Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Polis küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

Polis küləkli hava şəraiti ilə bağlı sürücülərə müraciət edib

28.12.2024 [18:35]

Baş Dövlət Yol Polisi İdarəsi küləkli hava ilə bağlı yol hərəkəti iştirakçılarına müraciət edib.

Bu barədə AZƏRTAC-a İdarədən məlumat verilib.

Bildirilib ki, Milli Hidrometeorologiya Xidməti Bakıda və Abşeron yarımadasında, eyni zamanda, bəzi bölgələrdə dekabrın 29-da gözlənilən küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verib. Xəbərdarlıqla əlaqədar yollarda yarana biləcək xoşagəlməz halların qarşısının alınması üçün hərəkət iştirakçılarına müraciət edən İdarə, onlardan yola çıxarkən ehtiyatlı olmağı, yol hərəkəti qaydalarına ciddi riayət etməyi xahiş edir.

Qeyd olunub ki, qoşqulu, tentli, uzun ölçülü yük avtomobillərinin sahibləri və sürücüləri daha məsuliyyətli olmalı, küləkli hava şəraitində hərəkətin çətin və təhlükəli olduğunu unutmamalı, daşıdıqları yükün qablaşdırılmasına xüsusi diqqət yetirməlidirlər.

Sürücülərə nəqliyyat vasitələrini sürüşmə, aşma və digər bu kimi təhlükə ehtimalı olan obyektlərdən kənarda saxlamaq, park edərkən qapalı məkanlara üstünlük vermək tövsiyə olunur.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

Analitik

100 illik saziş...

18 Yanvar 10:18

Ədəbiyyat

Ədəbiyyat

Şənbə üçün nəzm

18 Yanvar 09:35  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31