Yaxın olduğun adamın xatirəsinə dönük çıxmaq kişilikdən deyil!
07.02.2023 [10:36]
Heydər Əliyev əsrinin 23-cü ili
“Dövlətnəşrkom”un sabiq sədri Nazim İbrahimovun mənə söylədiyi bir maraqlı epizodu yada salmaq istəyirəm - burada mənim qəhrəmanımın prinsipiallıq, kişi dostluğuna kişi vəfadarlığı, sağlığında yaxın olduğu adamın xatirəsinə sədaqət kimi insani keyfiyyətlər öz əksini tapmışdır.
Moskvaya, yeni təyinatla bağlı yola düşərkən Heydər Əliyev N. İbrahimova L.İ.Brejnev və onun Azərbaycana son səfəri haqqında kitabın (“Respublika bayrağında üçüncü Lenin ordeni”) nəşri ilə məşğul olmağı tapşırır. 1982-ci ilin sonu 1983-cü ilin başlanğıcında İbrahimov gələcək kitabın materiallarını hazırlayıb Moskvaya yollanır, mehmanxanada yer alıb H.Əliyevin qəbul otağına zəng vurur. H.Əliyev onu yubatmadan qəbul edir. İki saata yaxın hazırlanmış materialları nəzərdən keçirir, bütövlükdə razı qalır və SSRİ “Dövlətnəşrkom” rəhbərliyilə kitabın Moskvada 50 min nüsxəlik, hətta o dövrə görə də böyük tirajla çap olunması barədə şərtləşməyi tapşırır.
“Bir qədər sonra mən Dövlətnəşrkom sədri Nenaşevin kabinetində əyləşmişdim, - Nazim müəllim xatırlayır. - Hansı niyyətlə hüzuruna gəldiyimi biləndə ikiəlli başından yapışdı.
- Siz nə danışırsınız? Bu mümkün deyil! Siz Leonid İliç haqqında kitab buraxdırmağa ən nəhs məqam seçmisiniz. Mən əminəm ki, bizi “orada” (Nenaşev barmağını tavana tuşladı) başa düşməyəcəklər.
Bu zaman rəhmətlik Baş katibin ailəsi üzərində qara buludlar sıxlaşmağa başlamışdı. Brejnevin qızı Qalina Leonidovnanı qalmaqallı brilyant oğurluğunda təqsirkar bilərək DTK-da sorğu-suala çəkirdilər. Onun əri Yuri Çurbanovu DİN-dəki vəzifəsindən xaric etmişdilər. Əleyhinə cinayət araşdırma işi başlamışdılar. Odur ki, Nenaşevin eyhamlarını dərhal anladım.
Amma Siyasi Büro üzvü Heydər Əliyevin tapşırığını yerinə yetirdiyimi, onun bu kitabın məhz Moskvada nəşr olunmasını təkid etdiyini bildirdim.
- Ona özünüz zəng vurun və öz tərəddüdlərinizi bildirin, - “Dövlətnəşrkom”un başçısına dedim.
O, “Dövlətnəşrkom”un işinə nəzarət edən Siyasi Büro üzvünə zəng vurmaqdan qəti imtina edərək məndən Heydər Əliyevlə bir də danışmağı xahiş etdi.
Ayrılanda Nenaşev:
- Kitabı buraxacağıq, - dedi. - Amma Heydər Əliyevi inandırmağa çalışın ki, kitabın tirajını, tutalım, 5 min nüsxəyədək azaltmaq lazımdır.
Əlqərəz, bir qədər sonra mən yenə Əliyevin Kremldəki kabinetinə qədəm qoyub “Dövlətnəşrkom” sədri ilə söhbətimizi çatdırdım.
Heydər Əliyev başını yellədi:
- Bax, hamı deyir ki, Leonid İliç mənə xoş münasibət bəsləyirdi, yəni mən onun “lyubimçiki” (“əzizi” E.A.) idim. Məgər iş bundadımı? O, bizim hamımıza, Azərbaycana yaxşı münasibət bəsləyirdi. Respublika iqtisadiyyatı, kənd təsərrüfatının inkişafı üçün nə qədər işlər görmüşdü! Sən axı bunu başqalarından yaxşı başa düşməlisən! - O, köks ötürüb davam etdi: - Sonra da, axı bir insan kimi yaxın olduğun adamın xatirəsinə dönük çıxmaq kişilikdən deyil!”
Beləliklə, Heydər Əliyevin təkidi sayəsində Sovet İttifaqında L.İ.Brejnev haqqında səmimi hörmət və rəğbətlə bəhs edilən bəlkə də sonuncu kitab işıq üzü gördü. Baş katibin xatirəsinə bu hörmət-izzəti Heydər Əliyev qalan ömrü boyu qoruyub saxladı...
Elmira Axundovanın “Şəxsiyyət və zaman” kitabından
Xəbər lenti
Hamısına baxDünya
14 Sentyabr 23:39
Müsahibə
14 Sentyabr 23:17
Elm
14 Sentyabr 22:40
YAP xəbərləri
14 Sentyabr 22:29
Dünya
14 Sentyabr 22:14
Sosial
14 Sentyabr 21:59
Dünya
14 Sentyabr 21:23
Dünya
14 Sentyabr 20:45
Dünya
14 Sentyabr 20:17
Gündəm
14 Sentyabr 19:59
Maraqlı
14 Sentyabr 19:58
Dünya
14 Sentyabr 19:24
Analitik
14 Sentyabr 19:02
Dünya
14 Sentyabr 18:30
Gündəm
14 Sentyabr 18:17
Dünya
14 Sentyabr 17:43
Dünya
14 Sentyabr 17:19
Dünya
14 Sentyabr 16:45
YAP xəbərləri
14 Sentyabr 16:34
Dünya
14 Sentyabr 16:34
Elm
14 Sentyabr 16:31
YAP xəbərləri
14 Sentyabr 16:25
Dünya
14 Sentyabr 16:22
YAP xəbərləri
14 Sentyabr 16:04
Dünya
14 Sentyabr 15:50
YAP xəbərləri
14 Sentyabr 15:47
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Elm
14 Sentyabr 15:46
Siyasət
14 Sentyabr 15:45
Dünya
14 Sentyabr 15:34
Dünya
14 Sentyabr 14:59
YAP xəbərləri
14 Sentyabr 14:51
YAP xəbərləri
14 Sentyabr 14:26
Hadisə
14 Sentyabr 14:20
İqtisadiyyat
14 Sentyabr 14:19
YAP xəbərləri
14 Sentyabr 13:59
YAP xəbərləri
14 Sentyabr 13:54
YAP xəbərləri
14 Sentyabr 13:50
YAP xəbərləri
14 Sentyabr 13:46
Dünya
14 Sentyabr 13:45
YAP xəbərləri
14 Sentyabr 13:44
Dünya
14 Sentyabr 13:18
Dünya
14 Sentyabr 12:56
Sosial
14 Sentyabr 12:45
Sosial
14 Sentyabr 12:40
Gündəm
14 Sentyabr 12:32
Dünya
14 Sentyabr 12:20
Elm
14 Sentyabr 12:00
Dünya
14 Sentyabr 11:43
İqtisadiyyat
14 Sentyabr 11:41
Sosial
14 Sentyabr 11:39
Dünya
14 Sentyabr 11:19
Xəbər lenti
14 Sentyabr 11:15
Gündəm
14 Sentyabr 10:54
Dünya
14 Sentyabr 10:51
Dünya
14 Sentyabr 10:25
Gündəm
14 Sentyabr 09:48
Dünya
14 Sentyabr 09:40
İdman
14 Sentyabr 09:17
Dünya
14 Sentyabr 08:52
İdman
14 Sentyabr 08:35
Dünya
13 Sentyabr 23:18
Dünya
13 Sentyabr 22:40
İdman
13 Sentyabr 22:01
Dünya
13 Sentyabr 21:14
Dünya
13 Sentyabr 20:31
Dünya
13 Sentyabr 19:17
Dünya
13 Sentyabr 18:25
Dünya
13 Sentyabr 17:52

