14 il əvvəl, bu gün...
04.11.2022 [10:26]
Prezidentin Sərəncamı ilə...
Kosmik sənaye ölkələri arasındakı mövqeyimiz güclənir
Yeganə BAYRAMOVA
Azərbaycanda informasiya-kommunikasiya texnologiyalarının (İKT) inkişafı ilə bağlı ən prioritet sahələrdən biri olan kosmik sənayenin inkişaf etdirilməsi istiqamətində böyük addımlar atılıb. “Kosmik sənayenin yaradılması və telekommunikasiya peyklərinin orbitə çıxarılması haqqında” Prezident İlham Əliyevin imzaladığı 4 noyabr 2008-ci il tarixli Sərəncam da bu sahədə atılan mühüm ilkin addımlardan biridir. Həmin Sərəncama əsasən, ölkədə kosmik sənayenin yaradılmasını zəruri edən hal kimi, həm də Azərbaycanın Avropa və Asiya qitələri arasında əlverişli coğrafi və iqtisadi məkanda yerləşməsi, iqtisadi və informasiya təhlükəsizliyinin əsas komponentlərindən olan telekommunikasiya peyklərinin hazırlanması və orbitə çıxarılması göstərilib. Yəni kosmosla bağlı planlar təkcə kommersiya layihələri deyil, həm də kifayət qədər mürəkkəb regionda yerləşən ölkəmiz üçün informasiya təhlükəsizliyi məsələsidir. Bu da kosmik sənayenin inkişafı ilə bağlı qəbul edilmiş qərarın həm də gələcəyə hesablanmış strateji məsələ olduğunu deməyə əsas verir.
Sərəncamda son illər ölkəmizdə qeyri-neft sektorunun inkişafı ilə əlaqədar həyata keçirilən Dövlət Proqramları və əməli tədbirlər iqtisadiyyatın diversifikasiyası və yeni sənaye sahələrinin inkişafı üçün geniş imkanların açıldığı qeyd olunub. Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş və müasir dövrün reallıqlarına uyğun həyata keçirilən siyasət nəticəsində son illər respublikamız sosial-iqtisadi inkişaf, ictimai-siyasi sabitlik şəraitində yaşayır.
İKT tətbiqinin səviyyəsi hər bir ölkənin sosial-iqtisadi inkişafı ilə yanaşı, onun intellektual və elmi potensialının, dövlət idarəçiliyində şəffaflığın və səmərəliliyin, cəmiyyətin inkişafının əsas göstəricilərindən biri hesab olunur. İnformasiya və kommunikasiya texnologiyaları sahəsi prioritet sahə elan edilib. Rabitə və informasiya texnologiyaları sahəsinin isə neft sahəsindən sonra Azərbaycan iqtisadiyyatının ən inkişaf etmiş sektoru olacağı gözlənilir. İnformasiya və kommunikasiya texnologiyalarının geniş tətbiqi ölkənin hərtərəfli inkişafına xidmət etməklə yanaşı, informasiya sahəsində milli təhlükəsizliyin təmin olunması baxımından da xüsusi əhəmiyyət kəsb edir.
Cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən və müasir Azərbaycan tarixinin önəmli layihələrindən biri olan “Azerspace-1” peykinin 2013-cü ildə orbitə çıxarılması ilə ölkəmiz azsaylı dövlətlərin təmsil olunduğu “kosmik klub”a üzv oldu. 25 sentyabr 2018-ci ildə isə “Azerspace-2” peyki orbitə buraxıldı. “Azerspace-2” peykinin orbitə çıxarılması ölkə iqtisadiyyatının gücünü, qüdrətini, respublikamızın ən mürəkkəb layihələri də reallaşdırmağa qadir olduğunu nümayiş etdirdi. Bu peyk vasitəsilə, əsasən, Avropa, Mərkəzi və Cənubi Asiya, Yaxın Şərq və Tropik Afrika regionlarında ödənişli televiziya (DTH), hökumət strukturları üçün rabitə xidmətləri və şəbəkə xidmətləri reallaşdırılacaq.
Bu məqamda xatırlatmaq yerinə düşər ki, Azərbaycanda bir çox digər sahələrdə olduğu kimi, kosmik sənayenin əsasları da ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu öndərimizin təşəbbüsü ilə 1974-cü ildə Azərbaycan Milli Elmlər Akademiyasının nəzdində “Kosmik cihazqayırma konstruktor bürosu” yaradılıb və burada kosmik tədqiqatların aparılmasına başlanılıb.
Təəssüf ki, ötən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycanda cərəyan edən siyasi proseslərin destruktiv təsirləri kosmik sənayeyə də təsirsiz ötüşmədi, bu sahədə ixtisaslaşmış kadrların ölkədən axınına, əldə olunan bilik və təcrübənin itirilməsinə gətirib çıxardı. Lakin 1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra respublikada xaos və anarxiya aradan qaldırıldı, iqtisadiyyatın dirçəldilməsinə başlanıldı. Elm sahəsinə diqqət və qayğı artırıldı. Azərbaycan Milli Elmlər Akademiyasının ləğvinin qarşısı alındı.
Ümummilli lider Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən dövlətimizin başçısı cənab İlham Əliyev prezidentlik fəaliyyətinin ilk günündən etibarən bütün digər sahələrdə olduğu kimi, kosmik sənayenin inkişafını da diqqət mərkəzində saxladı. Ölkə rəhbərinin 2009-cu ildə təsdiq etdiyi “Azərbaycan Respublikasında kosmik sənayenin yaradılması və inkişafı üzrə Dövlət Proqramı” ilə Azərbaycanda müasir kosmik layihələrin həyata keçirilməsinə start verildi. Bununla da xarici dövlətlərin peyklərindən asılılıq aradan qaldırıldı.
Xəbər lenti
Hamısına baxDünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35
Siyasət
27 May 11:19
Gündəm
27 May 10:52
Siyasət
27 May 10:36
Analitik
27 May 10:14
Sosial
27 May 09:57
Analitik
27 May 09:30
Analitik
27 May 09:15
Analitik
27 May 08:51
MEDİA
27 May 08:39
Siyasət
27 May 08:03
Siyasət
27 May 08:03
Sosial
27 May 07:54
Siyasət
27 May 07:44
Siyasət
27 May 07:42
Sosial
27 May 07:33
Siyasət
26 May 23:30
Siyasət
26 May 23:20
Sosial
26 May 23:19
Siyasət
26 May 22:59
Dünya
26 May 22:56
Siyasət
26 May 22:35
Siyasət
26 May 22:29
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:28
Siyasət
26 May 22:27
Dünya
26 May 22:24
Dünya
26 May 21:40
Sosial
26 May 21:38
Sosial
26 May 21:35
Sosial
26 May 21:17
Dünya
26 May 20:59
Dünya
26 May 20:25
Dünya
26 May 20:10
Dünya
26 May 19:41
Siyasət
26 May 19:32
Siyasət
26 May 19:32
YAP xəbərləri
26 May 19:28
Gündəm
26 May 19:25
İqtisadiyyat
26 May 19:13
Xəbər lenti
26 May 18:33
Gündəm
26 May 18:26
Gündəm
26 May 18:04
Siyasət
26 May 18:02
YAP xəbərləri
26 May 18:00
Dünya
26 May 17:20
Elm
26 May 17:19
Sosial
26 May 17:13
YAP xəbərləri
26 May 17:11
Sosial
26 May 17:11
Gündəm
26 May 17:09
Siyasət
26 May 17:08
İqtisadiyyat
26 May 17:07
Siyasət
26 May 16:59

