1000-ci tanker Avropaya doğru...
01.12.2021 [10:42]
Mübariz
Azərbaycan qısa müstəqillik tarixində tərəfdaşları ilə sıx əməkdaşlıq şəraitində şaxələndirilmiş nəql marşrutlarının yaradılmasına nail olub. Artıq neçə illərdir ki, Azərbaycanın zəngin enerji resursları bu marşrutlarla Avropa ölkələrinə çatdırılır. Elə bu günlərdə bp-nin əməliyyatçısı olduğu Qərb İxrac Boru Kəməri (Bakı-Supsa) vasitəsilə Azəri-Çıraq-Günəşli (AÇG) yatağından çıxarılan neftlə yüklənmiş 1000-ci tanker Qara dəniz sahilindəki Supsa terminalından yola salınıb. İtaliyaya yola salınan “Stamos” adlı tankerə Səngəçal terminalından başlayaraq, Azərbaycan və Gürcüstan ərazisindən keçməklə Supsaya təhlükəsiz şəkildə nəql olunan 650000 barel xam neft yüklənib.
Bakı-Supsa kəməri 1999-cu ildə istismara verilib. İndiyədək bu kəmərlə 700 milyon bareldən çox neft nəql edilib. Boru kəmərinin hazırkı ixrac həcmi gündəlik 100000 barel neft təşkil edir. bp-nin Gürcüstan üzrə vitse-prezidenti Aytən Hacıyeva layihə barədə məlumat verərək bildirib: “Bakı-Supsa bp və tərəfdaşlarının həyata keçirdikləri ilk neft layihəsinin mühüm bir hissəsidir. Onun uğurlu istismarı Gürcüstanda və regionda təhlükəsiz şəkildə həyata keçirilən əməliyyatlarımızın gözəl bir nümunəsidir. Supsa terminalından 1000-ci tankerin yola salınması həm də bp-nin Gürcüstandakl fəaliyyətinin 25-ci ildönümünə təsadüf edən əlamətdar bir hadisədir”.
bp-nin Azərbaycan-Gürcüstan-Türkiyə ixrac boru kəmərləri üzrə meneceri Eldar Qazıyev isə kəmərin uğurlu istismar tarixindən bəhs edib. “İstismarda olduğu 20 ildən artıq müddətdə Bakı-Supsa boru kəmərinin göstərdiyi əla iş icrası ilə həqiqətən fəxr edirik”.
Qeyd edək ki, Bakı-Supsa boru kəmərinin ümumi uzunluğu 829 km-dir. Kəmərin Azərbaycan hissəsi 456 km, Gürcüstan hissəsi isə 373 kilometrdir. AÇG üzrə iştirak payı bu cürdür: “bp” (30,37%), SOCAR (25,0 %), “MOL” (9,57 %), İNPEX (9,31 %), “Equinor” (7,27 %), “ExxonMobil” (6,79 %), “TPAO” (5,73 %), “İTOCHU” (3,65 %), “ONGC Videsh Limited (OVL)” (2,31 %).
Xəbər lenti
Hamısına baxSiyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58
YAP xəbərləri
04 İyun 16:25
Dünya
04 İyun 16:23
YAP xəbərləri
04 İyun 16:21
Dünya
04 İyun 15:54
Dünya
04 İyun 15:31
Dünya
04 İyun 15:10
Dünya
04 İyun 14:49
İqtisadiyyat
04 İyun 14:42
İqtisadiyyat
04 İyun 14:40
Sosial
04 İyun 14:34
Siyasət
04 İyun 14:33
Xəbər lenti
04 İyun 14:25
Dünya
04 İyun 14:22
Siyasət
04 İyun 14:20
Sosial
04 İyun 14:07
Dünya
04 İyun 13:54

