Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Aİ Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır - Bəyannamə

Aİ Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır - Bəyannamə

16.12.2021 [11:32]

Avropa İttifaqı (Aİ) Azərbaycanla yeni hərtərəfli saziş üzrə davam edən danışıqlarda irəliləyişi alqışlayır.

Trend-in məlumatına görə, bu barədə dekabrın 15-də Brüsseldə keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin sammitinin yekununda qəbul edilmiş bəyannamədə deyilir.

Bundan başqa, bəyannamədə Aİ-yə qaz tədarükü mənbələri və marşrutlarının şaxələndirilməsinə kömək etmiş "Cənub Qaz Dəhlizi"nin başa çatmasını alqışlayıb.

"Aİ həmişəki kimi bütün Şərq Tərəfdaşlarının beynəlxalq səviyyədə tanınmış sərhədlər çərçivəsində müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir. Bizim əsas məqsədimiz Şərq Tərəfdaşlığı regionunda əlaqələrin və nəqliyyat əlaqəsinin möhkəmlənməsi də daxil olmaqla əməkdaşlığı genişləndirmək və dəstəkləməkdir", - bəyannamədə deyilir.

Paylaş
Baxılıb: 141 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31