Kamil Aydın: Türkiyə Qərbi azərbaycanlı soydaşlarımızın təhlükəsizliyini prioritet hesab edir
19.01.2023 [10:43]
Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədr müavini, Türkiyə Böyük Millət Məclisinin (TBMM) Ərzurumu təmsil edən millət vəkili Kamil Aydın Qərbi azərbaycanlıların Ermənistandakı ata-baba torpaqlarına geri qayıtması ilə bağlı “Yeni Azərbaycan”ın Türkiyə Bürosuna öz mövqeyini bildirib.
TBMM-də türk dünyası ilə bağlı məsul olan millət vəkilinin fikirlərini olduğu kimi təqdim edirik:
“Azərbaycanda minlərlə Ermənistan kökənli Azərbaycan vətəndaşı yaşamaqdadır. Biz onlara paytaxt Bakı başda olmaqla, Qarabağda və Azərbaycanın sərhədləri daxilindəki digər vilayətlərdə çox aydın şəkildə rast gəlirik. Azərbaycan öz vətəndaşlarına verdiyi imkanları erməni əsilli vətəndaşlarına da verir. Ancaq eyni demokratik və humanitar münasibət Ermənistanda öz yurd-yuvasından, torpaqlarından didərgin düşmüş Azərbaycan əsilli soydaşlarımıza heç də rəva görülmür.
Cənab Prezident İlham Əliyevin də dediyi kimi, Ermənistanda da onların yaşadığı kəndləri, torpaqları, evləri var; Azərbaycanlı soydaşlarımızın Ermənistandakı öz evlərinə, tarixi torpaqlarına təhlükəsiz şəraitdə, sağ-salamat qayıtmaları, hüzurlu yaşamalarını təmin etmək vacib məsələdir.
Bu, sadəcə siyasi və ya beynəlxalq rəsmi tələb deyil, həm də humanitar zərurətdir. Ona görə də biz Ermənistanı bu məsələdə sağlam düşüncəyə dəvət edirik; necə ki, erməni əsilli vətəndaşlar Azərbaycanda təhlükəsiz və dinc şəraitdə yaşayır, eləcə də Ermənistanın sərhədləri daxilində yaşayacaq Azərbaycan türklərinə eyni şərtlərlə davranılmalıdır. Bu baxımdan, beynəlxalq təşkilatların, xüsusən də BMT-nin lazımi töhfə verəcəyini gözləyirik.
Türkiyə Cumhuriyyəti və Türkiyədə yaşayan 85 milyon insan olaraq biz Azərbaycandakı soydaşlarımızın və Ermənistanın sərhədləri daxilindəki Azərbaycan əsilli əqrəbalarımızın sülh, rifah və təhlükəsizliyi üçün hər cür dəstəyi birmənalı prioritet hesab edirik. Ümid edirik ki, davamlı təkrar olunan bu ağrılı tarixi faktlardan Ermənistan da özünə nəticə çıxaracaq.
Ermənistan bilməlidir ki, regiondakı həmkarları ilə ikitərəfli və ya regional məsələləri prioritet olaraq həll etməyə çalışsa, bölgəyə sülh, firavanlıq və təhlükəsizlik gələcək və bundan ən çox böyük yoxsulluq, ehtiyac içində olan bu ölkə faydalanacaq. Ona görə də Ermənistana məsləhətimiz budur; yenidən işğal, təxribat planları qurmağa qərar verməkdənsə, reallıqlarla barışıb həqiqətləri qəbul etsin, regionda inam və sabitlik təmin edən Azərbaycanla yaxşı münasibətlər qursun. Bu, Ermənistan üçün ən məqbul yoldur”.
Xəbər lenti
Hamısına baxSosial
15 May 21:10
Dünya
15 May 20:45
İqtisadiyyat
15 May 20:32
Dünya
15 May 20:19
Sosial
15 May 19:53
Sosial
15 May 19:30
Dünya
15 May 19:17
Ədəbiyyat
15 May 18:55
Dünya
15 May 18:45
Sosial
15 May 18:10
Sosial
15 May 17:55
Dünya
15 May 17:34
Dünya
15 May 16:58
Dünya
15 May 16:26
Sosial
15 May 16:14
Sosial
15 May 16:04
Siyasət
15 May 16:03
Siyasət
15 May 16:02
Dünya
15 May 15:50
Gündəm
15 May 15:45
Siyasət
15 May 15:40
Mədəniyyət
15 May 15:39
Gündəm
15 May 15:38
Dünya
15 May 15:19
YAP xəbərləri
15 May 15:15
YAP xəbərləri
15 May 15:05
Dünya
15 May 14:46
Gündəm
15 May 14:30
Dünya
15 May 14:22
Elanlar
15 May 13:57
Sosial
15 May 13:55
Dünya
15 May 13:51
Dünya
15 May 13:47
Mədəniyyət
15 May 13:46
Xəbər lenti
15 May 13:42
Dünya
15 May 13:17
Gündəm
15 May 12:42
Sosial
15 May 12:41
Sosial
15 May 12:41
Sosial
15 May 12:27
Sosial
15 May 12:19
YAP xəbərləri
15 May 11:54
Gündəm
15 May 11:35
Gündəm
15 May 11:17
Siyasət
15 May 10:59
Sosial
15 May 10:49
İqtisadiyyat
15 May 10:48
Elm
15 May 10:48
Gündəm
15 May 10:30
İqtisadiyyat
15 May 10:16
Gündəm
15 May 09:54
Analitik
15 May 09:32
İqtisadiyyat
15 May 09:17
Dünya
15 May 08:42
Ədəbiyyat
15 May 08:33
Dünya
15 May 07:57
Dünya
15 May 07:54
Analitik
15 May 07:50
Sosial
15 May 07:50
Dünya
14 May 23:41
Dünya
14 May 23:12
Dünya
14 May 22:46
Dünya
14 May 22:30
Dünya
14 May 22:19
Dünya
14 May 21:53
Dünya
14 May 21:25
Dünya
14 May 21:13
Müsahibə
14 May 20:42
Dünya
14 May 20:30
Dünya
14 May 20:18

