Gəncə Şəhər Ağsaqqallar Şurasına yeni sədr seçilib
20.04.2022 [14:08]
Aprel ayının 20-də Gəncə Şəhər Ağsaqqallar Şurasının konfransı keçirilib. Konfransda Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov, Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Azərbaycan Ağsaqqallar Şurasının Mətbuat katibi Rafiq Rzayev və Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvləri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Toplantıda Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların və Gəncə Şəhər Ağsaqqallar Şurasının mərhum sədri Xalid Qurbanovun xatirəsi bir dəqiqəlik sükutla yad olunub.
Daha sonra konfransın gündəliyi müzakirə edilib və orada öz əksini tapan məsələlər səsə qoyulub. Gəncə Şəhər Ağsaqqallar Şurası sədrinin birinci müavini, professor Nurəddin Məmmədov açıq səsvermə yolu ilə Şuranın sədri seçilib. Bununla yanaşı, Şuranın İdarə Heyətinin tərkibi yenidən formalaşdırılıb, yeni üzvlər seçilib. Həmçinin Gəncə Şəhər Ağsaqqallar Şurasının 2022-ci il üçün İş Planı müzakirə olunub və təsdiqlənib.
Azərbaycan Ağsaqqallar Şurası sədrinin müavini Bayram Yusifov Şuranın sədri, millət vəkili, professor Eldar Quliyevin səmimi salamlarını tədbir iştirakçılarına çatdıraraq Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni seçilən sədrini və İdarə Heyətinin üzvlərini təbrik edib, gələcək fəaliyyətlərində onlara uğurlar diləyib. Daha sonra natiq ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatındakı əhəmiyyətli rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb. O, gənclərin dövlətə, xalqa sədaqət ruhunda, zərərli təsirlərdən uzaq və sağlam əsaslar üzərində tərbiyəsi işində ağsaqqallara hər zaman böyük ehtiyacın olduğunu diqqətə çatdırıb. Ağsaqqal sözünün çox uca və dəyərli söz olduğunu qeyd edənBayram Yusifov ulu öndər Heydər Əliyevin Azərbaycanın ümummilli lideri, unudulmaz ağsaqqalı olaraq ölkəmiz üçün gördüyü möhtəşəm işlərdən bəhs edib. Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin yolunu hər bir sahədə böyük uğurla davam etdirdiyini vurğulayaraq əlavə edib ki, biz ağsaqqallar da hər zaman dövlət başçımızı dəstəkləməli və onun ətrafında daha sıx birləşməliyik.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov öz çıxışında qeyd edib ki, xalqımızın mənəvi dünyasında, milli mentalitetində ağsaqqal, ağbirçək sözü, xeyir-duası həmişə ali həyat məramı olub. O bildirib ki, Gəncənin ağsaqqalları istər Vətən müharibəsində, istərsə də pandemiya dövründə şəhər əhalisinə daim mənəvi dəstək olublar. Çıxışının sonunda Niyazi Bayramov Ağsaqqallar Şurasının yeni seçilmiş sədrini və üzvlərini təbrik edib, onlara müvəffəqiyyətlərarzulayıb.
Daha sonra çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev, Gəncə Şəhər Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü, Azərbaycan Yazıçılar Birliyinin Gəncə bölməsinin sədriXəzəngül Hüseynova və digər natiqlər öz çıxışlarında ağsaqqalların cəmiyyətdəki yüksək mövqeyindən bəhs edərək gələcəkdə onların qarşısında duran əsas vəzifələrdən söz açıblar, yeni seçilən Şura sədrinə və İdarə Heyətinin üzvlərinə uğurlar diləyiblər.
Gəncə Şəhər Ağsaqqallar Şurasının yeni sədri, professor Nurəddin Məmmədov göstərilən etimada görəöz minnətdarlığını ifadə edib. O, bundan sonra da Şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.
Sonda xatirə şəkli çəkdirilib.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

