Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Dövlətin verdiyi mənzillərdə yaşamayan 510 məcburi köçkün ailə aşkarlanıb

Dövlətin verdiyi mənzillərdə yaşamayan 510 məcburi köçkün ailə aşkarlanıb

14.04.2022 [11:45]

“Mənzillərində yaşamayan məcburi köçkünlərlə bağlı monitorinqlər davam edir”.

APA xəbər verir ki, bunu “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həllində Azərbaycanı zəfərə aparan yol” adlı kitabın təqdimat mərasimində Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayev deyib.

O qeyd edib ki, məcburi köçkünlər uzun illərdir yataqxanalarda yaşayır: “Məcburi köçkünlərin hər biri mənim üçün əzizdir. Amma elə hallar olur ki, onların özlərinin mənzilləri olur və bu mənzillər onların öz adlarına olmur. Amma yataqxanada yaşayırlar. Həmin yataqxanada yaşayanlar bir müddət sonra şəhərciklərə köçürülür. Biz görürük ki, onlar həmin şəhərcikdəki evində yaşamır. Bunu necə müəyyən edirik? Görürük ki, sayğaclarda heç nə işləmir. Biz bu zaman məhkəmələrə müraciət edirik. Məhkəmələrdə 510 belə iş var. Bu çox aşkar və şəffaf prosesdir. Dövlət Komitəsində xüsusi bir komissiya yaradılıb və komissiya tərəfindən mövcud qanunvericiliyə uyğun olaraq bu proseslər həyata keçirilir. Bu hallar həm Bakıda, həm də rayonlarda olan qəsəbələrdə var”.

Paylaş:
Baxılıb: 1052 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30