Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / MEDİA media subyektlərini qanun və peşə etikasını pozmamağa çağırıb

MEDİA media subyektlərini qanun və peşə etikasını pozmamağa çağırıb

19.08.2022 [11:03]

Medianın İnkişafı Agentliyi (MEDİA) media subyektlərinə müraciət edib.

Müraciətdə deyilir:

"Medianın İnkişafı Agentliyi qanunvericiliklə müəyyən olunmuş səlahiyyətləri çərçivəsində mütəmadi olaraq media subyektlərinin fəaliyyəti ilə bağlı təhlillər aparır və Agentliyin ümumi fəaliyyəti barədə hesabatlar hər ay media ictimaiyyətinə təqdim edilir.

Aparılan təhlillər göstərir ki, bəzi media subyektləri öz fəaliyyətlərində jurnalistikanın əsas norma və prinsiplərini pozmaqla, materialların hazırlanmasında birtərəfliliyə yol verməklə, qarşı tərəf və ya tərəflərin mövqeyini öyrənməməklə, həmçinin aldadıcı başlıqlardan istifadə etməklə “Media haqqında” qanunun və “Redaksiya siyasəti və peşə etikası” qaydalarının tələblərini pozur.

Medianın İnkişafı Agentliyi media subyektlərini belə hallara yol verməməyə, fəaliyyətlərində “Media haqqında” qanuna və “Redaksiya siyasəti və peşə etikası” qaydalarına riayət etməyə çağırır, bildirir ki, belə hallar təkrarlanarsa, pozuntuya yol vermiş media subyektlərinə rəsmi xəbərdarlıq ediləcək və xəbərdarlıqlar Agentliyin rəsmi informasiya resurslarında yerləşdiriləcəkdir. Xəbərdarlığa əməl edilməyəcəyi təqdirdə isə qanunvericiliyə uyğun olaraq, növbəti tədbirlərin görülməsi təmin olunacaqdır.

Medianın İnkişafı Agentliyi bütün media subyektlərini peşəkar və məsuliyyətli olmağa, eyni zamanda, informasiya alan tərəflərin də hüquqlarına hörmətlə yanaşmağa çağırır".

Paylaş:
Baxılıb: 100 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Qızıl bahalaşıb

30 Sentyabr 12:44

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Xarici siyasət

Maraqlı

Prezident bu gün

Prezident bu gün

30 Sentyabr 10:27

Ədəbiyyat

MEDİA

İqtisadiyyat

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30