Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Havalar soyuyub: Qışa hazırıqmı?

Havalar soyuyub: Qışa hazırıqmı?

15.11.2022 [10:36]

Yeganə BAYRAMOVA

Qış mövsümü yaxınlaşır. Dekabrın 21-də ölkəmizə daxil olacaq mövsümdə soyuq havalar kommunal xidmətlərdən daha çox istifadə etmək məcburiyyətimizi artırır. Sərt havalarda hər kəs istilik sistemi, mavi qaz və işıqla tam şəkildə təmin olunmaq istəyir, desək, yanılmarıq. Havaların soyuması hər birimizin diqqətini kommunal xidmətlərlə məşğul olan dövlət qurumlarının fəaliyyətinə yönəltməyə və bir sual haqqında düşündürməyə vadar edir: Görəsən bu qurumlar qışa hazırdırmı?

Qeyd edək ki, bu gündən etibarən Bakıda və bir sıra bölgələrdə yerləşən mənzillərə, təhsil, səhiyyə müəssisələrinə və digər sosial obyektlərə istilik veriləcək. Bu barədə “Azəristiliktəchizat” ASC-dən məlumat verilib. Qurumdan bildirilib ki, bu məqsədlə daha 538 qazanxana və 87 istilik məntəqəsi işə qoşulacaq.

“Azəristiliktəchizat” ASC-dən “Yeni Azərbaycan”a bildirilib ki, ölkənin dağlıq və dağətəyi əraziləri hesab edilən Şuşa, Şabran, Xaçmaz, Quba, Qusar və Lerikdə istiliyin verilməsinə noya­brın 1-dən başlanılıb. Bu məqsədlə 26 qazanxana və 1 istilik məntəqəsi işə qoşulub: “2005-2019-cu illərdə Azərbaycanda 170 istilik mənbəyi yaradılıb, 109 köhnə tipli qazanxana müasirləşdirilib, 57 istilik məntəqəsi müasir qazanxanaya çevrilib, 300-ə yaxın qazlaşma layihəsi icra edilib, 1900-dən artıq yaşayış binasında, 400-dən artıq təhsil və səhiyyə müəssisələrində istilik sistemi bərpa edilib. Ümumilikdə, bu illər ərzində 2700-dən artıq istilik təchizatı layihəsi icra olunub. Bunun nəticəsində hazırda Bakı və regionlarda 600-ə yaxın qazanxana istismar edilməklə 3800 yaşayış binası, 291 məktəb, 150 uşaq baxçası, 159 səhiyyə müəssisəsi və 1300-dən artıq digər sosial obyekt istiliklə təmin edilir.

“Azəristiliktəchizat”ın xidmət zonası hüdudlarında istilik mövsümünün başlanması və başa çatması tarixləri bu sahədə mövcud olan Tikinti Norma və Qaydaları əsas götürülməklə xarici havanın temperaturundan asılı olaraq müvafiq yerli icra hakimiyyəti orqanını məlumatlandırmaqla respublikanın dağlıq rayonlarında 1 noyabr - 1 may, digər ərazilərdə isə 15 noyabr - 15 aprel tarixlərinə nəzərdə tutulur”.

Paylaş:
Baxılıb: 111 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Xarici siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30