Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / XİN başçısı: "3+3 formatında ilk danışıqların nəticələrini yüksək qiymətləndirirəm"

XİN başçısı: "3+3 formatında ilk danışıqların nəticələrini yüksək qiymətləndirirəm"

12.12.2021 [12:44]

"Bir neçə gün bundan əvvəl Moskvada beş ölkənin - Azərbaycan, Rusiya, Türkiyə, İran, Ermənistan xarici işlər nazirləri müavinlərinin görüşü keçirilib. Azərbaycan və Türkiyə prezidentləri 3+3 formatının təşəbbüskarı olublar".

"Report"un xəbərinə görə, bunu xarici işlər naziri Ceyhun Bayramov jurnalistlərə açıqlamasında bildirib.

Nazir qeyd edib ki, Moskvada bu təşəbbüsün reallaşdırılması ilə bağlı danışıqlar aparılıb:

"Ermənistanın da bu regional təşəbbüsə qatılmaqda tərəddüdləri var idi. Təzadlı, bir-birini istisna edən bəyanatlar verirdilər. Onlar da bu formata qatıldılar. İlk görüş üçün danışıqların nəticələrini yüksək qiymətləndirmək olar. Bütün tərəflər regionda sülh və əmin-amanlığın bərpa edilməsi, o cümlədən, nəqliyyat layihələrinin reallaşmasını müzakirəyə çıxarıblar".

O vurğulayıb ki, növbəti belə görüşlərin rotasiya əsasında digər paytaxtlarda keçirilməsi ilə bağlı qərar qəbul edilib: "Xarici işlər nazirləri bu istiqamətdə koordinasiya rolunu həyata keçirəcəklər. Gələcəkdə daha yüksək səviyyəli görüşlərin keçirilməsi istisna edilmir".

Paylaş
Baxılıb: 163 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31