1 həftə internet olmayacaq?
15.02.2022 [10:21]
Nicat DİLQƏMLİ
Bu və ya digər xəbərdən “əsaslanaraq” cəmiyyətə düzgün olmayan informasiya sırımağa çalışanlar hansı məsuliyyətin altına girdiklərindən xəbərsizdirlər, çox güman. Belə informasiyalardan biri də ötən həftənin son günü yayıldı. Nəticə isə manipulyatorların gözlədiyi kimi oldu: bir qrup insan tirajlanan informasiyanın təsirindən elə narahat oldu ki, gəl görəsən. İnternet olmayacaq başlıqlı kontekstdən çıxarılmış xəbərin sədası yayılandan dərhal sonra “VPN yükləyin”, “Meqabayt götürün” kimi “Ağsaqqal məsləhət”ləri verilməyə başlanıldı. Əslində isə deyilənlər heç də həqiqəti əks etdirmir...
“Bakı Telefon Rabitəsi” MMC-dən (Baktelekom) verilən açıqlamada deyilir ki, fevral ayının 14-dən 21-dək CDMA (Code Division Multiple Access) şəbəkəsini dəstəkləyən baza stansiyasının avadanlıqlarında profilaktik işlərin aparılması ilə əlaqədar müvafiq xidmətlərin göstərilməsində fasilələr yaranacaq. Məlumata görə, fasiləni əsasən 511 və 555 prefiksli simsiz telefon abunəçiləri hiss edəcək.
“Təkmilləşdirmə tədbirləri yekunlaşdıqdan sonra CDMA - simsiz telefon xidmətinin fəaliyyəti tam bərpa ediləcək. Abunəçilərdən rabitə xidmətlərində yarana biləcək fasilələri nəzərə almaları xahiş olunur”, - deyə məlumatda bildirilir.
Göründüyü kimi də dayandırma bir həftəlikdir və lokal xarakter daşıyır.
Bəs bu cür təkmilləşdirmə işləri görüldükdə xidmətlərin göstərilməsində fasilələrin yaranması narahatlığa əsas verirmi?
Məsələ ilə bağlı “Yeni Azərbaycan”a danışan Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz bildirib ki, CDMA xidmətindən istifadə edənlərin sayı təxminən 5-10 min nəfərdir: “Baktelekom ilə Aztelekomun simsiz rabitə adlanan bir xidməti var. Mobil yox, simsiz, yəni elə bil ki, ev telefonunun daşınan formasıdır, CDMA deyirlər. İkisinin bir yerdə istifadəçi sayı təxminən 5-10 min nəfər olar. Sözügedən problem məhz bu şəxslərə aiddir, CDMA istifadəçilərinə”.
Həmin şəxslərin ödənişlərinin müəyyən hissəsinin geri qaytarılıb-qaytarılmayacağından danışan ekspert hesab edir ki, güzəştin edilməsi doğru olar: “Düşünmürəm ki, bir həftəlik nə isə ola bilər. Yəqin ki, sadəcə baza stansiyalarını yeniləyəcəklər, əlavə avadanlıqlar quraşdıracaqlar, proqramlarda yenilik edəcəklər. Bir həftəlik internetin kəsilməyi ilə bağlı nə isə olacağını düşünmürəm, sadəcə, arabir problemlər ola bilər. Dünya praktikasında adətən bununla bağlı şirkətlərin müəyyən güzəşt etmə praktikası da var. Belə bir güzəştin edilməsi doğru olar”.
Xəbər lenti
Hamısına baxDünya
15 May 22:18
Elm
15 May 21:56
Sosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13

