Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Həkim səhlənkarlığından ölüm faktına görə cinayət işi başlanıb

Həkim səhlənkarlığından ölüm faktına görə cinayət işi başlanıb

17.04.2023 [13:08]

İsmayıllı sakininin Qəbələdə xəstəxanada ölməsi faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Qəbələ Rayon Prokurorluğundan məlumat verilib.

Belə ki, İsmayıllı rayon sakini 1990-cı il təvəllüdlü Murad Süleymanlının yanvarın 14-də “Qəbələ rayon Mərkəzi Xəstəxanası” Publik Hüquqi Şəxsində ölməsi faktı ilə bağlı rayon prokurorluğunda araşdırma aparılıb.

Araşdırma zamanı Murad Süleymanlının həmin xəstəxananın Anesteziologiya-reanimasiya və intensiv terapiya şöbəsinin həkimləri tərəfindən tibbi yardımın tam həcmdə göstərilməməsi nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qəbələ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam edir.

Paylaş:
Baxılıb: 591 dəfə

Xəbər lenti

Hamısına bax

Gündəm

İqtisadiyyat

İqtisadiyyat

Ədəbiyyat

İRƏVAN ZİYALILARINDAN

12 Sentyabr 09:45  

Sosial

Ədəbiyyat

Kitab sevincləri

12 Sentyabr 08:50

Ədəbiyyat

Şənbə üçün nəzm

12 Sentyabr 08:36  

YAP xəbərləri

YAP xəbərləri

Ölkəmiz tərəqqi yolunda

11 Sentyabr 17:36  

YAP xəbərləri

YAP xəbərləri

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30