/ / Sevinc Fətəliyeva: Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldardır
Sevinc Fətəliyeva: Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldardır
15.12.2021 [16:24]
“Azərbaycan Prezidenti İlham Əliyevin Brüssel səfəri kifayət qədər məhsuldardır. Dekabrın 14-də dövlətimizin başçısı NATO-nun Baş katibi Yens Stoltenberq, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistanın baş naziri Nikol Paşinyanla görüşüb. Prezident İlham Əliyev NATO-nun Şimali Atlantika Şurasının iclasında da iştirak edib. Təbii ki, Azərbaycan və Ermənistanın rəhbərləri arasında keçirilən görüş əsas diqqət mərkəzində olmuşdur”. Bu fikirləri Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini Sevinc Fətəliyeva deyib.
Deputat bildirib ki, Prezidentimiz İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə birgə görüşünün konstruktiv şəkildə keçirildiyi rəsmi şəkildə vurğulanır. Belə ki, görüşdə Azərbaycanın işğaldan azad edilmiş ərazilərinin minalardan təmizlənməsi məsələsi gündəliyə gətirilib, Avropa İttifaqının bu istiqamətdə Azərbaycana texniki yardım göstərməyə hazır olduğu bildirilib. Eyni zamanda, Ermənistan-Azərbaycan dövlət sərhədinin delimitasiyası ilə bağlı hər iki tərəf müvəqqəti işçi qrupun yaradılması ilə bağlı razılığa gəlinib. Bundan başqa, kommunikasiya və nəqliyyat xətlərinin açılması məsələsi geniş müzakirə olunub. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib. Ermənistan tərəfi Soçi görüşündə də bu öhdəliyini ifadə etmişdi, amma sonradan yenə də spekulyasiya ilə məşğul olmağa başladı. Brüssel görüşündə isə Ermənistanın bir daha öz öhdəliyini təsdiq etməsi deməyə əsas verir ki, Paşinyan hakimiyyətinin “manevr” imkanları qalmayıb. Erməni tərəfinin Zəngəzur dəhlizinin açılmasına razılıq verməkdən başqa çıxış yolu qalmayıb. Görüşdə bildirildiyi kimi, Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək. Burada gömrük və sərhəd nəzarət məsələlərinin qarşılıqlı prinsip əsasında təmin olunması barədə razılığa gəlinib.
Millət vəkilinin sözlərinə görə, Prezident İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı dövlətimizin prinsipial mövqeyini bir daha bəyan edib: “Dövlətimizin başçısı İlham Əliyev NATO-nun Baş katibi Yens Stoltenberq ilə birgə mətbuat konfransında bildirdi ki, Zəngəzur dəhlizinin hüquqi rejimi Laçın dəhlizinin eynisi olmalıdır. Çünki üçtərəfli Bəyanatda açıq-aydın deyilir ki, Azərbaycan Qarabağla Ermənistan arasında əlaqə üçün təhlükəsizliyi və maneəsiz çıxışı təmin edir və Ermənistan Azərbaycanla Naxçıvan Muxtar Respublikası arasında əlaqələr üçün eyni maneəsiz çıxış və təhlükəsizliyi təmin etməlidir. Bu gün Laçın dəhlizində gömrük yoxdur. Ona görə də, Zəngəzur dəhlizində də gömrük olmamalıdır. Əgər Ermənistan yük və insanlara nəzarət etmək üçün öz gömrük qurumlarından istifadədə israr etsə, onda biz Laçın dəhlizində eynisində israr edəcəyik. Hesab edirəm ki, Ermənistan reallıqları anlayır və razılaşmalara əməl etmək məcburiyyətindədir. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan ilə keçirilmiş üçtərəfli görüşün nəticəsinə dair bəyanatında iki ölkə arasında Ermənistan ilə Azərbaycan arasındakı münaqişənin aradan qaldırılmasına, Cənubi Qafqazda sülhün bərqərar olunması üçün Azərbaycanla Ermənistan arasında hərtərəfli sülh müqaviləsinin imzalanmasına çağırış edib. Şarl Mişel həmçinin minatəmizləmə səylərinə, münaqişədən əziyyət çəkmiş insanlara, xüsusilə yenidənqurma fəaliyyətlərinə dəstək ifadə edib. Bəyanatda birgə iqtisadi əməkdaşlıq platformasının yaradılması təklifi irəli sürülür, regionda dəmir yolu xəttinin önəmi vurğulanır. Təbii ki, bütün bunlar Azərbaycanın mövqeyi ilə üst-üstə düşür. Bu baxımdan, dövlətimizin başçısının Brüssel səfəri Azərbaycanın maraqlarının qorunması və təşəbbüslərinin reallaşması baxımından çox faydalı və əhəmiyyətlidir”.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35

