Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Münasibətlərin normallaşması Ermənistanın addımlarından asılı olacaq - Türkiyənin vitse-prezidenti

Münasibətlərin normallaşması Ermənistanın addımlarından asılı olacaq - Türkiyənin vitse-prezidenti

18.12.2021 [13:44]

Münasibətlərin normallaşması prosesi Ermənistanın atacağı addımlardan asılı olaraq və Azərbaycanla yaxın təmasda olmaqla reallaşdırılacaq.

Trend-in məlumatına görə, bunu Türkiyənin vitse-prezidenti Fuat Oktay parlamentdə büdcə müzakirələri zamanı deyib.

O əlavə edib ki, Türkiyə təkcə Ankara-Yerevan münasibətlərində deyil, ümumilikdə bütün regionda əlaqələrin normallaşması arzusundadır.

"Cənubi Qafqazda davamlı sülh və sabitliyin bərqərar olması üçün Azərbaycanla birlikdə irəli sürdüyümüz “3+3” formatında regional əməkdaşlıq platformasının birinci iclası ötən həftə baş tutub. Biz təkcə Türkiyə-Ermənistan münasibətlərində deyil, bütün region üçün normallaşma arzusundayıq və bu yanaşmamızda da tam səmimiyik”, - deyə F.Oktay bildirib.

Paylaş:
Baxılıb: 885 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

Gündəm

İqtisadiyyat

Analitik

Analitik

Ədəbiyyat

YAP xəbərləri

Sosial

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30