QHT-lər UNESCO-nu Ermənistandakı Azərbaycan irsinə qarşı laqeyd olmamağa çağırıblar
15.02.2022 [15:56]
Azərbaycanın qeyri-hökumət təşkilatlarının (QHT) nümayəndələri Ermənistan ərazisində Azərbaycan xalqının irsinə qarşı törədilmiş “mədəni soyqırım”ın araşdırılması xahişi ilə UNESCO-ya müraciət ediblər.
“Report” xəbər verir ki, bu barədə məktub UNESCO-nun direktoru Odre Azula ünvanlanıb.
“Biz Azərbaycan xalqının çoxəsrlik tarixi-mədəni irsinin hazırkı vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsi xahişi ilə sizə müraciət edirik. Ümid edirik ki, üzərinə öhdəlik götürmüş Ermənistan UNESCO missiyasının həyata keçirilməsinə mane olmayacaq və bir missiyanın obyektiv hesabatı nəticəsində bütün dünya Azərbaycan xalqının irsinə qarşı törədilmiş əməllər barədə xəbər tutacaq”, - müraciətdə deyilir.
“Niderland - Belçika Azərbaycanlıları Koordinasiya Şurası (The Coordination Council of the Netherlands-Belgium Azerbaijanis), Fransa-Azərbaycan Dialoqu Assosiasiyası (Association Dialogue France-Azerbaïdjan), Fransanın Nant şəhərində yerləşən fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Assosiasiyası (L’Association culturelle D’Azerbaïdjan en France à Nantes), Benilüks Azərbaycanlıları Konqresi («BENELUX» Azerbaijanis Congress), Azərbaycan–Niderland “Odlar yurdu” Cəmiyyəti (Azerbaycan – Nederland "Odlar Yurdu" vereniging) və bir sıra digər QHT-lərin ünvanladığı müraciətdə deyilir ki, Ermənistanın apardığı məqsədyönlü siyasət nəticəsində xalqımızın Ermənistan ərazisində çoxəsrlik tarixə malik mədəni irsi tamamilə yox olma təhlükəsi ilə üzləşib.
QHT-lər bildiriblər ki, Ermənistanda həyata keçirilən etnik təmizləmə və azərbaycanlıların zorla bu ölkədən çıxarılması mədəni abidələrin məhv edilməsi ilə müşayiət olunub: “XX əsrin əvvəllərindən başlamış azərbaycanlıların öz doğma torpaqlarından kütləvi deportasiyası nəticəsində Ermənistanda azərbaycanlı qalmayıb. Təkcə 1988-ci ildə 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrilib”.
Onlar qeyd ediblər ki, Ermənistan məqsədyönlü şəkildə bu ərazilərin yerli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini dağıdır, özününküləşdirir və mənşəyini dəyişdirir. Bununla bərabər, sözügedən ərazilərdəki qədim toponimlərin erməni adları ilə əvəzlənməsi də həyata keçirilib.
Sözügedən QHT-lərin UNESCO-ya ünvanlanan öncəki müraciətlərində Ermənistanda yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscidin qəsdən dağıdıldığı barədə bir çox dəqiq faktlar da təqdim edilib.
“Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib. Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbiristanlıqları kimi 500-dən çox qəbiristanlıq məhv edilib. Qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Azərbaycan xalqının böyük şairi Aşıq Ələsgərin də qəbri dağıdılıb”, - müraciətdə deyilir.
Müraciətdə bunun Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsi olmaqla yanaşı, eyni zamanda bütün insanlığa qarşı olan bir həqarət olduğu qeyd olunub. Əlavə olunub ki, bütün bunlar Ermənistanın heç bir ümumbəşəri dəyərləri tanımadığını göstərir.
Xəbər lenti
Hamısına baxSosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46
Sosial
08 May 12:30
Gündəm
08 May 12:30
Gündəm
08 May 12:18
YAP xəbərləri
08 May 12:09
YAP xəbərləri
08 May 12:08
Sosial
08 May 12:06
Sosial
08 May 12:05
İqtisadiyyat
08 May 12:04
İqtisadiyyat
08 May 12:03
Gündəm
08 May 11:19
YAP xəbərləri
08 May 11:10
Gündəm
08 May 10:52
Siyasət
08 May 10:28
YAP xəbərləri
08 May 09:54
Analitik
08 May 09:30
Gündəm
08 May 09:15
Sosial
08 May 08:51
Sosial
08 May 08:37
Sosial
07 May 22:43
İqtisadiyyat
07 May 22:19
Dünya
07 May 21:51
Dünya
07 May 21:26
Dünya
07 May 21:10
Siyasət
07 May 20:47
İqtisadiyyat
07 May 20:45
YAP xəbərləri
07 May 20:41
Dünya
07 May 20:30
Dünya
07 May 20:17
Dünya
07 May 19:49
Dünya
07 May 19:22
Dünya
07 May 19:06
Dünya
07 May 18:56
YAP xəbərləri
07 May 18:39
Dünya
07 May 18:20
Dünya
07 May 17:53
Dünya
07 May 17:25
Dünya
07 May 16:49
Gündəm
07 May 16:43
Dünya
07 May 16:14
Gündəm
07 May 16:11
Sosial
07 May 16:01
Dünya
07 May 15:58
Dünya
07 May 15:22
YAP xəbərləri
07 May 14:52
Dünya
07 May 14:43
YAP xəbərləri
07 May 14:24
Dünya
07 May 14:19
Sosial
07 May 13:51
Dünya
07 May 13:25
Dünya
07 May 13:14
Elm
07 May 13:11
Elanlar
07 May 13:08
Sosial
07 May 13:07
Sosial
07 May 13:03
Gündəm
07 May 12:41
Sosial
07 May 12:32
İqtisadiyyat
07 May 12:32
Sosial
07 May 12:31
Gündəm
07 May 12:16
İqtisadiyyat
07 May 12:11
Hərbi
07 May 12:09
Dünya
07 May 12:05
Siyasət
07 May 11:58
Gündəm
07 May 11:35
Siyasət
07 May 11:13

