Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan xalqı və onun Liderinə olan ehtiramın nümunəsi

Azərbaycan xalqı və onun Liderinə olan ehtiramın nümunəsi

01.12.2021 [10:48]

Dünyanın ən mürəkkəb tuneli Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə tikilib

Noyabrın 29-da “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə videomaterial yayımlanıb.

Görüşdə Ümummilli Lider Heydər Əliyev Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvü və SSRİ Nazirlər Soveti Sədrinin birinci müavini vəzifəsində çalışarkən həmin dövrdə dünyanın ən mürəkkəb tuneli sayılan və xarici ölkələrin şirkətlərinin inşa edə bilmədiyi Baykal-Amur Magistralındakı (BAM) Severomuyski tunelinin Ulu Öndərin birbaşa rəhbərliyi ilə uğurla tikildiyi xüsusi olaraq vurğulanıb.

Sovet dövrünün möcüzələrindən sayılan Baykal-Amur Magistralının tikinti prosesində ittifaqın bütün ölkələrinin vətəndaşları və millətləri yaxından iştirak edirdilər. Azərbaycan xalqının nümayəndələri də onların arasında idi.

Magistral tikilən zamanlarda Ulu Öndər Heydər Əliyevin böyük layihə ilə bağlı xidmətləri bu gün də yüksək səviyyələrdə etiraf və təqdir olunur. 1974-cü ildə tikintisinə qərar verilən layihənin icrası məqsədilə o vaxt hələ Azərbaycana rəhbərlik edən Heydər Əliyevin tapşırığı ilə minlərlə gənc BAM-a yollandı. “Rossiya-24” telekanalında Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Rusiyanın “BTS-MOST” Səhmdar Cəmiyyətinin Direktorlar Şurasının sədri Ruslan Baysarovla görüşü barədə yayımlanan videomaterialda Ulu Öndərin xidmətləri xüsusi qeyd olunub.

Ruslan Baysarovun “Bamtonnelstroy”un inşa etdiyi iki tuneldən biri Severomuyski tuneli ilə bağlı məlumat verdi: “Xarici mütəxəssislər bu tuneli tikməkdən imtina edir və bizim də imtina etməyimizi təklif edirdilər. 1984-cü ildə Sov.İKP MK Siyasi Bürosunun üzvü, Nazirlər Soveti Sədrinin birinci müavini Heydər Əliyev tunel inşaatçılarını dəstəkləmək üçün bu tikintiyə gəlmişdi. Bildiyiniz kimi, tunelin tikintisi başa çatdırıldı və o, indiyə qədər dünyada ən mürəkkəb tuneldir, çox maraqlı obyektdir.

Biz orada cəmi 45 kilometr tunel tikmişik, bu tunelin uzunluğu isə 15,5 kilometrdir. Siyasi Büro əvvəlcə cəmi səkkiz tunel planlaşdırmışdı. Heydər Əliyev gələndə fəhlələr ona izah etdilər ki, əlavə iki dolanbac tunel tikilməsi də zəruridir. Heydər Əliyev “Bamtonnelstroy” işçiləri ilə birgə elə yerindəcə qərar qəbul etdi. Orada daha iki dolanbac tunel tikildi. Təsəvvür edirsinizmi? Bu, çox mürəkkəb, çox maraqlı obyektdir və indiyə qədər dünyada ən mürəkkəb obyektlərdən biri kimi qalır”, - deyə vurğuladı.

Xatırladaq ki, Ulu Öndər Heydər Əliyevin birbaşa nəzarət etdiyi BAM-ın tikintisi öz çətinliyi və ziddiyyətləri ilə seçilirdi. Miqyasına görə dünyada analoqu olmayan layihə böyük olduğu qədər də çoxsaylı problemlərə malik idi. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dönəmdə tikintisi vüsət götürən magistralın 210-cu kilometrliyində azərbaycanlılar tərəfindən Ulkan stansiyası inşa edildi və onun ətrafında Ulkan qəsəbəsi salındı. Həmin qəsəbənin salınması isə birbaşa Ulu Öndərin nəzarəti altında həyata keçirilirdi. Onu da əlavə edək ki, Azərbaycandan ilk inşaat dəstəsi bu ərazilərə 1975-ci ilin əvvəlində gəlib. O vaxt Ulkan qəsəbəsinin yalnız adı var idi. İndi bu yerlər tanınmaz dərəcədə dəyişib, yeni insan məskəni salınıb. Azərbaycanlıların da iştirakı ilə tikilən və uzunluğu 209 kilometr olan dəmir yolu xəttinin çəkilişi vaxtından 2 ay əvvəl başa çatdırıldı.

Sovet cəmiyyətində BAM-ın tikintisinə münasibət də birmənalı deyildi. M.Qorbaçovun elan etdiyi yenidənqurmaya qədər onun nəhəngliyi dövlətin böyüklük və məğlubedilməzliyi kimi qəbul edilirdisə, yenidənqurma dövründə ötən illərin bütün nailiyyətlərinin kiçildilməsi prosesi başlandı. Ancaq Heydər Əliyevin ölkə sənayesinin inkişafı məqsədilə irəli sürdüyü təşəbbüslərin bu günün özündə də məmnunluqla xatırlanması Azərbaycan xalqı və onun Liderinə olan ehtiramın nümunəsi sayıla bilər. Təsadüfi deyil ki, 2008-ci il iyulun 18-də BAM-ın Anqoya stansiyasında istifadəyə verilən vağzala Azərbaycan xalqının ?mummilli ?ideri Heydər Əliyevin adı verildi. Tədbirdə Moskva, Bakı, Severebaykalsk, İrkutsk və digər şəhərlərdən yüksəksəviyyəli qonaqların iştirakı Ulu Öndərin əziz xatirəsinə olan ehtiramın təzahürü idi.

 

Paylaş
Baxılıb: 169 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31