Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Türkiyədəki meşə yanğınları ilə əlaqədar FHN-in təyyarəsi qardaş ölkəyə yola salınacaq

Türkiyədəki meşə yanğınları ilə əlaqədar FHN-in təyyarəsi qardaş ölkəyə yola salınacaq

17.08.2024 [23:00]

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Türkiyədə baş vermiş güclü meşə yanğınları ilə mübarizədə qardaş ölkəyə köməklik məqsədilə Fövqəladə Hallar Nazirliyinin (FHN) müvafiq yanğın-xilasetmə qüvvələri hazırlıq vəziyyətinə gətirilib.

Bu barədə AZƏRTAC-a FHN-in mətbuat xidmətindən məlumat verilib.

İlkin olaraq FHN-in Aviasiya dəstəsinin “BE-200ÇS” tipli amfibiya təyyarəsi yanğınsöndürmə əməliyyatlarına dəstək göstərilməsi məqsədilə Türkiyəyə yola salınacaq.

Bundan əlavə, Türkiyənin müvafiq qurumu ilə aparılan müzakirələrdə qardaş ölkəyə köməklik məqsədilə göndərilməsi üçün FHN-in şəxsi heyətinin tam hazır olduğu diqqətə çatdırılıb, lakin qarşı tərəf hazırkı mərhələdə yalnız təyyarənin göndərilməsinin kifayət etdiyini bildirib.

Hazırda amfibiya təyyarəsinin yola salınması üçün hazırlıq işləri görülür.

Paylaş:
Baxılıb: 565 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30