/ / Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib
Konstitusiya Məhkəməsində Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş konfrans keçirilib
07.05.2025 [23:10]
Mayın 7-də Konstitusiya Məhkəməsində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş “Ulu Öndər Heydər Əliyevin müəllifi olduğu Azərbaycan Respublikasının Konstitusiyası: müasir hüquqi dövlətçiliyin təməli kimi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Bu barədə AZƏRTAC-a Konstitusiya Məhkəməsinin mətbuat xidmətindən bildirilib.
Tədbirdə açılış nitqi ilə çıxış edən Konstitusiya Məhkəməsinin sədri Fərhad Abdullayev müasir Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin əvəzsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışaraq ölkəmizdə müstəqilliyin bərpasından sonra Ümummilli Liderin xalqın təkidli tələbi nəticəsində hakimiyyətə qayıtmasının Azərbaycan dövlətçiliyini ciddi təhlükələrdən xilas etdiyini, ölkənin ictimai-siyasi, sosial-iqtisadi və elmi-mədəni həyatında əsaslı dönüş yaratdığını, bütün sahələrdə qazanılan uğurların dahi rəhbər Heydər Əliyev siyasətinin bəhrəsi olduğunu qeyd edib.
Sədr Azərbaycan tarixinin bütöv bir mərhələsinin Ümummilli Liderin adı ilə bilavasitə bağlı olduğunu, görkəmli siyasətçi Heydər Əliyevin Vətənin müstəqilliyi, inkişafı, xalqın milli-mənəvi tərəqqisi üçün önəmli işlər həyata keçirdiyini, Azərbaycanda hüquqi, demokratik və dünyəvi dövlət quruculuğunun təməlini qoyaraq inkişaf etdirdiyini vurğulayıb.
Dahi şəxsiyyət Heydər Əliyevin zəngin dövlətçilik təcrübəsinin, siyasi irsinin əhəmiyyətindən bəhs edən Fərhad Abdullayev qeyd edib ki, 1995-ci ildə Ulu Öndərin rəhbərliyi ilə hazırlanmış və ümumxalq səsverməsi yolu ilə qəbul olunmuş Konstitusiya ölkəmizdə dövlətçiliyin inkişafına, demokratik və hüquqi dövlətin, vətəndaş cəmiyyətinin yaradılmasına və hüquq sisteminin müasir tələblərə uyğun formalaşdırılmasına geniş imkanlar açıb, həmin proses çərçivəsində ölkəmizdə ilk dəfə olaraq konstitusiya ədalət mühakiməsi institutu təsis edilib.
Vurğulanıb ki, bu gün Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqının azadlığının, müstəqilliyinin qorunmasına yönələn müqəddəs ideyaları onun layiqli davamçısı olan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilir. Ölkəmizdə aparılan məhkəmə-hüquq islahatları Ulu Öndər Heydər Əliyevin siyasi-hüquqi ideyalarına uyğun olaraq qanunçuluğun və Konstitusiyanın aliliyinin daha da möhkəmləndirilməsinə, hüquqi cəmiyyətin inkişafına xidmət edir.
Sədr diqqətə çatdırıb ki, Ulu Öndər Heydər Əliyev tərəfindən təməli qoyulan məqsədyönlü daxili və xarici siyasətin, ordu quruculuğu strategiyasının müasir dövrdə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycan Ordusu 44 günlük Vətən müharibəsində tarixi Zəfər qazanıb, torpaqlarımızın uzun illər davam edən işğalına son qoyularaq ərazi bütövlüyümüz, tarixi ədalət və beynəlxalq hüquq bərpa edilib. Bu Qələbə regionda yeni reallıqlar yaradaraq Konstitusiyanın hüquqi qüvvəsini və vətəndaşların konstitusiya hüquqlarının bərpasını işğaldan azad olunmuş torpaqlarımızda təmin edib.
Bildirilib ki, 2023-cü ilin sentyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə Qarabağda həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində rəşadətli Ordumuz dövlətimizin suverenliyini onun bütün ərazisində tam təmin edib və xalqımızın milli ruhunun yenilməzliyini bir daha nümayiş etdirib.
Qeyd olunub ki, Prezident İlham Əliyevin 28 dekabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci il “Konstitusiya və Suverenlik İli” elan edilib və bununla bağlı ölkədə bir sıra tədbirlər həyata keçirilməkdədir. Həmçinin Konstitusiya Məhkəməsi tərəfindən bu il bir sıra tədbirlərlə yanaşı, iyul ayında Azərbaycan Respublikası Konstitusiyasının qəbul olunmasının 30 illiyinə həsr edilmiş beynəlxalq konfrans təşkil olunacaq.
Konfransda Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyeva, Bakı Dövlət Universitetinin rektoru Elçin Babayev, Prezident yanında Dövlət İdarəçilik Akademiyasının, Milli Aviasiya Akademiyasının, Ədliyyə Nazirliyinin Ədliyyə Akademiyasının, Hüquqi Ekspertiza və Qanunvericilik Təşəbbüsləri Mərkəzinin, Daxili İşlər Nazirliyinin Polis Akademiyasının, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının nümayəndələri iştirak ediblər.
Çıxış edənlər bildiriblər ki, görkəmli siyasi və dövlət xadimi Heydər Əliyevin hakimiyyətə qayıdışı ölkəmizin tarixində yeni mərhələnin başlanğıcı olub. Ulu Öndərin Azərbaycana rəhbərlik etdiyi dövrdə uzaqgörənliklə atılmış addımlar, ölkəmizdə əsası qoyulan güclü sosial, mədəni, iqtisadi və intellektual sərmayələr gələcəkdə Azərbaycan xalqının istiqlaliyyət qazanması üçün zəmin yaradıb.
Daha sonra konfransın praktiki hissəsində müxtəlif hüquqi mövzular üzrə məruzələr təqdim olunub, geniş fikir mübadiləsi aparılıb.
Tədbirə yekun vuran Fərhad Abdullayev xüsusilə qeyd edib ki, Ümummilli Lider Heydər Əliyevin ölkəmizin parlaq gələcəyinə hesablanmış uğurlu siyasəti zamanın tələblərinə uyğun olaraq, bu gün onun siyasi varisi dövlətimizin başçısı İlham Əliyev tərəfindən uğurla davam etdirilir, Azərbaycan dünyada bir çox yeni layihələrə imza ataraq məğlubedilməz və güclü dövlətə çevrilir, hərtərəfli inkişaf edərək zəfərdən-zəfərə doğru addımlayır. Konstitusiya Məhkəməsi də öz növbəsində müəllifi Ulu Öndər Heydər Əliyev olan Əsas Qanunun aliliyinin təmin edilməsi, demokratik, hüquqi dövlət quruculuğu prosesinin möhkəmlənməsi və qanunçuluğun qorunması istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi mütərəqqi fəaliyyətinə dəstək olaraq üzərinə düşən vəzifələri bundan sonra da layiqincə yerinə yetirməyə çalışacaq.
Tədbirin sonunda Fərhad Abdullayev aprelin 25-də Bakı şəhərinin Qaradağ rayonunun orta məktəblərinin yuxarı sinif şagirdləri arasında keçirilmiş “Konstitusiya və Suverenlik İli” hüquq olimpiadasının qaliblərinə mükafatlar təqdim edib.
Xəbər lenti
Hamısına bax
İdman
20 May 23:37

Dünya
20 May 23:16

Dünya
20 May 22:51

Xəbər lenti
20 May 22:30

Dünya
20 May 22:19

Dünya
20 May 21:45

Dünya
20 May 21:24

Dünya
20 May 20:46

Hadisə
20 May 20:12

Dünya
20 May 19:52

YAP xəbərləri
20 May 19:28

YAP xəbərləri
20 May 18:36

Analitik
20 May 18:31

Dünya
20 May 18:15

Dünya
20 May 17:44

YAP xəbərləri
20 May 17:25

YAP xəbərləri
20 May 16:32

YAP xəbərləri
20 May 16:05

Gündəm
20 May 16:01

Elanlar
20 May 15:51

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:16

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:15

Siyasət
20 May 15:14

Siyasət
20 May 15:13

Siyasət
20 May 15:12

Siyasət
20 May 15:10

Siyasət
20 May 15:09

Gündəm
20 May 14:53

Elanlar
20 May 14:51

Sosial
20 May 14:50

YAP xəbərləri
20 May 14:33

Sosial
20 May 14:11

Gündəm
20 May 13:50

Elm
20 May 13:03

Mədəniyyət
20 May 12:42

Siyasət
20 May 12:10

Sosial
20 May 11:30

İdman
20 May 11:27

Dünya
20 May 11:26

Sosial
20 May 11:25

Gündəm
20 May 11:22

Gündəm
20 May 11:20

İqtisadiyyat
20 May 11:18

İqtisadiyyat
20 May 11:17

Sosial
20 May 10:31

YAP xəbərləri
20 May 10:20

Sosial
20 May 10:18

Analitik
20 May 10:09

İqtisadiyyat
20 May 09:57

Siyasət
20 May 09:43

Ədəbiyyat
20 May 09:38

MEDİA
20 May 09:29

Analitik
20 May 09:15

Analitik
20 May 09:07

Dünya
20 May 08:54

Dünya
20 May 08:41

Sosial
20 May 08:36

Sosial
20 May 08:11

Gündəm
20 May 07:54

Gündəm
20 May 07:38

İqtisadiyyat
19 May 23:14

Sosial
19 May 22:53

İdman
19 May 22:25

Dünya
19 May 21:41

Siyasət
19 May 21:32

Dünya
19 May 21:18

Dünya
19 May 20:39

Dünya
19 May 20:18
