/ / Karabük Dövlət Universitetinin müəllimi Əli Əsgər: Türk dünyası ilə bağlı uğurlu nəticələri yaxın zamanlarda görəcəyik
Karabük Dövlət Universitetinin müəllimi Əli Əsgər: Türk dünyası ilə bağlı uğurlu nəticələri yaxın zamanlarda görəcəyik
18.10.2022 [10:37]
“Türkiyənin Ərzincan şəhərində keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumu türk dünyası ilə əlaqədar bu günədək keçirilən tədbirlərin ən möhtəşəmlərindən biridir”.
Bunu Türkiyənin Karabük Dövlət Universitetinin müəllimi, professor Əli Əsgər “Yeni Azərbaycan” qəzetinə açıqlamasında Beynəlxalq Türk Dünyası Simpoziumu ilə əlaqədar fikirlərini bölüşərkən bildirib.
Əli Əsgər deyib ki, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının rəhbəri Binəli Yıldırımın, Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi, Ərzincan Binəli Yıldırım Universitetinin ev sahibliyi ilə keçirilən simpoziumun əsas məqsədi bir çox sahələrdə elmi tədqiqatlar üçün türk dünyasının ortaq platformasını yaratmaq olub: “Türk dünyası ilə bağlı fəaliyyətlər əsasən 1990-cı illərdən aktivləşməyə başlayıb. 2009-cu il oktyabrın 3-də türkdilli ölkələrin dövlət başçılarının Naxçıvanda keçirilən IX Zirvə toplantısında qəbul edilən Naxçıvan müqaviləsi türk dünyası ilə bağlı fəaliyyətlərin önünü açdı. Naxçıvan müqaviləsindən sonra yaradılan Türk Şurasının keçən ilin noyabrında Türk Dövlətləri Təşkilatı ilə əvəz olunması sadəcə ad dəyişikliyi deyildi. Bu, həm də türk dünyası ilə bağlı hərtərəfli inkişafa rəvac verən vizual dəyişmə və xarici təzyiqlərə dayanıqlı bir türk birliyinin olmasını bütün dünyaya nümayiş etdirmək idi. Beynəlxalq və regional münasibətlərdə ortaya qoyulan siyasi iradənin gücündə Azərbaycanın xidmətləri danılmazdır. Azərbaycanın 44 günlük mübarizəsinin qələbə ilə başa çatması türk dünyasında böyük canlanma yaratdı. Eləcə də qəbul edilən Şuşa Bəyannaməsi təkcə Türkiyə və Azərbaycan əlaqələrinin inkişafına deyil, bütün türk dünyasının əlaqələrinin inkişafına təkan oldu. Bütün bu tarixi hadisələri ona görə vurğulayıram ki, yaxın keçmişimizdən gələn bu proseslər gələcəkdə də sağlam xətt üzrə inkişaf edəcək. Ərzincan simpoziumunda da əsasən, elmi-siyasi, humanitar və mədəni əlaqələr istiqamətində bu məsələrin konkret addımlarını müşahidə etdik. Türk respublikalarında və dünyanın dörd bir tərəfində yaşayan türkdilli xalqların nümayəndələri, təkcə elm adamları deyil, eyni zamanda dövlət və qeyri-hökumət təşkilatlarından olan soydaşlarımız, türk dünyası ağsaqqaları bu tədbirlərə qatıldılar. Və bütün bunlar da tədbirin rəngarəng keçirilməsinə vəsilə oldu”.
Əli Əsgər deyib ki, tədbirdə Azərbaycanla bağlı müəyyən mövzularda da müzakirələr aparılıb: “Azərbaycanla bağlı tarix, folklor, ədəbiyyat, siyasi mövzularla bağlı məruzələr oldu. Bu məruzələrin çap versiyası elmi ictimaiyyətə çatdırılacaq”.
Alim bildirib ki, simpoziumda siyasi təşkilatlanma ilə birlikdə, həm də qeyri hökumət təşkilatlarının, akademik qurumların, müxtəlif komissiyaların, komitələrin işçi qrupları şəklində bir araya gələrək təşkilatlanması üçün müəyyən addımların atılması məsələlərinə də toxunulub.
Elmi konfransda “Türk dünyası əməkdaşlığına 2040 baxışı” mövzusunda çıxış etdiyini bildirən Əli Əsgər bu məsələyə tədbirdə çox böyük əhəmiyyət verildiyini vurğulayıb: “Bu sənəddə çox önəmli məsələlər əks olunub. Simpoziumda bu mövzu ilə əlaqədar qəbul edilən protokolda Zəngəzur dəhlizinin Xəzər keçidli beynəlxalq şərq-qərb ortaq dəhlizi çərçivəsində bağlantının daha yaxşı qurulması üçün yeni fürsətlərin qiymətləndirilməsi və bununla bağlı Azərbaycan hökuməti tərəfindən göstərilən səylərə dəstək verilməsi, türkdilli dövlətlərin QHT-lərinin birgə fəaliyyəti üçün Türk Dünyası Qeyri-Hökumət Təşkilatının yaradılması, türk dövlətləri arasında ortaq medianın, nəşrlərin yaradılması, TDT-yə üzv ölkələrin ortaq əlifba, terminologiya, sənət sahəsi üzrə fəaliyyətlərinin dəstəklənməsi, türk dünyasında ortaq vətəndaşlıq layihəsinin həyata keçirilməsi və rəqəmsal vətəndaşlığa keçid prosesinin sürətləndirilməsi, terror, irqçilik mövzularında birgə mübarizə üzrə ortaq fəaliyyətlərin inkişaf etdirilməsi kimi təkliflər yer alır. Sənəddə irəli sürülən məsələlərlə bağlı türk dünyasındakı elm adamlarının üzərinə böyük iş düşür”
Əli Əsgər Ərzincanda keçirilən Beynəlxalq Türk Dünyası Simpoziumunda qəbul edilən məsələlərlə bağlı çox yaxın günlərdə uğurlu nəticələr gözlədiyini vurğulayıb. Alim bu tədbirin təşkilatçılarına da təşəkkürünü bildirib.
Sevil Hilalqızı Ünal,
Ankara
Xəbər lenti
Hamısına baxSiyasət
10 May 12:32
Gündəm
10 May 12:27
Siyasət
10 May 12:20
Hadisə
10 May 12:02
Siyasət
10 May 11:57
İdman
10 May 10:19
Gündəm
10 May 09:13
Siyasət
10 May 00:24
Gündəm
09 May 23:53
Dünya
09 May 23:21
Dünya
09 May 22:40
Dünya
09 May 21:15
Dünya
09 May 20:33
Dünya
09 May 19:18
Maraqlı
09 May 18:30
Gündəm
09 May 17:54
Gündəm
09 May 17:43
Dünya
09 May 17:41
Gündəm
09 May 17:40
Gündəm
09 May 17:18
Gündəm
09 May 17:10
Dünya
09 May 16:22
Dünya
09 May 15:38
Dünya
09 May 15:10
Dünya
09 May 14:54
Gündəm
09 May 14:46
Dünya
09 May 14:17
Siyasət
09 May 13:49
İdman
09 May 13:22
YAP xəbərləri
09 May 12:55
YAP xəbərləri
09 May 12:31
Gündəm
09 May 12:15
Xəbər lenti
09 May 12:09
Gündəm
09 May 12:01
İqtisadiyyat
09 May 11:54
Gündəm
09 May 11:52
Siyasət
09 May 11:31
İqtisadiyyat
09 May 11:17
İqtisadiyyat
09 May 10:54
Analitik
09 May 10:35
Siyasət
09 May 10:33
Analitik
09 May 10:12
Ədəbiyyat
09 May 09:57
Analitik
09 May 09:32
Sosial
09 May 09:15
Ədəbiyyat
09 May 08:51
Ədəbiyyat
09 May 08:39
Siyasət
09 May 08:17
Gündəm
09 May 08:10
Gündəm
09 May 07:42
Dünya
09 May 07:17
Xəbər lenti
09 May 06:36
Dünya
09 May 06:35
Dünya
08 May 23:34
Dünya
08 May 23:04
Formula 1
08 May 22:46
Dünya
08 May 22:34
Hərbi
08 May 22:31
İqtisadiyyat
08 May 22:18
Dünya
08 May 21:50
Xəbər lenti
08 May 21:23
İqtisadiyyat
08 May 21:22
Dünya
08 May 21:08
Dünya
08 May 20:43
Xəbər lenti
08 May 20:39
Dünya
08 May 20:30
İdman
08 May 20:16
Sosial
08 May 19:52
Sosial
08 May 19:28
Hadisə
08 May 19:10

