Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib

Səhiyyə naziri karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib

10.05.2022 [11:41]

Səhiyyə naziri Teymur Musayev Azərbaycanda xüsusu karantin rejiminin tamamilə ləğv olunması ilə bağlı təkliflərə münasibət bildirib.

"Report"un məlumatına görə, nazir jurnalistlərə açıqlamasında deyib ki, bu məsələdə tələsmək olmaz.

O xatırladıb ki, qapalı məkanlarda maska istifadəsi tələbi artıq ləğv olunub, lakin bəzi məhdudiyyətlər qalıb: "Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələrinə əsasən, payız aylarında ayıq-sayıq olmalıyıq. Şərt o deyil ki, hər hansı sıçrayış olsun. Çünki koronavirusun yeni ştamları meydana çıxır. Gələcəkdə də yeni mutasiyaların olub-olmayacağını bilmədiyimiz üçün bir qədər gözləməyi xahiş edirəm".

Paylaş:
Baxılıb: 771 dəfə

Xəbər lenti

Hamısına bax

Sosial

İqtisadiyyat

İdman

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31