Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib

Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib

17.11.2021 [17:05]

Turani Əliyev

YAP Göygöl rayon təşkilatı sədrinin səlahiyyətlərini icra edən

Azərbaycan 1991-ci ildə dövlət müstəqilliyini bərpa etməsinə baxmayaraq, qısa müddətdə ölkəmiz onu itirmək təhlükəsi ilə üzləşmiş, xaos və anarxiya, qanunsuzluq burulğanına düçar olmuşdu. Bu səbəbdən Azərbaycan xalqının XX əsrdə yetişdirdiyi ən böyük şəxsiyyət - Ulu Öndər Heydər Əliyevin rəhbərliyi altında 1992-ci il 21 noyabr tarixində Yeni Azərbaycan Partiyasının (YAP) yaradılması ölkəmizdə mühüm ictimai-siyasi hadisə olmaqla yanaşı, həm də müstəqillik tariximizin ən parlaq başlanğıc nöqtəsi kimi qiymətləndirilir.

Beləliklə, müstəqilliyimizin ilk illərində tarixi zərurətdən yaranan Yeni Azərbaycan Partiyası qısa zaman müddətində iqtidar partiyasına çevrildi. Qarşıda isə ölkəni çətin və böhran vəziyyətindən çıxarmaq kimi ciddi hədəflər dayanırdı. Ulu Öndər Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə gələn kimi atdığı qətiyyətli addımlar nəticəsində ölkə vətəndaş müharibəsi təhlükəsindən xilas oldu, böhran vəziyyətindən çıxdı.

Ulu Öndərin milli maraq və mənafeyə hədəflənmiş böyük ideyalarını uğurla həyata keçirən, ümummilli inkişaf konsepsiyasını müvəffəqiyyətlə realizə edən cənab İlham Əliyevin 2003-cü ildə hakimiyyətə gəlməsi də ölkəmiz üçün mühüm tarixi hadisə idi. Ona görə ki, Ümumilli Liderin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycan xalqına verdiyi bütün vədlərə sadiq qaldığını öz əməli ilə sübuta yetirdi. Ali Baş Komandan İlham Əliyev xalqımıza söz verdiyi kimi tək Qarabağı deyil, qürurumuzu da özümüzə qaytardı.

Hazırda Ulu Öndərin siyasi kursunun ən layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının Sədri cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz daha işıqlı və firavan günlərə qovuşur. 44 günlük Vətən müharibəsində qazanılan Tarixi Zəfər, eyni zamanda beynəlxalq müstəvidə əldə edilən yeni uğurlar ictimai, siyasi, mədəni, iqtisadi münasibətlərimizə müsbət təsir göstərərək həm regionda, həm də ölkə daxilində yeni reallıqlar yaradıb.

Prezident İlham Əliyev tərəfindən ölkəmizdə bütün sferalarda islahatların həyata keçirildiyi bir zamanda yeni siyasi sistemin keyfiyyətinin daha da artırılması, təhkimləşdirilməsi məqsədilə Yeni Azərbaycan Partiyasının daxilində də islahatların aparılması zərurəti yaranmışdı. Qeyd edilən zərurətdən irəli gələrək 5 mart 2021-ci il tarixində Yeni Azərbaycan Partiyasının VII qurultayının keçirilməsi xalqımız tərəfindən böyük maraqla qarşılandı və partiya ümumxalq partiyası olduğunu bir daha sübut olundu. Çünki YAP bu gün ölkəmizdə həyata keçirilən vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu, demokratik inkişaf prosesində yaxından iştirak edir, müstəqil Azərbaycan dövlətinin yüksəlişinə, tərəqqisinə öz töhfələrini əsirgəmir.

Qeyd etmək gərəkdir ki, Yeni Azərbaycan Partiyasında aparılan genişmiqyaslı islahatların nəticəsində də partiyanın rəhbər, struktur və idarəetmə bölmələrində potensiallı gənclərimizin rolu artırılıb. Məhz Yeni Azərbaycan Partiyası fəaliyyətində həm də gənclərə geniş imkanların yaradılmasına, onlarda milli şüurun, vətənpərvərlik ruhunun formalaşdırılmasına xüsusi diqqət yetirib. Xatırladaq ki, Ümumilli Lider Heydər Əliyev də hər zaman fəaliyyətində gənclərə xüsusi önəm verib, diqqət və qayğı göstərib. Partiyanın VII qurultayında cənab Prezident öz nitqində gənclərin ölkəmizin inkişafındakı rolunu geniş şərh edib və ölkəmizin yetişdirdiyi vətənpərvər gənclərin 44 günlük Vətən müharibəsində göstərdikləri qəhrəmanlıqları xüsusi vurğulayıb.

Bu gün əminliklə demək olar ki, Yeni Azərbaycan Partiyasının fəaliyyətində Heydər Əliyevin ideya və arzuları ən ali səviyyədə həyata keçirilir. Ona görə ki, YAP bütün fəaliyyətini ölkənin tərəqqisinə, inkişafına, müstəqilliyinə, təhlükəsizliyinə həsr edən vahid siyasi qüvvəyə çevrilib.

Bir sözlə, Ulu Öndər Heydər Əliyevin qurucusu olduğu Yeni Azərbaycan Partiyasının yaranması tarixi zərurətdən irəli gəlib, siyasi mübarizələrlə dolu şərəfli bir yol keçərək xalqımızın və ölkəmizin həyatını kökündən dəyişdirib. Azərbaycanımızın inkişafı və rifahı naminə öndə olan bu siyasi partiya xalqımızı uğurlu gələcəyə aparır.

Paylaş
Baxılıb: 112 dəfə

Xəbər lenti

Hamısına bax

Məqsəd keyfiyyətdir

02 Dekabr 11:00

Neftin qiyməti artıb

01 Dekabr 15:31

ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31