Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Daha 727 sakin...

Daha 727 sakin...

05.08.2022 [10:29]

Ağalıya köçürüləcək

30 sakin özünüməşğulluq proqramına cəlb edilib

G.QABİLQIZI

44 günlük Vətən müharibəsində qazandığımız Zəfərdən sonra xalqımız işğaldan azad olunmuş ərazilərin yenidənqurulma prosesini diqqətlə izləyir, Böyük Qayıdışı səbirsizliklə gözləyirdilər. İlk addımlarını Zəngilanın Ağalı kəndində atan Böyük Qayıdış digər köçkünlərin də gözləntilərini artırdı. Sözsüz ki, Ağalı kəndi ilə başlanan qayıdış ölkə başçısının da qeyd etdiyi kimi, işğaldan azad edilmiş digər rayonlarda kəndlərin yenidənqurulması ilə nəticələnəcək. Və həmin gündən sonra xüsusilə növbəti mərhələni gözləyən Ağalı sakinləri öz dədə-baba yurdlarına qayıtmağa tələsirlər.

Ötən gün verilən xəbər həm ağalılar, həm də bütün ölkə üçün olduqca sevindiricidir. Məlumata görə, Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi Zəngilan rayonunun Ağalı kənd sakinlərinin sosial-iqtisadi, təhsil, demoqrafik vəziyyəti, cari gəlirgətirən fəaliyyət, özünüməşğulluq və məşğulluq səviyyəsinin müəyyən edilməsi, ehtiyaclarının qiymətləndirilməsi və mərhələli qayıdışla bağlı fikirlərinin öyrənilməsi məqsədilə sorğular keçirir. Sözügedən sorğulara 16-63 yaş aralığında olan şəxslər cəlb olunublar. Dövlət Komitəsinin Birləşmiş Millətlər Təşkilatının (BMT) Qaçqınlar üzrə Ali Komissarlığı (QAK) ilə birgə pilot metodologiyalarla hazırladığı sorğular, üzbəüz müsahibələr, masa araşdırmaları və fokus-qrup görüşləri Ağalı kənd əhalisinin sıx məskunlaşdığı Bakı, Sumqayıt şəhərlərində, Abşeron və Beyləqan rayonlarında aparılır.

Ümumilikdə “ağıllı kənd” konsepsiyası əsasında salınan Ağalı kəndinə daha 727 nəfər sakinin köçürülməsi nəzərdə tutulur. Həmin sakinlərdən əmək qabiliyyətli 492 nəfərin ehtiyaclarının qiymətləndirilməsinə və müvafiq olaraq, onların məşğulluğunun səmərəli təmin edilməsi üçün müvafiq sorğu-anketlər keçirilir. Belə ki, yekun mərhələdə sorğuların nəticələri təhlil ediləcək, əmək qabiliyyətli hər bir məcburi köçkünün bilik və bacarıqlarının təkmilləşdirilməsi, uyğun məşğulluq fəaliyyəti ilə təmin olunması üçün aidiyyəti qurumlarla birgə əmək yarmarkaları, işəgötürənlərlə görüşlər və müvafiq digər optimal tədbirlər həyata keçiriləcək. Sorğuların bu ilin avqust ayı ərzində yekunlaşdırılması gözlənilir.

Ağalıların doğma yurdlarına qayıtmağı bu qədər istəməyi əbəs deyil. Çünki Ağalıda sakinlərin həyat şəraiti, sağlamlıqları və məşğulluqla bağlı məsələləri də nəzərə alınıb. Sirr deyil ki, Böyük Qayıdışın ilk iştirakçıları olan Zəngilan rayonunun Ağalı kənd sakinlərinin məşğulluq məsələlərinin həlli istiqamətində işlər davam etdirilir. Belə ki, son vaxtlarda kəndin 30 sakini özünüməşğulluq proqramına cəlb edilib. Məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Məşğulluq Agentliyinin Qarabağ Regional Məşğulluq filialının əməkdaşları kəndin sakinləri ilə növbəti görüşlər keçirib. Sakinlər Ağalı kəndində fəaliyyət göstərən müəssisələrin təklif etdiyi vakansiyalar, Agentliyin aktiv məşğulluq tədbirləri barədə məlumatlandırılıb. Kənd sakinlərinin artıq bir hissəsi əmək müqaviləsi əsasında işlə təmin olunub. Digər şəxslərin işlə təmin edilmələri üçün məlumatları işəgötürənlərə göndərilib. Artıq işəgötürənlər tərəfindən namizədlərlə görüşlərin keçirilməsinə başlanılıb. Kənddə fəaliyyət göstərən işəgötürənlərlə də görüşülüb, Agentliyin işəgötürənlərə yönələn proqramları barədə məlumatlar verilib.

Burada namizədlərin peşəkarlılığının artırılması də nəzərə alınır. Onlar üçün inkişaf proqramları tətbiq olunur. Hətta namizədlər üçün biznes təlimləri təşkil olunub. Yaxın günlərdə həmin sakinlərə özünüməşğulluq proqramı çərçivəsində xidmət və istehsal sahələri üzrə aktivlər verilməklə onlar üçün kiçik təsərrüfatlar yaradılacaq. Kənd sakinləri üçün peşə hazırlığı kurslarının təşkili və “İşəgötürənlə birgə işçilərin əməkhaqqının maliyyələşdirilməsi” proqramının bu kənddə də icrası nəzərdə tutulub.

Paylaş:
Baxılıb: 349 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31