosial mediada paylaşmaq üçün “şort”u da. Bir sözlə, yazın da, səsin də, görünüşün də gözəl olmalıdır.
Report Media Məktəbinin rəhbəri, media eksperti İsmayıl Rafiqoğlu "Yeni Azərbaycan" - a açıqlamasında bildirir ki, bu gün bizi narahat edən məqamlar sırasında bir çox jurnalistin diksiyasında açıq-aydın duyulan ləhcə problemini göstərə bilərik. Özü də əgər ləhcə yalnız hansısa regiona bağlı olsa, dərd yarıdır. İnternetin hər evə daxil olması ilə bu günün jurnalistində xarici dillərin də açıq-aydın duyulan digər ləhcələri də yaranıb".
Ekspert bildirir ki, əgər kimsə uzun müddət Türkiyə kanallarını izləyibsə, Azərbaycan dilində yox, hansısa qarışıq bir formada danışır, yad intonasiya ortaya qoyur. Onun sözlərinə görə qüsurlu nitq ciddi problemdir, çünki jurnalistin işi müsahibə, açıqlama almaqdır: "Rus və ingilis dillərini özünə ikinci dil kimi seçənlərin də danışığında da əcnəbi təsir duyulur.
“Mənim qonağım, müsahibim məni nə dərəcədə aydın olaraq anlayacaq” sualını hər bir media işçisi özünə verməlidir. Ləhcəsi olan kimsə ümumən efirə buraxılmaz. Yaxşı jurnalist belə olsan, maraqlı layihələrdən kənarda qalmalı olacaqsan.
Bir təlimçi kimi orta hesabla 10 nəfərlik qrupda 3-4 nəfərdə nitq qüsurlarının olduğunu müşahidə edirəm. Ləhcəni, yad intonasiyanı, daha ciddi problemləri ortadan yığışdırmağın cəmi bircə yolu var: bu da sistematik məşq etmək, natiqlik kurslarına getmək, auditoriya qarşısına çıxaraq danışmaqdır. Yaxşı danışmaq üçün gərək həm də hər gün gözəl nitqiHa olan insanları ən azı internetdən dinləyəsən.
İlk mərhələdə jurnalist problemin olduğunu anlamalı, daha sonra isə bundan yaxa qurtarmağın yollarını düşünməlidir. Adətən təlimlərə qonaq qismində natiqlikdən dərs deyən şəxsləri, gözəl nitqi olan insanları dəvət edirəm. Təsiri də az deyil. Bu gün qüsurlu danışan tələbə tezliklə məşqlər sayəsində daha yaxşı nəticəyə imza atmış olur”.
Havar Şəfiyeva
Xəbər lenti
Hamısına baxSiyasət
19 Aprel 02:15
Siyasət
19 Aprel 02:14
Dünya
18 Aprel 23:35
Dünya
18 Aprel 23:19
İdman
18 Aprel 22:19
Dünya
18 Aprel 22:03
Sosial
18 Aprel 22:03
İdman
18 Aprel 21:38
Hadisə
18 Aprel 20:41
Dünya
18 Aprel 19:27
Dünya
18 Aprel 18:39
Sosial
18 Aprel 17:32
Siyasət
18 Aprel 17:23
Sosial
18 Aprel 16:21
Gündəm
18 Aprel 15:59
Sosial
18 Aprel 15:43
Hadisə
18 Aprel 14:35
Sosial
18 Aprel 13:28
Gündəm
18 Aprel 12:44
Gündəm
18 Aprel 11:21
Gündəm
18 Aprel 10:54
Siyasət
18 Aprel 10:31
Analitik
18 Aprel 10:18
Gündəm
18 Aprel 09:50
Analitik
18 Aprel 09:35
Mədəniyyət
18 Aprel 09:12
Ədəbiyyat
18 Aprel 08:57
Ədəbiyyat
18 Aprel 08:33
YAP xəbərləri
17 Aprel 23:53
Dünya
17 Aprel 23:52
YAP xəbərləri
17 Aprel 23:51
Dünya
17 Aprel 23:39
Sosial
17 Aprel 23:15
Dünya
17 Aprel 22:41
İqtisadiyyat
17 Aprel 22:33
Dünya
17 Aprel 22:16
Dünya
17 Aprel 21:58
İqtisadiyyat
17 Aprel 21:23
Gündəm
17 Aprel 21:09
Hadisə
17 Aprel 21:09
Dünya
17 Aprel 20:45
Dünya
17 Aprel 20:32
Sosial
17 Aprel 20:17
Dünya
17 Aprel 19:50
Gündəm
17 Aprel 19:25
Dünya
17 Aprel 19:21
Xəbər lenti
17 Aprel 19:10
Elm
17 Aprel 18:53
Dünya
17 Aprel 18:20
Dünya
17 Aprel 17:28
Dünya
17 Aprel 17:11
Gündəm
17 Aprel 16:36
Dünya
17 Aprel 16:34
YAP xəbərləri
17 Aprel 16:13
Dünya
17 Aprel 16:10
Dünya
17 Aprel 15:58
YAP xəbərləri
17 Aprel 15:55
Sosial
17 Aprel 15:51
Hadisə
17 Aprel 15:43
Sosial
17 Aprel 15:27
Dünya
17 Aprel 15:23
Sosial
17 Aprel 15:16
İdman
17 Aprel 15:15
Siyasət
17 Aprel 15:02
Siyasət
17 Aprel 15:01
YAP xəbərləri
17 Aprel 14:54
Dünya
17 Aprel 14:45
Dünya
17 Aprel 14:41
Siyasət
17 Aprel 14:33
Sosial
17 Aprel 14:32

