Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

27 sentyabr Azərbaycan tarixinə qızıl hərflərlə yazılıb

27.09.2022 [14:12]

Emənistan prosesi düzgün qiymətləndirməlidir, əks halda...

Günel ABBAS
“2020-ci il sentyabrın 27-si Azərbaycan tarixinə qızıl hərflərlə yazılmış bir gündür”.
Bunu yeniazerbaycan.com-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev deyib. 
Onun sözlərinə görə, Vətən müharibəsinin baş tutması qaçılmaz idi: “İllərlə BMT-nin 4 qətnaməsini yerinə yetirməkdən çəkinən və bunu icra edə bilməyən beynəlxalq təşkilatların edə bilmədiyini Azərbaycanın rəşadətli Ordusu, qəhrəman zabit və əsgərlərimiz, xalqımız və Ali Baş Komandanımız etdi. 30 ilə yaxın bir müddət ərzində Azərbaycana qarşı təcavüzkar siyasət yeridən və Azərbaycan torpaqlarının 20%-dən çoxunu işğal edən Ermənistana qarşı əks hücum əməliyyatı həyata keçirildi. Ermənistanın növbəti təxribatının qarşısı alındı və Azərbaycan Ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqımızın dəstəyi ilə torpaqlarımızı işğaldan azad etdi”.
N.Həmzəyev bildirib ki, 44 günlük Vətən müharibəsi başa çatdıqdan sonra Ermənistan kapitulyasiya aktını imzaladı və öhdəliklər götürdü: “Ancaq təəssüflər olsun ki, ötən müddət ərzində Ermənistan bu öhdəliklərin hələ də bəzilərini yerinə yetirməyib. Bununla yanaşı, mütəmadi olaraq təxribatlar törədir, sülhə kölgə salır. Həm Moskva-Soçi, həm də Brüsseldə keçirilmiş görüşlərdə əldə edilmiş razılaşmalar gözardı edilir. Ancaq bütün bunlara baxmayaraq, Azərbaycan həmişə sülhün yanındadır və beynəlxalq təşkilatları sanksiyalar tətbiq etməkdən çəkinməməyə çağırır. Əks təqdirdə Ermənistan yenidən regionda əldə edilmiş cüzi də olsa, sakitliyə, sülh ümidlərinə böyük kölgələr sala bilər. 
Ancaq Şuşa Bəyannaməsinin imzalanması onu deməyə imkan verir ki, regionda güc sahibi olan Azərbaycan və dünya gücünə çevrilmiş Türkiyə heç bir zaman Azərbaycan torpaqlarının yenidən işğal edilməsinə imkan verməyəcək. Erməni təxribatlarının qarşısı rəşadətli ordumuz tərəfindən alınacaq. Ermənistan bu cür təxribatlara davam edəcəyi təqdirdə öz müstəqiliyini şübhə altına sala bilər. Onsuz da xaos vəziyyətində olan Ermənistan iqdisadiyyatı və ictimai-siyasi vəziyyət daha da gərginləşə bilər. Bu baxımdan erməni siyasətçilər prosesləri düzgün qiymətləndirməli, ən qısa zamanda sülh imzalanmasına nail olmalıdırlar. Əks halda dəmir yumruq öz işini görəcək”.
Deputat qeyd edib ki, bu müddət ərzində şəhid və qazi ailələri həmişə diqqətdə saxlanılıb: “Cənab Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevanın birbaşa nəzarəti ilə həmin kateqoriyadan olan insanların sosial təminat məsələləri həll edildi. Eləcə də şəhid ailələri mənzillərlə təmin olundu, şəhidlər üçün birdəfəlik müavinətlər verildi, şəhid ailələrinin məşğulluqla bağlı məsələlərinin həlli ilə bağlı işlər görüldü. Qazilərimiz də həmişəki kimi diqqət mərkəzində saxlanılaraq onların sağlamlıqlarının yaxşı durumda olması üçün addımlar atıldı. Zərurət yarandığı təqdirdə onların xarici ölkələrdə, xüsusilə də Türkiyədə müalicələri təmin edildi. Əzalarını itirmiş qazilərimiz müasir, yeni nəsil protezlərlə təmin edildilər. O cümlədən qazilərimizin məişət problemlərinin həll edilməsi və onların avtomobillərlə təmin edilməsi məsələləri də öz həllini tapdı. Qazi ailələri həmişə başımızın tacıdır, onlara bütün məmurlar, vəzifəli şəxslər və vətəndaşlar xüsusi diqqət göstərməlidir. Cənab Prezidentimiz də öz çıxışlarında mütəmadi olaraq bu mövzuya toxunaraq hər kəsin bu məsələdə həssas olmasını və qaziləri, şəhid ailələrini diqqətdə saxlamağın vacib olduğunu bildirir”.
Parlamentarinin sözlərinə görə, Qarabağ və Şərqi Zəngəzurda ermənilərin etdikləri vandallıqları nəticəsində bu iki il ərzində çox da böyük işlər görmək mümkün deyildi: “Lakin Cənab Prezident işğala son qoyulan ilk gündən etibarən Qarabağa və Şərqi Zəngəzura dəfələrlə səfərlər etdi. Həmin ərazilərin abadlaşdırılması üçün Azərbaycan dövləti tərəfindən tədbirlər reallaşdırıldı. Bu gün Qarabağ və Şərqi Zəngəzurda bütün yol və kommunikasiya xəttlərinin işə düşməsi üçün böyük layihələr həyata keçirilib. “Zəfər yolu” çəkilib və rayonları, şəhərləri birləşdirən yolların inşası davam etdirilir. Çətin relyefi olan rayonlarımıza daha rahat getmək üçün dağlıq ərazilərdən tunellər çəkilir. Bununla yanaşı, Laçından keçən yolun alternativi inşa edildi və hazırda Azərbaycanda yaşayan erməni əsilli şəxslərin Ermənistanla birbaşa əlaqə qurması üçün alternativ yoldan istifadə edilir. Laçın və ətraf kəndlər Azərbaycanın ixtiyarına keçdi. Qarabağda Füzuli Beynəlxalq Hava Limanı istifadəyə verildi, Zəngilan Beynəlxalq Hava Limanı isə ən qısa zamanda istifadəyə veriləcək. Bundan əlavə, Laçında da Hava Limanının inşası davam edir. Bu gün artıq Vətən müharibəsinin başlamasının ikinci ili qeyd olunur. Bu keçən iki il ərzində çox böyük işlər görmüşük. Necə ki bu il Ağalı kəndinə “Böyük Qayıdış”ın şahidi olduq, digər rayonlarımıza da qayıdışın şahidi olacağıq”.

Paylaş:
Baxılıb: 134 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30