/ / Ermənistanda Azərbaycan xalqına məxsus abidələrin dağıdılması ilə bağlı UNESCO-ya müraciət edilib
Ermənistanda Azərbaycan xalqına məxsus abidələrin dağıdılması ilə bağlı UNESCO-ya müraciət edilib
04.07.2022 [11:44]
“Ermənistan beynəlxalq hüququn norma və prinsiplərinə zidd olaraq Azərbaycan xalqına məxsus olan maddi və mədəni irsin dağıdılıb məhv edilməsinə görə məsuliyyət daşıyır”.
APA-nın xəbərinə görə, bunu "Tarixi Azərbaycan torpaqlarında maddi-mədəni irsimiz: "İrəvandan Zəngəzuradək" kitabının təqdimatında mədəniyyət naziri Anar Kərimov bildirib.
Anar Kərimov deyib ki, bu il fevralın 4-də Azərbaycan Prezidenti İlham Əliyev, Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel və Ermənistan baş naziri Nikol Paşinyanın iştirakı ilə videoformatda keçirilən görüşdə UNESCO-nun təkcə Azərbaycana yox, həm də Ermənistana missiyaların göndərilməsinə dair razılıq əldə edilib: “Əldə edilmiş razılığa əsasən, Ermənistana missiyanın həyata keçirilməsinə UNESCO tərəfindən hər hansı reaksiya verilməyib. Azərbaycan tərəfi dəfələrlə bu məsələni UNESCO müstəvisində qaldırıb. Bununla yanaşı, Azərbaycan vətəndaş cəmiyyətləri, çoxsaylı QHT -ləri hazırkı Ermənistanda Azərbaycan mədəni irsinin dağıdılması ilə bağlı çoxsaylı materiallar UNESCO komitəsinə təqdim edilib. Ümid edirik ki, UNESCO bu çoxsaylı faktlara səssiz qalmayıb, belə texniki missiyanın həyata keçirilməsinə başlayacaq. Burada Azərbaycan tərəfinin, cəmiyyətimizin, QHT-lərin üzərinə böyük məsuliyyət düşür”.
Mədəniyyət naziri UNESCO-nun fəaliyyətsizliyinə də xüsusi toxunub: “Uzun illər boyu Azərbaycan torpaqlarının işğal altında olması nəticəsində orada olan tarixi mədəniyyət abidələrimizin qəsdən dağıdılması və bu haqda əldə etdiyimiz çoxsaylı fotofaktların UNESCO katibliyində müxtəlif forumlara təqdim etməyimizə baxmayaraq, təşkilat faktiki olaraq bu əyani sübutlara göz bağlayıb. İşğalçı tərəfə təzyiq və ya bəyanat səsləndirməyib. Təəssüflər olsun ki, bu, təşkilatın siyasiləşməsinə dəlalət edir”.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:23
Sosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30

