Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Sizinlə fəxr edirik!

Sizinlə fəxr edirik!

24.12.2021 [11:00]

Qalib Prezidentin doğum gününə...

11.05.2021 tarixində, düz  28 ildən sonra mənim ən böyük arzum gerçəkləşdi. Şuşa! Mən səni yenidən gördüm! Yaralıydın, uzun illər işğalçı barbarların boyunduruğu altında qalmışdın, lakin əsl oğul və qızlarının yolunu gözləyərək sınmadın. Şuşa torpağına qədəm qoyan kimi xatirələr baş qaldırdı... Ağır, ağrılı, ürəyimi qəmlə dolduran.

1992-ci il, 5 yanvar. Mənim 9 yaşım var. Partlayan mərmilərin dəhşətli səsləri həyatımızı dolduran, alışdığımız mehriban sözlərin, musiqinin sehrli dünyasını qəddarcasına dağıdır... Anamla biz doğma yerlərindən qaçqın düşən bir çox başqaları kimi, iniltilərimizi qısaraq,  göz yaşlarımızı gizləyərək naməlum gələcəyə doğru gedirik...

...Şuşada işğalçılardan azad edilmiş torpağa ayaq basan soydaşlarımızın şən, həyəcanlı səsləri, şən gülüşləri məni gerçəkliyə qaytardı. “Qarabağ Azərbaycandır!” - Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin bütün dünyaya səsləndirdiyi bu sözlər ölkəmizin tarixində yeni bir səhifə açdı - Azərbaycan xalqını, onun böyüklüyünü tərənnüm edən igidlik, qəhrəmanlıq səhifəsini.

Rəşadətli strategiya  obyektiv reallıqları mövcud imkanlarla ölçmək bacarığıdır. “Burada, bu gün və indi” - yüksək dramaturgiyanın məhz bu məşhur triadası İkinci Qarabağ müharibəsi hadisələrini ehtiva edir. Təcrübə göstərdi ki, taleyüklü qərarların həyata keçirilməsi üçün zəruri olan anı dəqiq proqnozlaşdırmaq bacarığı kimi qiymətli keyfiyyət möhtərəm Prezidentimiz və Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Heydər oğlu Əliyevin əlahiddə istedadı idi. Böyük atanın Böyük oğlu!

Bəli, hamımız çətin zamanlar yaşadıq. İşğal altında olan Qarabağın ağrı-acısı, qayğıları səngimədi, həyatımızı qaraltdı. İkinci Qarabağ müharibəsinin getdiyi 44 gün ərzində biz cəbhədən gələn xəbərlərlə yaşadıq, Ali Baş Komandanın rəhbərliyi ilə igid Ordumuzun azad etdiyi hər qarış torpağın sevincinə qərq olduq. Lakin biz həm də adları ölkənin şanlı salnaməsinə əbədi həkk olunmuş Azərbaycan qəhrəmanlarının şəhid olmasına görə ağladıq.

 Prezidentin çıxışlarını necə gözləyirdik! Onun hər kəlməsini göydə tuturduq!

Və hər şeyin yaxşı olacağına, ədalətə, əcdadlarımızın torpaqlarını azad edəcək “dəmir yumruğa” inanırdıq. Azərbaycan xalqının ümid və istəkləri doğrulurdu. Biz nəinki müharibədən qalib çıxdıq, öz Prezidentimizin ətrafında daha sıx birləşdik və bu dəyişməz həqiqəti dərk etdik: Azərbaycanın və onun xalqının başında bütün meyarlara əsasən, ən yaxşı milli ideya və ənənələrə sadiq olan fövqəladə bir şəxsiyyət dayanır.

Azərbaycan tolerantlığın dövlət siyasəti səviyyəsinə yüksəldiyi ölkədir. Ədalət və xeyirxahlığa açıq, yüksək humanizm prinsiplərinə riayət edən, siyasəti cəmiyyətin həyat fəaliyyətinin daim çoxvektorlu inkişafına yönəlmiş ölkədir.

Bu sahədə prioritet istiqamətlərdən biri də mədəniyyət və incəsənətə ayrılıb.

Xatirələrim 90-cı illərin əvvəllərində baş vermiş faciəli hadisələrdən başladı. Xatirələr məndə yaşayır və onlar hər nə qədər ağır olsa da, mən onlardan ayrılmaq istəmirəm... Keçmişin bu rəsmləri məndə o zaman hələ uşaqkən Vətənin nə olduğunu və onu itirməyin nə qədər ağrılı olduğunu dərk etməyin başlanğıcını qoydu.

“Şuşa! Mən sənin oğlunam, mən Azərbaycanın oğluyam!”- bu fikir məni həyat boyu müşayiət etdi; daim irəli getməyə istiqamətləndirərək, hərəkətlərimi, peşəkar olmaq istəyimi stimullaşdırdı. Bu cəhddə mənə dəstək verən, kömək edən və inanan adamlar daim olmuşlar!

Mənə - şuşalıya, məcburi köçkünə dövlət tərəfindən həm vətəndə, həm də xaricdə (altçı və dirijor kimi) təhsil almaq imkanı verilmişdir.

Təhsil aldığım bütün illər ərzində real dəstək aldım ki, bu da mənə dünyanın ən yaxşı ali musiqi məktəblərindən birində oxumağa imkan verdi.

Amma harada oluramsa-olum, harada çıxış edirəmsə-edim - milli qürur hissi məni heç vaxt tərk etmədi!

Bu gün də xarici səhnələrdə çıxış edərkən, xarici həmkarlarla ünsiyyətdə olarkən qulaqlarımda dahi Heydər Əliyevin sözləri səslənir: “Mən fəxr edirəm ki, azərbaycanlıyam!”.

2020-ci ilin fevral ayında Romada, Kvirinal sarayında İtaliyada Azərbaycan mədəniyyəti ilinin açılışı olmuşdu. Mənə belə əlamətdar hadisəyə həsr olunmuş konsert proqramı ilə çıxış etmək şərəfi verilmişdi. Bilirdim ki, salonda Azərbaycanın və İtaliyanın birinci şəxsləri iştirak edirlər. Həyəcanlımı idim? Çox! Böyük bir məsuliyyət idi!

Özümü toplayıb səhnəyə çıxdım. Salona baxdım və doğma simaları gördüm - Prezidentimiz İlham Əliyev, birinci xanımımız Mehriban xanım... onlar əl çalıb gülümsəyirdilər... mənə gülümsəyirdilər! Birdən sakitlik çökdü və anladım ki, buradayam - çünki bu anlara məni məhz bu görkəmli adamların, öz həyatını mənə, dostlarıma, həmvətənlərimə - bütün Azərbaycan xalqına həsr etmiş insanların qayğısı və diqqəti gətirib.

Və bu, məni proqramın icrasına ilhamlandırdı.

Dekabrın 24-də bütün Azərbaycan xalqı Müzəffər Prezidentinin doğum gününü bayram edir. Mən də öz tərəfimdən ümumi təbrik axınına qoşularaq Azərbaycanın əsl uğurlarına, xalqına hədsiz diqqət göstərdiyinə görə əziz Qalib Prezidentimizə təşəkkür edir və böyük ölkəmizin daha da çiçəklənməsi yolunda ona  uğurlar arzulayım. Sizə uzun ömür, cənab Prezident! Hər fəaliyyətinizdə uğurlar! Xalqınız sizə sadiqdir və Sizinlə fəxr edir!

Hörmətlə,

Fuad İbrahimov

Azərbaycanın Əməkdar artisti,

Yeni Azərbaycan  Partiyasının

İdarə Heyətinin üzvü,

“Qızıl çinar” mükafatı laureatı,

Üzeyir Hacıbəyov adına Azərbaycan

Dövlət Simfonik Orkestrinin dirijoru,

Münhen Yeni Filarmoniyası Orkestrinin və Bakı Kamera Orkestrinin baş dirijoru

 

Paylaş
Baxılıb: 207 dəfə

Xəbər lenti

Hamısına bax

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Müsahibə

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31