Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinin Belarusa aid bəndinə qoşulmayıb

Azərbaycan Şərq Tərəfdaşlığı sammitinin bəyannaməsinin Belarusa aid bəndinə qoşulmayıb

16.12.2021 [10:28]

Dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığının (ŞT) 6-cı Zirvə Görüşündə ŞT ölkələri və Avropa İttifaqına üzv ölkələrin birgə bəyannaməsi qəbul edilib.

Trend-in məlumatına görə, Azərbaycan bəyannamənin Belarusun daxili işlərinə aid olan bəndinə qoşulmayıb.

Belə ki, Azərbaycan Respublikası özünü Şərq Tərəfdaşlığı Sammitinin 15 dekabr 2021-ci il tarixli Birgə Bəyannaməsinin 11-ci bəndindən ayırıb və bu Birgə Bəyannamənin Qoşmasının 8-ci bəndində istinad edilmiş “münaqişənin təsirinə məruz qalmış regionlarda” Azərbaycan Respublikasının müvafiq müraciəti və razılığı olmadan həyata keçirilən hər hansı əməliyyata münasibətdə qeyd-şərti var.

Sammitdə Avropa İttifaqı Şurasının sədri Şarl Mişel rəsmən bəyan edib ki, Azərbaycan birgə bəyannamənin Belarusdakı vəziyyətlə bağlı 11-ci bəndi ilə razılaşmayıb və həmin bəndlə bağlı öz mövqeyini ifadə edib.

Paylaş
Baxılıb: 129 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Sosial

Boşluq, ya bozluq?

18 Yanvar 10:50

Sosial

Gündəm

Reallıqlar dəyişmir

18 Yanvar 10:01

Gündəm

Hər şey vaxtında!

18 Yanvar 09:46

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31