/ / Azərbaycan Könüllülərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” festivalı keçirilib
Azərbaycan Könüllülərinin iştirakı ilə Novruz bayramına həsr olunmuş “Xonça Fest” festivalı keçirilib
20.03.2025 [18:46]
Martın 19-da Bakının Xətai rayonunda “Nizami Gəncəvi” adına mədəniyyət və istirahət parkında Novruz bayramı münasibətilə “Xonça Fest” festivalı həyata keçirilib.
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinin, Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi və Azərbaycan Könüllü Təşkilatları İttifaqının təşkilatçılığı ilə keçirilən festivalda 800 nəfər Azərbaycan Könüllüsü iştirak edib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikasının Gənclər Fondunun İcraçı direktoru vəzifəsini icra edən Qədir Xəlilov festival iştirakçılarını Novruz bayramı münasibətilə təbrik edərək, festivalın əhəmiyyətindən danışaraq, gənclərin bu kimi tədbirlərdə fəal iştirakının onların inkişafına müsbət təsir göstərdiyini bildirib. O, Gənclər Fondunun gənclərin təşəbbüslərinə və könüllülük hərəkatına daim dəstək verdiyini qeyd edib. Daha sonra çıxış edən Azərbaycan Könüllü Təşkilatları İttifaqının sədri Vüqar Əliyev Novruz bayramının xalqımız üçün birlik, həmrəylik və yenilənmə rəmzi olduğunu vurğulayıb. O, “Xonça Fest”in yalnız bir bayram tədbiri olmadığını, eyni zamanda Azərbaycanın könüllülük hərəkatının güclənməsinə, gənclərin fəal vətəndaş kimi formalaşmasına və milli-mənəvi dəyərlərin yaşadılmasına töhfə verdiyini qeyd edib.
Festival çərçivəsində Azərbaycan Könüllülərinin ifasında rəqs kompozisiyaları, müxtəlif maraqlı çıxışlar və əyləncəli fəaliyyətlər təqdim olunub. İstedadlı gənclər öz performansları ilə tamaşaçılara unudulmaz anlar yaşadıblar.
Tədbirin ən yaddaqalan məqamlarından biri Azərbaycan Respublikasının Xalq Artisti Niyaməddin Musayevin möhtəşəm çıxışı olub. Sənətkar öz ifaları ilə bayram ovqatını daha da yüksəldib.
Bundan əlavə, festival çərçivəsində iştirakçılar üçün hədiyyəli viktorinalar təşkil olunub. Hər mərhələdə 5 sualdan ibarət viktorinalar iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və qaliblərə dəyərli hədiyyələr təqdim edilib.
Tədbirin sonunda festival iştirakçıları üçün əyləncəli parti təşkil edilib.
Qeyd edək ki, festivalın uğurla həyata keçirilməsinə “Coca-Cola Azərbaycan” da öz dəstəyini göstərib.
Xəbər lenti
Hamısına baxSosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07

