Ehtiramla anırıq!
23.12.2021 [10:22]
Mətbuat Şurasının təşəbbüsü ilə ustad jurnalist Nəsir İmanquliyevin 110 illik yubileyi ilə bağlı toplantı keçirilib
Bu gün Azərbaycan jurnalistikasının görkəmli siması, böyük ziyalı, pedaqoq, alim Nəsir İmanquliyevin anadan olmasından 110 il ötür. Bu münasibətlə Azərbaycan Mətbuat Şurasında ustad sənətkarla bağlı anım tədbiri keçirilib. Toplantı iştirakçılarının bir qrupu əvvəlcə II Fəxri Xiyabanda N.İmanquliyevin məzarını ziyarət edib, məzarı önünə əklil qoyublar.
Tədbiri açan MŞ sədri Əflatun Amaşov bildirib ki, Nəsir İmanquliyev Azərbaycan milli mətbuatında və publisistikasında Həsən bəy Zərdabi, Mirzə Cəlil, Əli bəy Hüseynzadə, Üzeyir Hacıbəyli ənənələrinin davamçısı olmaqla yanaşı, özünəməxsus parlaq ziyalı obrazı yaratmış şəxsiyyətdir. Onun həyat və yaradıcılığı jurnalist peşəkarlığı ilə ziyalı cəsarəti və mərdliyinin bənzərsiz və təkrarsız nümunəsidir. “Nəsir müəllimin ömür yoluna diqqət yetirən zaman, onun haqqında söylənilən fikirləri oxuduqca düşünürsən ki, bir adam necə bu qədər geniş fəaliyyət diapazonuna malik ola bilərdi? Hesab edirəm ki, bunu yalnız və yalnız Vətənini, xalqını sidq ürəklə sevən insan bacarardı. Nəsir müəllim əməli ilə xalqını sevməyin son dərəcə böyük örnəyi idi və örnək kimi də qalacaq. Onun ana dilimizə qarşı basqılara mətanətlə sinə gərməsi, inadkarlığı, mərdliyi heyrət doğurur. Bildiyiniz kimi, o zaman “Yeni yol” qəzeti nəşr olunurdu. O qəzetdə Azərbaycan dili, milli kimlik məsələləri qabardılırdı. Sovet sistemi buna qarşı çıxaraq nəşrin fəaliyyətini dayandırdı. Həmin vaxt Nəsir müəllim Azərbaycan rəhbərliyinə, şəxsən Mircəfər Bağırova etiraz məktubu ünvanladı”, - deyən Ə.Amaşov həmçinin bildirib ki, N.İmanquliyevin jurnalistlik fəaliyyətində “Bakı” və “Baku” axşam qəzetləri müstəsna önəm daşıyıb. Ustad qələm sahibinin qurucusu olduğu və 30 il redaktorluq etdiyi bu nəşrlər Azərbaycan jurnalistikasına yeni ahəng və ruh gətirib. MŞ sədri çıxışında, eyni zamanda, N.İmanquliyevi tələbələrin sevimlisi olan tələbkar pedaqoq, qayğıkeş müəllim kimi xarakterizə edən cəhətlərdən də söz açıb.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53
Dünya
04 İyun 19:30
Dünya
04 İyun 19:18
YAP xəbərləri
04 İyun 19:07
Dünya
04 İyun 18:35
Dünya
04 İyun 18:15
Dünya
04 İyun 17:41
Dünya
04 İyun 17:12
Dünya
04 İyun 16:58

