İmişlidə Ağsaqqallar Şurasının yığıncağı keçirilib
03.09.2024 [12:52]
İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsində tədbir keçirilib.
Yeniazerbaycan.com xəbər verir ki, tədbirdə İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov, Şuranın sədr müavini Səlim Məhərrəmov, Şuranın İdarə Heyətinin üzvü Mayıl Hacıyev, Şura sədrinin köməkçisi Ramiz Əliyev və Bəhrəmtəpə Ağsaqqallar Şurasının üzvləri iştirak ediblər. Yığıncaqda Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurasının idarə heyətinin yeni tərkibinin seçilməsi və qəsəbədə təşkil edilən yas məclislərinin yeni qaydaları müzakirə edilib. Çıxış edən İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov bildirib ki, son zamanlar rayon Ağsaqqallar Şurasının keçirdiyi tədbirlər say və məzmunca daha da zənginləşir. Rayon ağsaqqallar Şurasının keçirdiyi tədbirlərə maraq artır. Yaşı əllidən yuxarı olan insanlar Ağsaqqallar Şurasının üzvü olmaq üçün müraciət edərək sıralarımıza daxil olurlar. Hazırda 400 nəfərə qədər rayonumuzun ağsaqqalı şuranın üzvlüyünə qəbul olunublar. Sıralarımızın boy artımı davam etməkdədir. Bu bizim qarşımıza yeni tələblər qoyub. Yeni yerli şuraların yaradılması və ağsaqqallarımızın həmin şuraların tərkibində birləşməsi qarşımızda duran əsas məsələlərdən biridir. Saleh Səmədov həmçinin qəsəbədə keçirilən yas məclislərinin sadələşdirilməsi və bütün insanların məqbul hesab edəcəyi qaydalar barədə qısa məlumat verdi. O, yas məclislərin ağırlığını və xərclərin çoxluğunu nəzərə alaraq üç və yeddi məclislərinin birləşdirilməsini təklif etdi.
Rayon Ağsaqqallar Şurasının nümayəndələri Səlim Məhərrəmov, Mayıl Hacıyev, Ramiz Əliyev, qəsəbə sakinlərindən Ağsaqqallar Şurasının üzvləri Mədət Tapdıqlı, Məhəmmədəli Zeynalov, Yaqub Hüseynov, Qafqaz Behbudov və digərləri Ağsaqqallar Şurasının cəmiyyətdəki rolundan, üzərinə düşən öhdəliklərdən və həyata keçirəcəyi işlərdən danışdırlar. Qeyd etdilər ki, Ağsaqqallar Şurası yaşlı nəslin nümayəndələrinin daha da yaxınlaşmasına və bir kollektivdə birləşməsinə yardım etməli, cəmiyyətdəki ictimai-siyasi proseslərə öz təsirini daha intensiv səkildə dəstək verməlidir.
Çıxış edənlər Rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədovun yas məclislərinin sadələşdirilməsi, hər bir ailənin gücü çatacaq mərasimə çevrilməsi sahəsindəki təşəbbüsünü müdafiə etdilər. Bəhrəmtəpə qəsəbə Ağsaqqallar Şurası 17 nəfərdən ibarət yeni idarə heyətini və sədrini seçdi. Bəhrəmtəpə qəsəbə yerli Ağsaqqallar Şurasının yeni sədri Hüseynov Yaqub Xanış oğlu seçildi. Bəhrəmtəpə qəsəbə yerli Ağsaqqallar Şurası Rayon Şurasının sədri Saleh Səmədovun yas məclislərinin sadələşdirilməsi, hər bir ailənin gücü çatacaq mərasimə çevrilməsi sahəsindəki təşəbbüsünə dəstək verərək onun qəsəbə sakinləri arasında təbliğ edilməsini qərara aldılar.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12

