Beynəlxalq Maarif Məktəbləri hansı yenilikləri gətirəcək?
04.10.2022 [10:49]
Yeganə BAYRAMOVA
Azərbaycan Beynəlxalq Maarif Məktəblərinin (ABMM) açılış mərasimi keçirilib. Tədbirdə elm və təhsil naziri Emin Əmrullayev, Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı, Azərbaycan Milli Məclisinin deputatları, Türkiyədən və Azərbaycandan qatılan digər qonaqlar iştirak ediblər. Qeyd edilib ki, Türkiyə Maarif Vəqfi 17.06.2016-ci ildə TBMM tərəfindən 6721 saylı qanunla qurulan və xaricdə Türkiyə Cümhuriyyəti adından təhsil müəssisələri açma səlahiyyətinə malik dövlət qurumudur.
Türkiyə Cümhuriyyətinin beynəlxalq təhsilə açılan pəncərəsi olan Maarif Vəqfi tərəfindən dünyanın 67 ölkəsində 429 Beynəlxalq Maarif Məktəbləri və 50.000-ə yaxın şagird təhsil alır. Beynəlxalq Maarif Məktəblərinin əsas istiqamətləri bunlardır: Şagirdlərin vətənpərvər, millətinə, bayrağına, dilinə sevgi və hörmətin aşılanması, onların intellektual bir şəxsiyyət kimi formalaşaraq, gələcək hədəflərinə sərbəst qərarlarla addımlamasını, insanların ortaq dəyərləri ilə Anadolunun hikmət ənənəsini və mədəniyyətini bir araya gətirmək.
Doqquz min kv. metrlik geniş yaşıllıq sahəni əhatə edən təhsil müəssisəsi, iki mühafizə, bir inzibati və dörd tədris binalarından ibarətdir. Məktəb ağıllı lövhələrlə quraşdırılmış sinif otaqları, laboratoriyalar, emalatxanalar, idman zalı, konfrans zalı və yeməkxana ilə təmin olunub. Beynəlxalq Maarif təhsil standartına əsasən məktəbəqədər, ibtidai, orta və tam orta təhsil imkanları təklif edən təhsil müəssisəsində, əsas fənlər ilə yanaşı, dərsdənkənar məşğələlər də keçiriləcək. Məktəbdə STEAM, robotik kodlama, kompüter laboratoriyası kimi informasiya və texnoloji biliklərin təkmilləşdirilməsinə xidmət edən sahələrin tədrisinə xüsusi diqqət yetirilir. Ana dilində tədris imkanları təklif edən təhsil müəssisəsində, Türk, ingilis, rus və ispan dillərinin də akademik səviyyəyədək öyrədilməsi hədəflənir. “Azərbaycan Beynəlxalq Maarif Məktəbləri”-də (ABMM) dərslər Azərbaycan kurikulumu və Beynəlxalq Maarif tədris Proqramına əsasən həyata keçiriləcək.
Təhsil müəssisəsində Azərbaycan, Avropa, Amerika və Türkiyə ali təhsil müəssisələrinə müraciət zamanı imtahanlara uyğun proqramlar da təşkil olunur. Belə ki, IELTS/TOEFL/SAT kimi beynəlxalq dərəcəli sertifikat imtahanlarına uyğun dərslərin keçirilməsi əsas prioritetlərdən biri hesab edilir. Türk dilindən bilik səviyyəsi B2 olan şagirdlərə Türkiyədə təqaüdlə təhsil imkanları təklif olunur. Ümumilikdə isə Maarif məzunları Türkiyənin dövlət universitetlərinə daxil olduğu zaman təhsil haqqından tamamilə azaddır.
Beynəlxalq Maarif Məktəblərinin əhəmiyyəti, təhsil sistemimizə gətirəcəyi yeniliklər barədə “Yeni Azərbaycan”a danışan təhsil üzrə ekspert Elçin Əfəndi bildirib ki, Türkiyənin Beynəlxalq Maarif Məktəbləri pilot layihəsi dünyanın bir çox ölkələrində tətbiq olunur. Onun sözlərinə görə, bu layihədə əsasən mövcud və yeni tədris proqramlarının tətbiqi, eyni zamanda, şagirdlərin bilik və bacarıqlarının formalaşması ilə yanaşı, onların vətənpərvər ruhda yetişməsi əsas meyarlardan biridir: “Fikrimcə, şagirdlər zamanla bu istiqamətlərə xüsusi meyil göstərsələr, daha perspektivli nəticələr əldə edəcəyik. Yəni ki, gələcəkdə həm ixtisaslı kadrların, həm də savadlı şagirdlərimizin daha çox şahidi olacağıq. Bu günə qədər valideynlər övladlarının rus bölməsində təhsil almalarını daha çox istəyirdilərsə, bundan sonra Beynəlxalq Maarif Məktəblərinin layihələri istiqamətində təhsil almalarına can atacaqlar. Çünki layihə böyük ərazini əhatə edir, şagird kontingenti də çox olacaq. Ümid edirəm ki, Türkiyədə olan təhsil metodlarının ölkəmizdə tətbiqi müəllim və şagirdlərin müasir təhsil proqramlarını daha asan qəbul etməsinə şərait yaradacaq. Bu baxımdan, Beynəlxalq Maarif Məktəblərinin ölkəmizdə olması mütərəqqi addımdır. Düşünürəm ki, bu istiqamətdə dövlət tərəfindən də dəstəyin şahidi olacağıq”.
Xəbər lenti
Hamısına baxDünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10
Xəbər lenti
08 May 18:39
İqtisadiyyat
08 May 17:56
YAP xəbərləri
08 May 17:52
YAP xəbərləri
08 May 17:51
YAP xəbərləri
08 May 17:50
Xəbər lenti
08 May 17:04
Sosial
08 May 16:42
Dünya
08 May 16:42
YAP xəbərləri
08 May 16:26
Elm
08 May 16:23
Xəbər lenti
08 May 16:22
Mədəniyyət
08 May 15:49
Siyasət
08 May 15:40
YAP xəbərləri
08 May 15:20
Siyasət
08 May 15:07
İqtisadiyyat
08 May 14:25
Sosial
08 May 13:49
Sosial
08 May 13:43
Sosial
08 May 13:28
Hadisə
08 May 12:56
Sosial
08 May 12:52
Sosial
08 May 12:46

