Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Ölkə Prezidentinin Brüssel görüşləri Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin göstəricisidir

Ölkə Prezidentinin Brüssel görüşləri Azərbaycanın beynəlxalq aləmdə möhkəmlənən mövqeyinin göstəricisidir

16.12.2021 [21:15]

44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfəri ilə yeni reallıqar yaradan Azərbaycan dünyaya ədalətin, beynəlxalq hüququn norma və prinsiplərinin mövcudluğunu çatdırmaqla yanaşı, bu çağırışı da etdi ki, onların tətbiqi üçün vahid mexanizm olmalı, zamana və məkana görə tətbiq edilməməlidirlər. Zəfərimizdən ötən bir ildə dünya siyasətində baş verən yeniliklərə diqqət yetirsək supergüclərin, nüfuzlu beynəlxalq təşkilatların ölkəmizə dəstəyini aydın şəkildə  görərik. Dövlət başçısı İlham Əliyevin Brüsselə işgüzar  səfəri bu kimi məqamlara bir daha işıq saldı. Belə ki, ölkə Prezidentinin  Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və NATO-nun baş katibi Yens Stoltenberq ilə görüşləri zamanı  müzakirə olunan məsələlərdə, əldə olunan nəticələrdə NATO və Avropa İttifaqının Azərbaycana dəstəkləri aydın ifadə olunur. Hər iki qurum Ermənistanla Azərbaycan arasında münasibətlərin tənzimlənməsində maraqlarını  sülh müqaviləsinin imzalanması üçün danışıqlara dəstək göstərməyə hazır olmaları ilə təsdiqləyirlər. Avropa İttifaqı Şurasının Prezidenti  bəyanatında  Azərbaycanın hərbi-siyasi qələbəsinin və Ermənistanın kapitulyasiyasının təsdiqi olan 10 noyabr  2020-ci il tarixli  üçtərəfli razılaşmadan, həmçinin  11 yanvar  2021-ci il Moskva  və 26 noyabr 2021-ci il Soçi görüşlərində imzalanan Bəyanatlardan irəli gələn öhdəliklərin yerinə yetirilməsinə çağırışlar edib ki,  bu da Azərbaycanın mövqeyi ilə üst-üstə düşür.” Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.

   M.Həsənov qeyd edib ki, Brüssel görüşlərini Azərbaycanın beynəlxalq münasibətlər sistemində yeri və rolunun, artan siyasi çəkisinin təqdimatı kimi də dəyərləndirə bilərik:“Dövlət başçısı İlham Əliyevin Şərq Tərəfdaşlığının VI Sammitində çıxışı, Sammit şərçivəsində  keçirdiyi ikitərəfli görüşlər, eyni zamanda, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Ermənistanın baş nazirinin 5 saata yaxın görüşü postmünaqişə dövrünün reallıqlarının nəinki qəbulunu, onların icrası üçün səylər göstərildiyini ortaya qoydu. Cənab İlham Əliyev Sammitdə çıxışında bu reallığı xüsusi qeyd etmişdir ki, əvvəlki illərdə Ermənistan rəhbərliyi adətən beynəlxalq tədbirlər zamanı Azərbaycana qarşı əsassız, ittiham xarakterli çıxışlar edirdi. Bu dəfə isə belə bir halın baş vermədiyini müsbət qiymətləndirən Prezident İlham Əliyev öz növbəsində Ermənistana qarşı bilavasitə fikir səsləndirmədiyini qeyd edib. Göründüyü kimi, bu kimi məqamlar Ermənistan ilə Azərbaycan arasında münasibətlərin normallaşdırılması üçün münbit zəminin yarandığını göstərir. Artıq bu reallıq təsdiqlənir ki, keçmişlə deyil, gələcəklə yaşamaq lazımdır. Azərbaycan hər zaman  gələcəyə baxır. 44 günlük İkinci Qarabağ müharibəsində tarixi Zəfərimiz də bunun təsdiqidir. Azərbaycan qalibiyyəti təmin edən əsas şərtlərə nail olduqdan sonra  “Dəmir yumruq” əməliyyatı ilə dünyaya səs saldı.”

    Millət vəkili Şarl Mişelin təşəbbüsü ilə Azərbaycan Prezidentinin və Emənistanın baş nazirinin Brüssel görüşünü Soçi zəfərimizin davamı kimi dəyərləndirib: “Bu görüşdə Ermənistanla Azərbaycan arasında münasibətlərin normallaşması, sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat infrastrukturunun, xüsusilə də dəmir yolu xəttinin çəkilməsi kimi məsələlər müzakirə olundu. Görüş nəticə etibarilə səmərəli  keçdi. Ermənistan tərəfi öz ərazisindən dəmir yolu xəttinin çəkilməsi ilə bağlı üzərinə düşən öhdəliyi təsdiq edib.  Ermənistan tərəfi dəmir yolunun çəkilişinə tezliklə start verəcək.  Avtomobil yolunun marşrutunun müəyyən edilməsi ilə bağlı müzakirələr davam etdiriləcək. Təbii ki, bu hədəflərin reallığa çevrilməsi üçün  bölgədə dayanıqlı sülh və təhlükəsizlik əsasdır. Bunun üçün Ermənistanla atəşkəs deyil, real sülh sazişi barədə danışılacaq. Cənab İlham Əliyev Sammit çərçivəsində İspaniyanın “El Pais" qəzetinə müsahibəsində bu kimi məsələlərə aydınlıq gətirmişdir.”

  “Ümumilikdə hər bir görüş münasibətlərin tənzimlənməsinə doğru atılan addımdır. O da məlumdur ki, Fransa Prezidenti Emmanuel Makronun təşəbbüsü ilə dekabrın 15-də Brüsseldə Azərbaycan Prezidenti  ilə Ermənistanın  baş naziri  arasında qeyri-formal görüş də keçirildi. Bütün bu təşəbbüslər nədən xəbər verir? Təbii ki, bu uğurlarımız  Azərbaycanın müstəqil siyasətinin, qətiyyətinin, dəyişməz mövqeyinin nəticəsi olaraq beynəlxalq aləmdə artan rolunun təqdimatıdır. Qalib ölkə olan Azərbaycan diktə edən tərəf kimi  postmünaqişə dövrünün reallıqlarına ədalətli yanaşma tələb edir. 30 ilə yaxın dövrdə ikili standartlara əsaslanan siyasətin nəticəsi göz önünddir. Bütün hallarda Azərbaycan öz mövqeyindən bir addım da belə geri çəkilməyərək  torpaqlarının işğaldan azad edilməsinə nail oldu. İşğalçılıq siyasəti yürüdən, mütəqilliyi formal xarakter daşıyan Ermənistan isə bütün enerji layihələrindən təcrid olunaraq iqtisadi böhran içərisində çapalayır. İşğalçı dövlətin yeganə çıxış yolu sülh sazişini imzalayaraq, gələcəyə baxmaqdır.  Brüssel xəbərdarlığı   Ermənistan rəhbərliyini ciddi düşündürəcək və bugünədək qəbul olunan sənədlərdən irəli gələn vəzifələri yerinə yetirməsinə  yardımçı olacaq”,- deyə Malik Həsənov 

Paylaş
Baxılıb: 147 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

Xəbər lenti

YAP xəbərləri

Xəbər lenti

Sabah qar yağacaq

26 Yanvar 13:40

Sosial

İqtisadiyyat

Neft ucuzlaşıb

26 Yanvar 10:24

Müsahibə

MEDİA

Gündəm

Sosial

Müsahibə

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31