Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 101 saylı Samux-Şəmkir Seçki Dairəsində 355 nəfər ilk dəfə səs verəcək

101 saylı Samux-Şəmkir Seçki Dairəsində 355 nəfər ilk dəfə səs verəcək

19.08.2024 [14:32]

"101 saylı Samux-Şəmkir Seçki Dairəsinin inzibati ərazisi üzrə 56 seçki məntəqəsi fəaliyyət göstərir. Bu seçki məntəqələrinin 32-si Samux, 24-ü isə Şəmkir rayonu ərazisində yerləşir".

Bunu "Seçki 2024" Müstəqil Media Mərkəzinə açıqlamasında 101 saylı Samux-Şəmkir Dairə Seçki Komissiyasının sədri Bayram Qasımov deyib. O bildirib ki, seçki dairəsi üzrə ümumi seçicilərin sayı isə 54 min382 nəfər təşkil edir: "Bu seçicilərin müvafiq olaraq 28 min 336 nəfəri Şəmkir, 26 min 046 nəfəri Samux rayonunda qeydiyyatda olan seçicilərdir. Dairə üzrə ilk dəfə səs verənlər isə 355 nəfərdir. Onların 212-si Şəmkir, 143 nəfəri isə Samux rayonu sakinləridirlər. Dairə üzrə 800 nəfərdən artıq müşahidəçi qeydiyyatdan keçib".

DSK sədri qeyd edib ki, seçki dairəsi üzrə 13 nəfər imza vərəqəsi götürüb, onlardan 8-nin namizədliyi qeydə alınıb: "Proses Təqvim Planına əsasən aparılır. Beynəlxalq müşahidəçilər dairə seçki komissiyasında olublar. Məntəqə seçki komissiyalarının üzvləri ilə mütəmadi görüşlərimiz keçirilir, təchizatımız yüksək səviyyədədir. Seçki dairəsi ərazisindəki seçki məntəqələrinin bəziləri veb-kamerelarla təchiz olunub".

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30