İlham Əliyev Azərbaycan-Rusiya əməkdaşlığına həsr edilmiş sərgi ilə tanış olub
23.02.2022 [15:08]
Fevralın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Moskvada TASS agentliyinin mənzil-qərargahında “Rusiya və Azərbaycanın diplomatik münasibətlərinin 30 ili TASS və AZƏRTAC-ın fotolarında” adlı ekspozisiya ilə tanış olublar. Bu, TASS və AZƏRTAC-ın birgə layihəsidir.
İyirmi fotoşəkildən ibarət olan ekspozisiyada Rusiya və Azərbaycan xalqlarının siyasi, iqtisadi, hərbi, mədəni və digər sahələrdə dostluğunun və əməkdaşlığının tarixinin ən yeni dövrü barədə söhbət açılır.
TASS agentliyinin baş direktorunun birinci müavini Mixail Qusman ekspozisiyada təqdim edilən şəkillər barədə qonaqlara məlumat verib. TASS-ın fotoqrafları 1997-ci ildə Azərbaycan Prezidenti Heydər Əliyev və Rusiya Prezidenti Boris Yeltsin tərəfindən Dostluq, Əməkdaşlıq və Təhlükəsizlik haqqında Müqavilənin, 2001-ci ildə Heydər Əliyev və Vladimir Putin tərəfindən Xəzər dənizində əməkdaşlığın prinsipləri haqqında Birgə Bəyanatın və Qafqazda təhlükəsizliyin təmin edilməsi və əməkdaşlığın inkişafı prinsipləri haqqında Bakı Bəyannaməsinin imzalanması anlarını əbədiləşdiriblər.
Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putinin, RF xarici işlər naziri Sergey Lavrovun, Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirillin Azərbaycana rəsmi səfərlərindən çəkilmiş fotoşəkillər nümayiş etdirilir.
Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisində “Azərbaycan” pavilyonunun açılışı və Rusiya Prezidenti Vladimir Putin tərəfindən Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevaya Rusiya-Azərbaycan münasibətlərinin inkişafında və möhkəmləndirilməsində xidmətlərinə görə ”Dostluq” ordeninin təqdim edilməsi mərasimlərindən çəkilmiş kadrlar Mehriban Əliyevanın Rusiyaya səfərlərini əks etdirir.
2021-ci ildə Cəbrayılda “KamAZ” Açıq Səhmdar Cəmiyyətinin servis mərkəzinin və “Gəncə Avtomobil Mərkəzi” İstehsalat Birliyinin təməlinin qoyulmasını əks etdirən, AZƏRTAC-ın fotomüxbirinin çəkdiyi fotoşəkil iqtisadiyyat sahəsində əməkdaşlıq nümunəsidir. Azərbaycanın Xəzər Gəmiçiliyi üçün tikilmiş “Prezident Heydər Əliyev” neftdaşıyan tankerinin “Krasnoye Sormovo” zavodunun stapellərindən suya buraxılması mərasimindən çəkilmiş fotoşəkli TASS agentliyi təqdim edib.
Sankt-Peterburqda dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılışından, Rusiyanın və Azərbaycanın Xalq artisti Lyudmila Zıkinanın konsertindən sonra Heydər Əliyevin onunla söhbəti zamanı AZƏRTAC-ın fotomüxbirinin çəkdiyi kadrlar mədəniyyət sahəsində qarşılıqlı münasibətlərdən bəhs edir.
Ekspozisiyada Rusiya Prezidenti Vladimir Putin ilə Azərbaycan Prezidenti İlham Əliyevin görüşləri həm rəsmi fotoşəkillərlə, həm də onların Bakı sakinləri ilə qeyri-formal görüşündən çəkilmiş kadrlarla nümayiş etdirilir.
Prezident İlham Əliyev sərgi ilə tanışlıqdan sonra TASS agentliyinin mənzil-qərargahında Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb.
Xəbər lenti
Hamısına baxXəbər lenti
23 Aprel 11:20
Xəbər lenti
23 Aprel 11:16
Xəbər lenti
23 Aprel 11:15
Xəbər lenti
23 Aprel 11:06
Xəbər lenti
23 Aprel 11:02
İqtisadiyyat
23 Aprel 11:00
Siyasət
23 Aprel 10:55
Analitik
23 Aprel 10:50
MEDİA
23 Aprel 10:45
Siyasət
23 Aprel 10:40
Siyasət
23 Aprel 10:35
Siyasət
23 Aprel 10:31
İqtisadiyyat
23 Aprel 10:30
Xəbər lenti
23 Aprel 10:17
Gündəm
23 Aprel 10:15
Xəbər lenti
23 Aprel 10:09
Gündəm
23 Aprel 10:00
Xəbər lenti
23 Aprel 09:50
Xəbər lenti
23 Aprel 09:22
Xəbər lenti
23 Aprel 09:20
Xəbər lenti
22 Aprel 23:17
Xəbər lenti
22 Aprel 21:56
Siyasət
22 Aprel 21:47
Siyasət
22 Aprel 21:43
Siyasət
22 Aprel 21:32
Xəbər lenti
22 Aprel 21:24
Xəbər lenti
22 Aprel 20:50
Xəbər lenti
22 Aprel 19:34
Gündəm
22 Aprel 18:58
Siyasət
22 Aprel 18:24
Xəbər lenti
22 Aprel 17:19
Siyasət
22 Aprel 17:11
Siyasət
22 Aprel 17:07
Xəbər lenti
22 Aprel 16:22
Xəbər lenti
22 Aprel 16:19
Xəbər lenti
22 Aprel 15:40
Xəbər lenti
22 Aprel 15:10
Xəbər lenti
22 Aprel 14:40
Xəbər lenti
22 Aprel 14:24
Xəbər lenti
22 Aprel 14:13
Xəbər lenti
22 Aprel 14:12
İqtisadiyyat
22 Aprel 14:10
Xəbər lenti
22 Aprel 13:42
Siyasət
22 Aprel 13:29
Xəbər lenti
22 Aprel 13:09
Xəbər lenti
22 Aprel 12:26
Gündəm
22 Aprel 11:56
Xəbər lenti
22 Aprel 11:46
İqtisadiyyat
22 Aprel 11:22
Dünya
22 Aprel 11:20
Siyasət
22 Aprel 11:13
Xəbər lenti
22 Aprel 11:11
Asiya
22 Aprel 10:52
Mədəniyyət
22 Aprel 10:36
Xəbər lenti
22 Aprel 10:32
Sosial
22 Aprel 10:30
Xəbər lenti
22 Aprel 10:28
Xəbər lenti
22 Aprel 10:26
Siyasət
22 Aprel 10:12
Xəbər lenti
22 Aprel 09:41
İqtisadiyyat
22 Aprel 09:40
Xəbər lenti
22 Aprel 09:23
Xəbər lenti
22 Aprel 09:18
Dünya
21 Aprel 22:51
İdman
21 Aprel 18:21
Xəbər lenti
21 Aprel 17:39
Sosial
21 Aprel 15:46
Xəbər lenti
21 Aprel 15:10
Xəbər lenti
21 Aprel 14:33
Xəbər lenti
21 Aprel 13:24