Beynəlxalq forumda Azərbaycan multikulturalizmindən bəhs olunub
01.09.2025 [12:29]
Venesiya Film Festivalı çərçivəsində “Birləşdirən bağlar: Anlaşmaya və insan qardaşlığına səyahət” mövzusunda Forum keçirilib. İnsan Qardaşlığının Ali Komitəsinin (HCHF) Daha Yaxşı Dünya Fondu (BWF) ilə birgə təşkil etdiyi Forum diplomatları, qlobal liderləri və incəsənət xadimlərini bir araya gətirib. Tədbirdə kino və mədəniyyətin fərqliliklərin aradan qaldırılmasında oynadığı rol müzakirə olunub. Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov Forumda məruzə ilə çıxış edib. Forumun İnsan Qardaşlığı Ali Komitəsinin baş müşaviri Malayziya Universitetinin dosenti Herizal Hazrinin moderatorluğu ilə keçən panelində Rəvan Həsənovala yanaşı UNESCO-nun elm, texnologiya və sahibkarlıq üzrə xoşməramlı səfiri, Malinin sabiq icraçı baş naziri Çeyk Modibo Diarra, Sülh üzrə Nobel Laureatlarının Dünya Sammitinin Daimi Katibliyinin sədri Yekaterina Zagladina, Gürcüstanın keçmiş iqtisadiyyat və davamlı inkişaf nazirinin müavini Ketevan Bochorishvili də çıxış edib, müzakirələr aparılıb.
Rəvan Həsənov məruzəsində Azərbaycanın multikulturalizm sahəsindəki təcrübələrini təqdim edib, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin həyata keçirdiyi layihələrdən danışıb. O vurğulayıb ki, Mərkəz Azərbaycanın multikultural dəyərlərini və cəmiyyətlərarası əməkdaşlığı təşviq edən beynəlxalq təşəbbüslərdə fəal iştirak edir, müxtəlif mədəniyyətlərin qarşılıqlı anlaşmasını və sosial harmoniyanı gücləndirmək məqsədilə layihələr həyata keçirir.
İcraçı direktor qeyd edib ki, Forumun Venesiya Film Festivalı çərçivəsində təşkil olunması incəsənətin və mədəniyyətin qlobal səhnədə birləşdirici gücünü, kinonun mədəniyyətlərarası dialoqun gücləndirilməsi və qlobal əməkdaşlıq üçün böyük bir vasitə olduğunu bir daha vacib edir. Məruzə maraqla qarşılanıb və müxtəlif suallar cavablandırılıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
MEDİA
05 İyun 21:49
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11

