Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Azərbaycanda karqo daşımalarına ümumi qaydalar tətbiq ediləcək

Azərbaycanda karqo daşımalarına ümumi qaydalar tətbiq ediləcək

13.12.2022 [14:18]

Dövlət Gömrük Komitəsi (DGK) karqo daşımalarının ümumi qaydalar əsasında həyata keçirilməsinə nail olacaq.

“Report” xəbər verir ki, bunu Milli Məclisin İqtisadi Siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında DGK sədrinin I müavini, sədr vəzifəsini müvəqqəti icra edən Şahin Bağırov bildirib.

"Yaxın dövrlərdə karqo işində tam şəffaflaşdırılmaya nail olunacaq, daşımalarda şəffaflıq yüksəldiləcək. Karqo məsələsi bizim üçün çox vacibdir", - Ş. Bağırov deyib.

Bir neçə müddət əvvəl DGK bildirmişdi ki, son dövrlər müxtəlif daşıyıcı şirkətlər vasitəsilə ölkə ərazisinə gətirilən yüklərin içərisində şəxsi istifadə adı altında bəyan edilən mallardan kommersiya təyinatlı olan malların aşkar edilməsi, qaçaqmalçılıq faktları artıb. Bununla bağlı Gömrük Komitəsi bir daha vətəndaşlara müraciət edərək xaricdən sifariş etdikləri məhsulların asan və sürətli şəkildə gömrük nəzarətindən keçirilməsi üçün qanunvericiliyə riayət etmələrini, bəyannamədə mallara dair məlumatların düzgün gös­tərilməsini tövsiyə edib.

Paylaş:
Baxılıb: 571 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

YAP xəbərləri

Böyük etimad, sonsuz inam

11 Sentyabr 11:34  

YAP xəbərləri

İqtisadiyyat

Sosial

Dağıntılardan yeni həyata

11 Sentyabr 08:37  

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30