Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

Prezident İlham Əliyevə təbriklər gəlməkdə davam edir

27.12.2021 [20:48]

Prezident İlham Əliyevə doğum günü münasibəti ilə təbriklər gəlməkdə davam edir.

Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru, Rusiya Elmlər Akademiyasının akademiki Anatoli Torkunovdan:

- Hörmətli İlham Heydər oğlu.

Bizim “Alma Mater”in bütün kollektivi adından yubileyiniz münasibətilə ən səmimi təbriklərimi və xoş arzularımı qəbul edin.

Siz uzun illərdir ki, müdrik rəhbər kimi əvvəlki nəsillərin təşəbbüslərini uğurla davam etdirir, aktual məsələlərin həlli yanaşmalarına zəruri innovasiya elementləri daxil edirsiniz. Avrasiya məkanının əsas ölkələrindən biri olan Azərbaycan çoxmillətli dünyəvi dövlətin möhkəm təməli üzərində sosial-iqtisadi sahəni inkişaf etdirir, beynəlxalq əlaqələrini fəal surətdə genişləndirir və möhkəmləndirir.

Sizin Vətənə sədaqətiniz və müstəsna peşəkarlığınız heyranlıq doğuran şəxsi keyfiyyətlərinizlə sıx əlaqələnir. Sizin ailənizi, uşaqlarınızı yaxşı tanıdığım üçün düşünürəm ki, onlar Əliyevlərin yaşlı nəslinin ən yaxşı xüsusiyyətlərini əxz ediblər və həmin nəslin əfsanəvi ənənələrini qoruyub saxlayırlar.

Hörmətli İlham Heydər oğlu, Sizə və yaxınlarınıza bir daha möhkəm cansağlığı arzularımı, gözəl Azərbaycana firavanlıq və əmin-amanlıq diləklərimi qəbul edin.

***

Rusiya Federasiyasının “Rostex” Dövlət Korporasiyasının Baş direktoru Sergey Çemezovdan:

- Hörmətli İlham Heydər oğlu.

Yubileyiniz münasibətilə ən səmimi təbriklərimi qəbul edin.

Son illərdə Azərbaycan Respublikasının hərtərəfli uğurlu inkişafı, heç şübhəsiz, Sizin çox zəngin təcrübəniz, bilikləriniz, peşəkarlığınız və təşkilatçılıq qabiliyyətinizlə bağlıdır.

Fürsətdən istifadə edib, Azərbaycan Respublikasının təşkilatları və “Rostex” Dövlət Korporasiyasının birgə layihələrinin həyata keçirilməsi məsələlərinə şəxsən göstərdiyiniz diqqətə görə Sizə təşəkkürümü bildirmək istərdim.

Hörmətli İlham Heydər oğlu, icazə verin, yubileyiniz münasibətilə Sizə səmimi-qəlbdən möhkəm cansağlığı, uzun ömür, gümrahlıq, Sizə, bütün doğmalarınıza və yaxınlarınıza əmin-amanlıq, firavanlıq arzularımı bildirim.

***

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin rektoru Alevtina Çernikovadan:

- Möhtərəm cənab Prezident,

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universitetinin kollektivi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə təbrik edirəm.

Siz öz ölkənizin həqiqi lideri kimi həmvətənləriniz arasında haqlı olaraq hörmət və nüfuz qazanmısınız. Sizin təcrübəniz və yüksək peşəkarlığınız Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafına, dövlətin intellektual potensialının möhkəmlənməsinə və onun vətəndaşlarının rifahının yüksəlməsinə şərait yaradır.

Moskva Polad və Xəlitələr İnstitutu Milli Texnoloji Tədqiqatlar Universiteti ilə Azərbaycan Respublikasını təhsil, elm, gənclərin akademik mübadiləsi sahəsində çoxillik əməkdaşlıq telləri bağlayır. Universitetdə Azərbaycandan olan onlarla gənc təhsil alır və onlar dünya bazarında öz ölkəsinin rəqabət qabiliyyətini artırmaqla onun modernləməsinə layiqli töhfə verə biləcəklər.

Möhtərəm cənab Prezident, Sizə möhkəm cansağlığı, firavanlıq, tükənməz enerji, Azərbaycan Respublikası naminə uzun illər boyu səmərəli fəaliyyət göstərməyi arzulayıram.

***

Gürcüstanın Ticarət və Sənaye Palatasının Baş direktoru, fövqəladə və səlahiyyətli səfir, professor David Aptsiauridən:

- Əziz İlham Heydər oğlu,

Sizi yubileyiniz münasibətilə səmimi-qəlbdən və məmnuniyyətlə təbrik edirəm.

Siz dahi Heydər Əliyevin işini davam etdirərək, Azərbaycanın milli inkişafında və ölkənin beynəlxalq nüfuzunun möhkəmləndirilməsində əldə olunmuş heyrətamiz nailiyyətləri daha da artırdınız.

Azərbaycanın ərazi bütövlüyünün bərpasına verdiyiniz qətiyyətli töhfə, şübhəsiz ki, tarixdə müdrik rəhbərlik, xalqın mənafeyinə və dövlətin inkişafına fədakar xidmət nümunəsi kimi qalacaq.

Sizin Azərbaycan və Gürcüstan arasında qardaşlıq münasibətlərinin inkişafına verdiyiniz töhfə əvəzsizdir.

Ailənizə, yaxınlarınıza və dostlarınıza qarşı göstərdiyiniz doğmalıq, diqqət və qayğı kimi gözəl insani keyfiyyətlərinizi xüsusi qeyd etmək istərdim.

Sizə və gözəl ailənizə səmimi-qəlbdən möhkəm cansağlığı, xoşbəxtlik və qardaş Azərbaycanın çiçəklənməsi yolunda daha böyük uğurlar arzulayıram.

***

Misirdə fəaliyyət göstərən Ərəb Elektron Media Birliyinin sədri Feysəl Xəlifə Əl-Səvvağdan:

- Zati-aliləri.

Altmış illik yubileyiniz münasibətilə Sizə səmimi təbriklərimi çatdırmaqdan sevinc hissi duyuram.

Sizin rəhbərliyinizlə Azərbaycan xalqı hər kəsin şahidi olduğu tərəqqi və firavanlıq, bizimlə dost ölkəniz beynəlxalq miqyasda yüksək nüfuz əldə edib. Bütün bunlar Sizin fədakar xidmətləriniz, xalqınızın dəyanəti, dövlətinizin qüdrəti sayəsində mümkün olub və beynəlxalq birlik tərəfindən təqdir edilir.

Sizin rəhbərliyiniz sayəsində Küveyt Dövləti ilə Azərbaycan Respublikası arasındakı münasibətlər yüksək səviyyədə inkişaf etmişdir və təqdirəlayiqdir. Bu isə Ərəb Elektron Media Birliyində biz jurnalistlərə və şəxsən mənə Azərbaycanın öz ərazi bütövlüyü və suverenliyi ilə bağlı hüquqlarını dəstəkləməyə, erməni təcavüzünü pisləməyə stimul verib. Biz jurnalist olaraq malik olduğumuz gücümüz çərçivəsində kütləvi informasiya vasitələrində dost ölkəniz öz qanuni hüquqlarına nail olana qədər ona dəstəyimizi nümayiş etdirmişik.

Sizi ürəkdən təbrik edir və möhkəm cansağlığı arzulayıram.

***

Fransanın “CIFAL” şirkətlər qrupunun prezidenti Jil Remidən:

- Cənab Prezident,

Sizi 60 illik yubileyiniz münasibətilə böyük sevinc hissi ilə təbrik edirəm.

Hamının həyatında, xüsusilə də bir dövlət başçısının həyatında bu gün daha əlamətdardır. Bu yubileyi məhz Sizin əzmkarlığınız və həlledici qərarlarınız sayəsində ərazi bütövlüyü bərpa edilmiş ölkənizdə qeyd edirsiniz.

Sizə cansağlığı, xoşbəxtlik, uğurlar, Azərbaycan xalqına sülh və firavanlıq arzulayıram.

Cənab Prezident, Sizə səmimi salamlarımı və ən dərin ehtiramımı qəbul edin.

***

İtaliyanın Azərbaycandakı sabiq səfiri, Qərargahı Genuya şəhərində yerləşməklə Liquriya, Pyemont, Valle d’Aostra və Lombardiya regionlarında Azərbaycanın fəxri konsulu Marqarita Kostadan:

- Cənab Prezident,

Sizi doğum gününüz münasibətilə təbrik edirəm. Sizə ən səmimi və xoş arzularımı çatdırmaq, Azərbaycanın ərazi bütövlüyünün bərpası sevincini Sizinlə bölüşmək istəyirəm.

Qarabağdakı şəhərlərimiz minalanmış və böyük əksəriyyəti dağıdılmış olsa da, Sizin də qeyd etdiyiniz kimi, onları bərpa edəcək və əvvəlkindən də gözəl edəcəyik. Mən buna əminəm.

Doğum gününüz mübarək!

***

Fransanın Strasburq şəhərindən “COJEP INTERNATIONAL” təşkilatının prezidenti Ali Gedikoğludan:

- Cənab Prezident,

Sizi “COJEP INTERNATIONAL” təşkilatı adından və şəxsən öz adımdan yubileyiniz münasibətilə təbrik edirəm. Sizə uzun ömür, cansağlığı, bölgədə sülh və sabitliyin gücləndirilməsi istiqamətində fəaliyyətinizdə uğurlar arzulayıram.

Hörmətli Prezident, Sizin regionda sülhün və sabitliyin, mədəniyyətlərarası dialoqun qorunması ilə bağlı gördüyünüz işləri ürəkdən təqdir edirik.

Sizi bir daha təbrik edir, Zati-alinizə müvəffəqiyyətlər diləyirəm.

***

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Mixail Myasnikoviçdən:

- Zati-aliləri.

Hörmətli İlham Heydər oğlu.

Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm.

Siz haqlı olaraq dünyanın ən təcrübəli və parlaq liderlərindən biri sayılırsınız. Sizin səmərəli rəhbərliyinizlə Azərbaycan Respublikası yüksək sosial-iqtisadi inkişaf templəri nümayiş etdirir və dünya arenasında layiqli nüfuz qazanmışdır.

Sizə cansağlığı, firavanlıq, xoş əhval-ruhiyyə və böyük uğurlarla bağlı ən səmimi diləklərimi qəbul edin. Əminəm ki, Azərbaycan Avrasiya məkanında xalqların qarşılıqlı anlaşmasının və konstruktiv iqtisadi qarşılıqlı fəaliyyətin möhkəmlənməsinə bundan sonra da mühüm töhfə verəcək.

***

Misir Ərəb Respublikası parlamentinin Dini işlər və vəqflər komitəsinin sədri, Alimlər Cəmiyyətinin üzvü Əli Cümədən:

- Zati-aliləri,

Doğum gününüz münasibətilə Sizə ən səmimi təbriklərimi çatdırmaqdan məmnunluq duyuram. Zati-alinizə uzun ömür, cansağlığı və səadət arzulayıram.

Dünya Sizin müdrik rəhbərliyinizlə Azərbaycanın daha da inkişafının, bütün regionda sülh və tolerantlıq naminə gördüyünüz işlərin şahidi olur.

Zati-alinizə xoşbəxtlik və uğurlar, qardaş Azərbaycan xalqına firavanlıq diləyirəm.

***

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyinin sədri, Beynəlxalq “Akord” jurnalının baş redaktoru Mariya Pavlovna Hüseynova-Atanasovadan:

- Hörmətli cənab Prezident,

“Azərbaycan-Bolqarıstan Dostluğunun İnkişafına Yardım” İctimai Birliyi adından və şəxsən öz adımdan Sizi doğum gününüz münasibətilə səmimi-qəlbdən təbrik edirəm. Sevimli Azərbaycanımızın çiçəklənməsi naminə Sizə firavanlıq, xoşbəxtik, cansağlığı və xeyirli işlər arzu edirəm.

Bu xoş fürsətdən istifadə edib ümummilli lider Heydər Əliyevin davamçısı kimi yürütdüyünüz müdrik siyasətə görə Sizə böyük qürur hissi ilə dərin hörmətimi bildirirəm. Sizə olan yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm.

Dünyanın gözəl guşəsi olan Azərbaycanda müxtəlif millətlərə mənsub insanlar sülh şəraitində yaşayırlar. Onların sırasında öz köklərini və adət-ənənələrini unutmayan bolqarlara da qismən rast gəlmək olar. Bu cür gözəl şərait isə Azərbaycanda milli azlıqlara qarşı həyata keçirilən tolerantlıq siyasətinin nəticəsidir.

***

Qafqaz Müsəlmanları İdarəsinin Şimali Qafqazda səlahiyyətli nümayəndəsi Şaqabitdin Kerimovdan:

- Möhtərəm İlham Heydər oğlu,

Şimali Qafqaz müsəlmanları adından və şəxsən öz adımdan Sizi 60 illik yubileyiniz münasibətilə ürəkdən təbrik edirəm. Tanrıya dua edərək Sizə firavanlıq, xoşbəxtlik, qardaş Azərbaycan xalqının rifahı, Qafqazda və bütün dünyada möhkəm sülh naminə fəaliyyətinizdə yeni uğurlar və zəfərlər arzu edirəm.

Siz Azərbaycan Respublikasının Prezidenti və öz xalqının lideri kimi ölkənizin sosial-iqtisadi inkişafı və onun beynəlxalq aləmdə nüfuzunun möhkəmlənməsi işində mühüm nəticələrə nail olmusunuz. Siz Azərbaycan xalqının mənəvi-əxlaqi inkişafı məsələlərinə, İslamın həqiqi mənəvi dəyərlərinin möhkəmlənməsinə, dinlərarası və millətlərarası həmrəyliyin qorunub saxlanmasına və dərinləşməsinə böyük diqqət yetirirsiniz.

Siz atanız, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin işini davam etdirərək Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsi və ölkənin ərazi bütövlüyünün bərpası üçün misilsiz xidmətlər göstərmisiniz. Sizin parlaq diplomatik istedadınız, siyasi müdrikliyiniz və qeyri-adi liderlik keyfiyyətləriniz sayəsində bu gün Azərbaycan regionda şəksiz lider və keyfiyyətcə yeni geosiyasi şəraitin yaradılmasının lokomotivi, sabitliyin, sülhün və mehriban qonşuluğun carçısıdır.

Sizin mərdliyinizə, qətiyyətinizə və müdrik uzaqgörənliyinizə - yalnız həqiqətən güclü və cəsur insana xas olan keyfiyyətlərinizə görə Şimali Qafqazın bütün müsəlmanları adından Zati-alinizə təşəkkürümü bildirməyi özüm üçün şərəf sayıram.

Zati-aliləri, biz, Qafqaz müsəlmanlarının nümayəndələri daim Sizin yanınızda olacağıq. Biz Qafqazda və bütün dünyada sülh, sabitlik və rifah naminə qadir Allaha dua edirik, inşallah.

Ulu Tanrı yorulmaz fəaliyyətinizdə Sizə kömək olsun, mərhəmətini Sizdən heç vaxt əsirgəməsin.

***

Gürcüstanda Qardabani Gənclər Mərkəzinin icraçı direktoru Hacı Hacıyevdən:

- Cənab Prezident,

Sizi dekabrın 24-də tamam olan 60 illik yubileyiniz münasibətilə həm Qardabani Gənclər Mərkəzinin idarə heyəti, həm də Gürcüstanda yaşayan bütün soydaşlarımız adından təbrik edirik. Allahdan Sizə uzun ömür, cansağlığı arzulayırıq.

Sizin diqqət və qayğınız nəticəsində Gürcüstandakı soydaşlarımız da sakit və firavan həyat sürürlər. Otuz ilə yaxın düşmən tapdağında olan Qarabağımız Sizin düzgün siyasətiniz, dərin düşüncəniz, uzaqgörənliyiniz sayəsində və müzəffər Ordunun qorxmaz cəsarəti ilə əziz xalqımıza qaytarıldı. Bu, böyük Qələbə məhz Sizin güclü siyasətinizin nəticəsidir.

Bu gün Gürcüstanla Azərbaycan arasındakı qırılmaz dostluq bağları da Sizin səylərinizlə yüksək səviyyədə davam etməkdədir.

Cənab Prezident, Sizi bir daha təbrik edir, cansağlığı, uzun ömür və daha böyük uğurlar arzulayırıq.

***

Mahaçqala şəhəri Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Rakif Əzizovdan:

- Möhtərəm İlham Heydər oğlu.

Dağıstan Respublikası azərbaycanlıları və Azərbaycan Respublikasının Dağıstan ərazisində yaşayan vətəndaşları adından Sizi 60 illik yubileyiniz münasibətilə təbrik edirəm.

Sizin seçdiyiniz siyasi kurs həm Azərbaycanda, həm də onun hüdudlarından kənarda yaşayan vətəndaşlarımızın həyatını daim yaxşılaşdırmağa yönəlib. Qonşu dövlətlərin vətəndaşlarından bizim Vətənimiz və onun rəhbərliyi haqqında ən xoş və səmimi sözlər eşitmək biz azərbaycanlılar üçün çox xoşdur, bu, bizi daha sıx və səmimi şəkildə birləşdirir.

Məhz Sizin sayənizdə Azərbaycan Respublikası özünün iqtisadi, sənaye, müdafiə və mədəni potensialını qat-qat artırır. Siz dünya arenasında Azərbaycanın milli mənafelərini inamla müdafiə etməklə dövlət suverenliyinin möhkəmlənməsi və respublikanın hər bir vətəndaşının firavanlığının təmin edilməsi üçün səy göstərirsiniz.

Vətən müharibəsində böyük Qələbəyə görə Sizə xüsusi minnətdarlığımızı bildiririk. Şanlı Azərbaycan Ordusu Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi Sizin rəhbərliyinizlə ölkənin ərazi bütövlüyünü bərpa etdi, işğalçılar üzərində çoxdan gözlənilən Qələbə qazandı, Qarabağın tarixi torpaqlarını Azərbaycan xalqına qaytardı. Bu Qələbə bizim Vətənə və bütün Azərbaycan xalqına böyük sevgimizin və sədaqətimizin daha bir sübutudur.

Sizə səmimi qəlbdən möhkəm cansağlığı, uzun ömür, xoşbəxtlik, uğurlar, tükənməz enerji, sülh və xoş günlər arzulayıram.

Paylaş
Baxılıb: 143 dəfə

Xəbər lenti

Hamısına bax

Siyasət

İqtisadiyyat

İqtisadiyyat

Siyasət

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
30 31