Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / “Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi təşkil edilib

“Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi təşkil edilib

09.09.2024 [16:50]

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin və İqtisadiyyat Nazirliyinin birgə təşkilatçılığı ilə “Yaşıl Həmrəylik - 2024” ideya müsabiqəsi keçirilib.

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyindən Yeniazerbaycan.com-a verilən məlumata görə, “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş tədbir İqtisadiyyat Nazirliyi yanında Elmi-Tədqiqat İnstitutunun nəzdindəki Təlim Tədris Mərkəzinin dəstəyi ilə Şamaxıda təşkil olunub.

Müsabiqədə ümumilikdə hər iki qurumun əməkdaşlarından ibarət 20 komanda yarışıb. İştirakçılar “yaşıl ictimai xidmətlər”, ekoloji məlumatlılığın artırılması, “yaşıl iş mühiti”, bu sahədə ictimai iştirakçılığın təşviqi mövzularında rəqəmsal həll konseptləri hazırlayıblar.

Məqsəd innovasiya yönümlü potensialın aşkarlanması, “yaşıl iqtisadiyyat”ın və “yaşıl iş mühiti”nin təşviqi, əməkdaşlar arasında şəbəkələşmənin genişləndirilməsi, innovativ düşüncə tərzinin aşılanması olub.

Tədbir çərçivəsində İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin nümayəndəsi tərəfindən “Rəqəmsal İqtisadiyyat və Sənaye 4.0” mövzusunda təqdimat edilib.

İnnovativ yanaşmanın tətbiqi, dayanıqlılıq, prosesə strateji yanaşma, səmərəlilik və təqdimat bacarıqları meyarlarına uyğun aparılan qiymətləndirməyə əsasən müsabiqədə I yerin qalibi Dördüncü Sənaye İnqilabının Təhlili və Koordinasiya Mərkəzinin “Yaşıl işıq” komandası, II yerin qalibi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin “Ekoland” komandası, III yerin qalibi isə Əmlak Məsələləri Dövlət Xidmətinin “Horizon” komandası olub.

Paylaş:
Baxılıb: 726 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30