“İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin 114-cü kitabı çapdan çıxıb
24.12.2021 [17:07]
Azərbaycan Cənubi Qafqaz regionunda yeni reallıqlar yaradıb və hər kəs bunu nəzərə almalıdır. Ermənistan regional əməkdaşlıq və qonşularına qarşı qanunsuz və əsassız ərazi iddiaları arasında seçim etməlidir. Beynəlxalq ictimaiyyət bu mənada müsbət rol oynamalı və sülhün alternativinin olmamasını dərk etmək üçün Ermənistana çağırış etməlidir. Ermənistanda revanşizmin və onun silahlandırılmasının birbaşa və ya dolayı şəkildə dəstəklənməsi cəhdlərinə son qoyulmalıdır.
AZƏRTAC xəbər verir ki, “İlham Əliyev. İnkişaf - məqsədimizdir” çoxcildliyinin çapdan yeni çıxmış 114-cü kitabında yer alan bu fikirləri dövlətimizin başçısı BMT Baş Assambleyasının 76-cı sessiyasının dövlət və hökumət başçıları səviyyəsində keçirilmiş illik ümumi müzakirələr zamanı videoformatda çıxışında söyləyib. Çoxcildliyin yeni kitabındakı materiallar 2021-ci ilin avqust-oktyabr aylarını əhatə edir.
Bu kitaba Prezident İlham Əliyevin Şuşada keçirilən Vaqif Poeziya Günlərində çıxışının, Anım Günü ilə əlaqədar xalqa müraciətinin mətnləri daxil edilib.
Dövlətimizin başçısı oktyabrın 3-də Tərtərə və Bərdəyə, oktyabrın 4-də Cəbrayıl rayonuna səfər edib. Tərtərdə Suqovuşan qəsəbəsinə və Talış kəndinə gedən avtomobil yollarının açılışında, Talış-Tapqaraqoyunlu-Qaşaltı-Naftalan avtomobil yolunun təməlqoyma mərasimlərində iştirak edib, Talış kəndində Azərbaycan bayrağını dalğalandırıb, buradakı alban-udi, rus pravoslav kilsələrinə baş çəkib. Kitabda bununla bağlı materiallarla, eləcə də Suqovuşanın işğaldan olunmasının ildönümü mərasimində dövlətimizin başçısının çıxışının mətni, “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik stansiyalarının açılış mərasimində iştirakı və digər tədbirlər haqqında informasiyalarla tanış olmaq mümkündür.
Yeni nəşrə Prezident İlham Əliyevin Cəbrayıl şəhərinin bərpasının təməlqoyma, “Cəbrayıl” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin hərbi hissə kompleksinin açılış, Araz Vadisi İqtisadi Zonası Sənaye Parkının, Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, Mehdi Mehdizadə adına tam orta məktəbin təməlqoyma mərasimlərində iştirakı haqqında materiallar, rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə çıxışının mətni daxil edilib.
Oxucular dövlətimizin başçısının Xocavənd rayonunun Hadrut Qəsəbəsinə və Tuğ kəndinə səfəri, Hadrut-Cəbrayıl-Şükürbəyli, Tuğ-Hadrut və Füzuli-Hadrut yollarında aparılan tikinti işləri ilə tanışlığı, yeni “Hadrut” yarımstansiyasının təməlqoyma mərasimində iştirakı, Xocavənd rayon ictimaiyyətinin nümayəndələri ilə birlikdə Tuğ kəndini ziyarət etməsi barədə materiallarla da yeni kitabda tanış ola bilər.
Kitabda, həmçinin Prezident İlham Əliyevin Rusiyanın nüfuzlu “Nasionalnaya oborona” jurnalına, Türkiyənin Anadolu Agentliyinə, İspaniyanın EFE İnformasiya Agentliyinə müsahibələri və digər materiallar toplanıb.
“Azərnəşr” tərəfindən buraxılan çoxcildliyin 114-cü kitabının hazırlanmasında Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) materiallarından istifadə olunub.
Xəbər lenti
Hamısına baxDünya
05 İyun 23:49
Dünya
05 İyun 23:25
Dünya
05 İyun 23:10
Dünya
05 İyun 22:41
Dünya
05 İyun 22:37
İqtisadiyyat
05 İyun 22:16
Dünya
05 İyun 21:55
Dünya
05 İyun 21:27
Dünya
05 İyun 21:05
Xəbər lenti
05 İyun 21:00
Dünya
05 İyun 20:42
Sosial
05 İyun 20:36
Dünya
05 İyun 20:19
Dünya
05 İyun 19:51
İqtisadiyyat
05 İyun 19:23
Dünya
05 İyun 19:10
Dünya
05 İyun 18:15
Xəbər lenti
05 İyun 18:14
Sosial
05 İyun 17:59
Müsahibə
05 İyun 17:21
Siyasət
05 İyun 16:36
Sosial
05 İyun 16:30
İdman
05 İyun 16:28
Sosial
05 İyun 15:56
Siyasət
05 İyun 15:38
Siyasət
05 İyun 15:29
Gündəm
05 İyun 15:26
Gündəm
05 İyun 15:25
Dünya
05 İyun 15:19
Sosial
05 İyun 14:52
Dünya
05 İyun 14:45
Siyasət
05 İyun 14:44
Xəbər lenti
05 İyun 14:27
YAP xəbərləri
05 İyun 14:02
Siyasət
05 İyun 13:55
YAP xəbərləri
05 İyun 13:49
Siyasət
05 İyun 13:21
Sosial
05 İyun 12:36
Siyasət
05 İyun 12:23
Gündəm
05 İyun 12:11
Elanlar
05 İyun 12:02
Gündəm
05 İyun 11:57
Xəbər lenti
05 İyun 11:44
Gündəm
05 İyun 11:37
İqtisadiyyat
05 İyun 11:34
Gündəm
05 İyun 11:25
Elm
05 İyun 11:23
Siyasət
05 İyun 11:11
Sosial
05 İyun 11:10
Gündəm
05 İyun 10:51
İqtisadiyyat
05 İyun 10:32
Gündəm
05 İyun 10:29
Analitik
05 İyun 10:16
Analitik
05 İyun 09:58
Analitik
05 İyun 09:34
Sosial
05 İyun 09:16
Sosial
05 İyun 08:53
Ədəbiyyat
05 İyun 08:30
İdman
04 İyun 23:42
Dünya
04 İyun 23:42
Hadisə
04 İyun 23:17
Dünya
04 İyun 22:59
Siyasət
04 İyun 22:53
Dünya
04 İyun 22:26
Dünya
04 İyun 21:43
Dünya
04 İyun 21:19
Dünya
04 İyun 20:45
İqtisadiyyat
04 İyun 20:27
Dünya
04 İyun 20:11
Maraqlı
04 İyun 19:53

